Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı 03.06.2001-ci iltarixdə İctimai TV-nin ünlü “Qərib axşamlar” proqramının qonağı olacaq.
Veriliş saat 23.20dən başlayaraq 3 saat ərzində canlı yayımlanacaq.
Əziz Alpoudun Azərbaycan azadlıq hərəkatının canlı ensiklopediyalarından sayıla biləcək əlyazması nəşr olunub. “Həyatımın hekayələri” adlı kitab xalq Cümhuriyyətinin qurulması, XI Qırmızı ordunun ölkəmizi işğal etməsi, dəhşətli bolşevik zindanları, hazırlanan xalq qiyamının beşikdəcə boğulması, Sibirə qədər aparan vahiməli yollar və bu yollarda qırılan insan talelərindən bəhs edir. Bundan başqa müəllifin Sibir sürgünündən necə qurtulması, ailə faciəsi, öz azadlığına doğru min kilometrlərlə velosipedlə getdiyi yollar, Adolf Hitlerə məktubu və aldığı cavab, Atatürklə dostluğu, Alparslan Türkeşlə əqidədaşlığı və daha nələri bulacaqsınız “Həyatımın hekayətləri”ndə…
Kitabın tərtibçisi və nəşrə hazırlayanı tanınmış ədib Zakir SADATLIdır.
DGTYB başqanı Əkbər Qoşalı Azərbaycan Yazıçılarının XIII Qurultayı qarşısında keçirilən silsilə tədbirlər çərçivəsində, 2011-ci il iyunun 6-da Azərbaycan Yazıçılar Birliyində (Bakı, Xəqani-25/NATƏVAN Klubu) “Ədəbiyyat(ımız)da Türk Dünyası, Türk Dünyasında Ədəbiyyat” mövzusunda məruzə edəcək. Tədbir saat 14.00-da başlanacaq. Tədbirdə AYB başqanlığı, şair və yazıçılar, millət vəkilləri, KİV təmsilçiləri iştirak edəcək. Maraqlananlar dəvət olunur.
Qürbət həyatı yaşayan Güneyli soydaşımızın romanı Bakıda çap olunub
Finlandiyada yaşayan azərbaycanlı yazıçı Güntay Gəncalpın Yağız qarışqalar” adlı romanı Bakıda “Alatoran yayınları” seriyasında çap olunub.
Artıq Bakıda 5-ci kitabı ilə oxucuların görüşünə gələn Güntay Gəncalp Güney Azərbaycanda yetişən ünlü çağdaş yazarlarımızdan biridir. Bu romanında o iddialı bir mövzuya toxunub: müəllifin düşüncəsinə görə “Yağız Qarışqalar” romanı Güney Azərbaycanın istiqlal kitabı olacaq.
İNSAN ALLAHA YARATDIQLARININ ƏN GÖZƏLİNİ VERMƏLİDİR ÇÜNKİ QURBAN ƏN GÖZƏL ŞEYDƏN OLMALIDIR
Onunla görüşüm çox əlamətdar bir günə təsadüf etdi. Düzü, bunun təsadüf və ya zərurət olduğunu deyə bilmərəm. Ancaq fakt odur ki, onunla – yaşayaraq yaradan, yaratdığı üçün yaşayan və zövq alan, bu dünyaya bəlli görəvi yerinə yetirmək üçün göndərildiyini (yəni Allahın seçilmişlərindən olduğunu) bilən, sənətiylə Tanrıya ibadət edən, İlahiyə qovuşmaq üçün ruhun tam təmizliyini vacib sayan, yaratdıqlarının ən gözəlini Allaha qurban verən, “Psixofiya”nın poetikasının yaradıcısı, “Yuğ” teatrının qurucusu və bədii rəhbəri Vaqif İbrahimoğlu ilə dünyaya gəlişinin 52-ci, “Yuğ” teatrının yaranışının 12-ci, Müstəqilliyimizin 10-cu ildönümündə görüşdük.
Laureatlar arasında DGTYB başqanı Əkbər QOŞALI da var
Bilgi verdiyimiz kimi, Uluslararası Mahmud Kaşqarlı Fondunun və Türk Törə Ocağının birgə ödülü olan “San Yarlığı””nın yeni laureatları Bilgələr Gənəşi (Ödül Komissiyası) tərəfindən bəlirlənmişdir. Bu gün (17.05.2011) Azərbaycanda Atatürk Mərkəzində düzənlənən törəndə laureatların adları açıqlandı. Törəndə Uluslararası Mahmud Kaşqarlı Fondunun baş katibi, tanınmış şai Elxan Zal Qaraxanlı, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli çıxış edərək Ödülün mahiyyəti, keçmiş laureatlar və nəhayət yeni təltif olunanlar barədə bilgi verdilər. Deyildi ki, “San Yarlığı” 2000-ci ildə Türk Törə Ocağı tərəfindən təsis edilib hazırda Mahmud Kaşğarlı Fondu ilə birlikdə “Türklüyə хidmətlərə görə” verilir.
Bizimyazi.com Prezident.az saytına istinadən bildirir:
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV Oljas Süleymenovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə Oljas Süleymenov “Dostluq” ordeni ilə təltif edilsin.
Prezident sənədi 16 may 2011-ci il tarixdə imzalamışdır
Türk Törə Ocağının “San yarlığı” Ödülünün laureatları müəyyənləşdirilmişdir. Uluslararsı Mahmud Kaşqari Fondunun və Türk Törə Ocağının birgə ödülü olan “San Yarlığı”nın laureatları Bilgələr Gənəşi (Ödül Komissiyası) tərəfindən bəlirlənir. Ödül komissiyasına prof.dr. Nizami Cəfərov (Azərbaycandakı Atatürk mərkəzinin müdiri), Elçin Hüseynbəyli (Türk Dünyası ədəbiyyat dərgiləri Konqresinin baş katibi), Elxan Zal (Türk Törə Ocağı başqanı), Yaqub Dəliöməroğlu (Avrasya Yazarlar Birliyinin başqanı), Omar Sultanov (Qırğızıstan Yazarlar Birliyinin sədri), Ulukbəy Orazbayulı (Qazaxctan, Yıldız” jurnalının baş redaktoru), dr. Leniara Selimova (Krım) daxıldir. Komissiyanın başqanı, tanınmış yazıçı Elçin Hüseynbəylinin bildirdiyinə görə, “bu il ödül dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı, Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş insanlara verilib. Laureatlar mayın 17-də, saat 12.00-da, Azərbaycanda Atatürk mərkəzində elan ediləcək”.
