AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Füyuzat” jurnalının ilk sayının çapdan çıxmasının 110 illiyinə ithaf olaraq nəşr etdiyi sanballı monoqrafiyalardan biri də professor Vilayət Quliyevin “FÜYUZAT”ın iki yazarı” kitabıdır. Kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmlidir. Azərbaycanın Xarici İşlər Naziri və millət vəkili vəzifələrində çalışmış (1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş) Vilayət Quliyev ədəbiyyatşünaslığımıza ardıcıl töhfələrini verməkdədir.
YAZILAR
26 aprel 2017-ci il tarixində İtaliyanın güney bölgəsində böyük Kalabriya inzibati ərazisinin Torre Melissa şəhərində keçirilən “VELIERO” Uluslararası Ədəbiyyat və Kinomatoqrafiya Yarışmasının sonucları açıqlanıb. “Fikir yazılır və yazı film vasitəsilə həyata gəlir” devizi ilə işə başlayan yarışmada Alabaniya, İtaliya, Yunanıstan, Polşa, Azərbaycan, Kosovo, Belçika, Rumıniya, Nigeriya, Türkiyə, Macarıstan, Puerto, Hindistan, Meksika, Qvatemala, Avstriya yazıçıları və incəsənət xadimləri iştirak edib. (Yarışmanın Təşkilat Komitəsi: İtaliyada “VELIERO” Mədəniyyət Assosiasiyasının prezidenti Françeska Qallello, vitse-prezident Nik Mankuzo, Dünya üzrə Poeziya elçisi Dante Maffia, Dünya üzrə Musiqi elçisi İtalo Qomez).
CAHANDAR AYBƏR
(Cahandar Namiq oğlu ALIYEV) – 16 may 1990-cı ildə Ağcabədi rayonunun Qaravəlli kəndində doğulub. 2008-ci ildə Ağcabədi rayon Ş.Məhərrəmov adına Qaravəlli kənd orta məktəbini bitirib. Şeir və hekayələri DGTYB nəşrlərində yer alıb.
QUZĞUN*
(hekayə)
İti caynaqlı və iti dimdikli, acgöz, didişdirmək üçün leş axtaran bir quzğun idim. Gözlərimi yerə zilləyərək, havada süzürdüm. Didişdirməyə leş var idi, amma yerə enməyə imkan yox idi.
Əli Şirin ŞÜKÜRLÜnün qeyri-adi şeirləri
itkin
şaxtada yoxa çıxdı
gözlənilmədən – 22 yaşında.
səsi özündən sonra yox oldu tədricən azala-azala.
son sözü şaxta boyu üzü yuxarı çevrilib sədaya
hardasa itdi. itdi hardasa, amma hardasa
movcudolmada yəqin ki. hər varlığa bir yoxluq,
hər yoxluğa bir varlıq hakim kəsilər həmişə.
hara qeyb ola bilər – çox axtardılar,
bütün şaxtanı ələk-vələk eləyib
həyacan təbili çaldılar.
KÖNÜL ELDARQIZI (SƏFƏROVA) –
1982-ci ildə avqust ayının 17-də Beyləqan şəhərində doğulub. Hələ orta məktəb illərindən ədəbiyyata ilgisi olan Könül Eldarqızı elə məktəb illərindən də lirik şeirlər yazmağa başlayıb, bədii yaradıcılığını davam etdirib. Beyləqan rayonundakı “Araz” ədəbi birliyinin üzvü olaraq o, 2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda şerləri ilə çıxış edib. Rayon tədbirlərində yaxından və fəal iştirak edib, şerləri dövri nəşrlərdə dərc olunub. 2010-cu ildə “Könülün könül səsi” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
MİKAYIL MÜŞFİQİN ATA OCAĞINDA DOĞULUB-BÖYÜMÜŞ SƏFƏR HÜSEYNOV O DOĞMA MƏKANDA ŞAİRİN HEYKƏLİNİN UCALDILMASINI, MUZEYİNİN YARADILMASINI ARZULAYIR
“Mən 1947-ci ildə Bakıda, o vaxtkı 2-ci Sovet (indiki 2-ci Nərimanov) küçəsi-6 ünvanında doğulmuşam. Şair Mikayıl Müşfiqin anadan olduğu və bir müddət yaşadığı evdə. Onun həyat yoldaşı Dilbərin “Müşfiqli günlər” əsərində də həmin binanın şəkli var. Atam danışırdı ki, Müşfiq repressiya olunandan sonra oranı bizə veriblər. Həyətdə üç otaq vardı. İki qonşu idik. Qonşumuz yaşlı bir kişi idi, tək otaq ona düşüb. Ailəmiz böyük imiş deyə, iki otağı bizə veriblər. 9 nəfərlik ailəmiz uzun müddət o ikiotaqlı kiçik evdə yaşadı”. – Bu cümlələri
Gülnar SƏMA (QASIMLI),
DGTYB Məclsi üzvü
“Ürəyimi kəsik-kəsik edirəm,
nə vaxt şeir yazıramsa qan çıxır” – misraları gənc qələm sahibi Ruslan Dostəliyə məxsusdur. Ruslan ilk kitabını 2016-cı ildə layiq görüldüyü Prezident təqaüdü hesabına çap etdirdi. “Ruslan dostumun kitabı” adlanan bu toplu “Günahlar içində batıram daha, elə bulanıram sözün qanına” – deyən gənc yazarın gənclik hesabatı adlandırıla bilər. Onun öz yaradıcılığına münasibətini bu sözləri ilə ifadə edə bilərik;
SEVGİLİM MƏNİM
Lütfən, aramızda qalsın…
…Gözlərini açmadan əlini uzadıb gecəlampasının düyməsini basdı. Otaq çəhrayı rəngli işıqselinə büründü. Yarımqapalı gözlərini ovuşduraraq divardakı saata baxdı, saatın əqrəbləri altı tamamı göstərirdi…
Yataqdan qaıxıb pəncərəni araladı. Səhər hələ açılmamışdı. Göydə təkəm-seyrək ulduz gözə dəyirdi. Aralı pəncərədən içəri dolan soyuq hava axını bədənini ürpəşdirdi. Soyuğun təsirindən gözləri yaşardı.
Faiq HÜSEYNBƏYLİ
MÜBARƏK
Mizrabını sinəm üstə oynadan
bir eşq ilən durulmağım mübarək..!
Sim üstündə ocaq çatıb ruhuma,
pərdə-pərdə kül olmağım mübarək..!
Bir ilahi eşqə varıb ürəkdən,
gözəlliyi görk elədim mələkdən…
Sevə-sevə öc almışam fələkdən,
çiliklənib qırılmağım mübarək..!

Rəfail TAĞIZADƏ