…Tehranda ilk dəfə Azərbaycan və fars dillərində nəşr olunub
Mirzə Cahanşah Həqiqinin “Divan”ı Tehranda ilk dəfə Azərbaycan (latın və ərəb qrafikalı əlifbalarda) və fars dillərində nəşr olunub.
Tədqiqatçı və naşir Firuz Refahi Ələmdarinin bildirdiyinə görə, kitab Tehran Universitetinin mərkəzi kitabxanasından tapılmış orijinal nüsxə əsasında çap edilib. Tədqiqatçı qeyd eib ki, Qaraqoyunlular sülaləsinin ikinci hökmdarı olan Mirzə Cahanşah Həqiqi dövrünün ən istedadlı şairlərindən olmuşdur.



