(Qabdulla Tukay. Samanbazarı, yaxud yeni Kəsikbaş. Bakı. 2011)
Bu yaxınlarda (23-26 aprel 2011) tatar xalqının böyük oğlu Qabdulla Tukayın anadan olmasının 125 illiyi Kazanda dövlət səviyyəsində təntənəli surətdə qeyd edildi.
İLESAM Genel Merkez Yönetim Kurulu’nun aldığı kararla, İlim ve edebiyat alanında ülkemize ve insanlığa hizmet etmiş ve seçkin eserleriyle katkıda bulunmuş bilim ve edebiyat adamlarını teşvik etmek amacıyla “İLESAM Ödül Yönergesi” yeniden düzenlendi. Geçmişte olduğu gibi her yıl İLESAM Ödülleri dağıtılacak. İlesam Ödülü’ne lâyık görülenler her yıl Ocak (2012) ayı içinde ilân edilecek ve ödül töreni Mart-Haziran ayı içinde yapılacaktır.
Siz de adaylarınızı bize bildirebilirsiniz.
İLESAM GENEL MERKEZİ
Şölə Ayının 13-də (iyun, 2011) Asif Atanın Mütləqə İnam Ocağı özünün “Xəlqilik” Bayramını həyata keçirdi. Bayram 6 ideyanı əks etdirən rəmzi məşəllərin Günev Atalı tərəfindən Odaya daxil olması və gələnləri təbrik etməsi ilə başladı. Ocağın Yükümlüsü Soylu Atalının Bayramın ideya-məzmunu ilə bağlı, eləcə də Asif Atanın Dünyabaxışını izhar edən fikirləri ilə davam elədi.
Əyyub QİYAS,
yazıçı-dramaturq
Yaxşı yadımdadır, Elxanın «Polonez» poeması «Ulduz» jurnalında təzəcə çap olunmuşdu, o vaxtlarda az-çox şeirdən, ədəbiyyatdan başı çıxan hər kəs «Polonez»dən dınışırdı. Mənə də xoş gələn o idi ki, Elxan mənim dostumdur və dostum öz uğuru ilə şeirsevərləri heyrətləndirə bilmişdi.
Açığını deyim ki, mənim şeirə olan tələbim bir qədər fərqlidir. Mənimçün babat şeir deyilən bir anlayış yoxdur, sadəcə yaxşı şeir var, vəssalam. Elxan da yaxşı şeir yazmışdı, hamı kimi mən də onun poemasından, qeyri-ənənəvi «şairçiliyindən», şeir dilindən, mövzu tapımından heyrətlənmişdim.
Yunus Oğuzun yeni romanı çapdan çıxıb
Tarixçi alim, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun yeni əsəri işıq üzü görüb. “Əmir Teymur – Zirvəyə doğru” tarixi romanı türk dünyasının böyük oğlu, Teymurilər dövlətinin qurucusu, böyük fateh Əmir Teymurdan bəhs edir. “Zirvəyə doğru” romanın birinci kitabıdır. Kitaba ön sözü Atatürk Mərkəzinin müdiri, filologiya elmləri doktoru, millət vəkili Nizami Cəfərov yazıb. Kitab “Apostrof” nəşriyyatında 4000 tirajla çap edilib. Əsər Əmir Teymurun yürüşlərindən, ordu və dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edir.
Kitabın 2-ci hissəsi çapa hazırlanır.
“Türk Dünyasında Ədəbiyyat, Ədəbiyyat(ımız)da Türk Dünyası”
Bu gün (06.06.2011) Azərbaycan Yazıçılar Birliyinin (AYB) NATAVAN KLUBUnda Qurultayqabağı tədbirlər silsiləsindən növbəti yığıncaq düzənləndi. “Ədəbiyyatımız və Türk Dünyası” adlı hesabat yığıncağında Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı geniş məruzə ilə çıxış etdi. O, “Türk Dünyasında Ədəbiyyat, Ədəbiyyat(ımız)da Türk Dünyası yaxud suallara cavab arayarkən yaranan yeni suallar” adlandırdığı məruzəsində, məruzənin adından da göründüyü kimi, həm Türk Dünyası miqyasında durumu incələməyə çalışmış, həm də Azərbaycan Ədəbiyyatında, ümumən Ədəbiyyatda Türk Dünyası mövzusunu araşdırmışdır.
Əziz Alpoudun Azərbaycan azadlıq hərəkatının canlı ensiklopediyalarından sayıla biləcək əlyazması nəşr olunub. “Həyatımın hekayələri” adlı kitab xalq Cümhuriyyətinin qurulması, XI Qırmızı ordunun ölkəmizi işğal etməsi, dəhşətli bolşevik zindanları, hazırlanan xalq qiyamının beşikdəcə boğulması, Sibirə qədər aparan vahiməli yollar və bu yollarda qırılan insan talelərindən bəhs edir. Bundan başqa müəllifin Sibir sürgünündən necə qurtulması, ailə faciəsi, öz azadlığına doğru min kilometrlərlə velosipedlə getdiyi yollar, Adolf Hitlerə məktubu və aldığı cavab, Atatürklə dostluğu, Alparslan Türkeşlə əqidədaşlığı və daha nələri bulacaqsınız “Həyatımın hekayətləri”ndə…
Kitabın tərtibçisi və nəşrə hazırlayanı tanınmış ədib Zakir SADATLIdır.
