Filologiya elmləri doktoru Almaz Ülvinin “Göyçə Mahalı – Kəsəmən: Bir Kəndin Tarixindən Səhifələr” kitabına ön söz yazmaq biz iki əqidə dostuna nəsib oldu. Məlum həqiqətdir ki, hər bir kitabın məzmun xətti, məqsəd və məramı müəllifin hadisələrə hansı kontekstdən yanaşmağını özündə təcəssüm etdirir.
Görkəmli folklorşünas, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun elmi redaktorluğu və dəyərli alimlərimizdən professor Ziyad Abbasov, fəlsəfə doktorları Mübariz Əliyev, Ələddin Ələkbərov və əməkdar müəllim Məhəmməd Bayramovun rəyləri ilə dərc olunan kitaba “Ön Söz” yazmağın özü də şərəfli və məsuliyyətli bir işdir. Hər ikimiz kitabı oxuyub, müəyyən təhlillər apardıqdan sonra dərindən hiss etdiyimiz məsuliyyəti üzərimizə götürdük.
YENİLİKLƏR
Millət vəkili Qənirə Paşayevanın yeni kitabı çıxıb. APA-nın məlumatına görə, “Onun Sevgi məktubları” adlı epistolyar roman Q. Paşayevanın yazdığı ilk bədii əsərdir.
Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir. Hekayəti bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdıran müəllif hadisələrin yazarı olmaqla yanaşı, həm də gerçək iştirakçılarından, qəhrəmanlarından biridir. “Onun sevgi məktubları” – üç nəfərin hekayətidir…
Sabah (05.11.2011) Bakıdakı Kitab Klubunda gənc yazar Fərid Hüseynin yeni kitabının təqdimatı olacaq. 2009-cu ildə “Əlifba sırası” yazan gənc yazar bu dəfə “300-dən sonrakı azərbaycanlılar” deyə qələmə sarılıb. “300-dən sonrakı azərbaycanlılar”da Fəridin şeir və esselərini toplanıb.
“Qanun”da çıxan kitabın redaktoru gənc yazar Cavid Zeynallıdır.
Yazıçı-dramaturq Əyyub Qiyasın “Sultan körpüsü” adlı romanı işıq üzü görüb
“Qanun”da kitablaşan roman yazarın son dövr yaradıcılıq məhsullarındandır. Romandakı olaylar tariximizin müxtəlif dövrlərini çevrələyən gerçək faktlara, tarixi bilgilərə söykənir. Əsərin qəhrəmanı Fərhad adlı tanınmış iş adamıdır. Romanda onun yaşamından, mənsub olduğu böyük nəslin tarixindən söz açılır.
Kitabda Əhməd Şahidovun müxtəlif dövrlərdə qələmə aldığı şeirləri (və bir hekayəsi) yer alıb
Bu günlərdə “Qanun” nəşriyyatında gənc alim, fəlsəfə doktoru Əhməd Şahidovun ilk şeirlər kitabı işıq üzü görüb. Adətən elmi, publisistik və ictimai-siyasi mövzularda yazdığı məqalələri ilə tanınan Əhməd Şahidovun son illər poeziya sahəsindəki kövrək addımları marağa səbəb olmuşdur. Adətən məhəbbət, vətənpərvərlik və sosial mövzularda qələmə aldığı şeirlərilə tanınan gənc yazar sosial şəbəkələrdə və internet saytlarda kifayət qədər tanınır.
Ramil Səfərov macar ədəbiyyatının klassiki Ferens Molnarın romanını dilimizə çevirib
Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçisi Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının başqa bir örnəyini orijinaldan ana dilimizə çevirib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən bilgiyə görə, bu dəfə onun diqqətini macar ədəbiyyatının klassiki Ferens Molnarın (Ferenc Molnár/Ferenc Neumann; 12.01.1878, Budapeşt – 01.04.1952, Nyu York) yaradıcılığı cəlb edib.
Sərdarın özqan kimi “İtkin gül”ü…
Türkiyənin ünlü yeni nəsil yazıçısı Sərdar Özkanın “Kayıp gül” romanı Təranə Musayevanın uyğunlaşıdırmasında “İtkin gül” adı ilə işıq üzü görüb. “İtkin gül” kitabı “Gənclik” Basım Evinin “Eşq” seriyasından yayımlanıb. Seriyanın redaktoru gənc yazar Fərid Hüseyindir.
Onu da vurğulayaq ki, Sərdar Özkanın “Kayıp gül” romanı Türkiyədə ən çox satılan, ən çox oxunan kitablardandır. Üstəlik, bu kitab artıq 45 dilə çevrilərək 50-dən artıq ölkədə nəşr olunmuşdur.
//bizimyazi.com
