On iki boyu əhatə edən 13 kitabı əməkdar artis Eldost Bayram səsləndirib
Azərbaycanda ilk dəfə olaraq, “Dədə Qorqud dastanları” uşaqlar üçün sadələşdirilmiş formada və bütün boyları ilə çap edilib.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən bilgiyə görə, “Dədə Qorqud dastanları” kitab dəsti adı keçən nəşriyyatın “İNCİ” uşaq ədəbiyyat silsiləsinə aiddir və bütün hüquqları qorunur.
YENİLİKLƏR
Şair Şaiq Vəli bugün (06.02.2013), uzun sürən ağır xəstəlikdən sonra, Sumqayıt şəhərində, 62 yaşında vəfat edib.
Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax mahalının Yuxarı Əskipara kəndində doğulub. Şair ali təhsilini Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsində almış, bir müddət Rusiyada yaşamışdı.
İTV-nin rejissoru, şair-publisist Əli ASLANOĞLUnun yeni kitabı işıq üzü görüb. “Yalanla gerçəyin sərhəddində”
adlanan kitabda yazıçının son illərdə qələmə aldığı öykü, novella və esselər toplanıb.
Mövzu rəngarəngliyi və müəllifin orijinal ideya-estetik baxış bucağı ilə fərqlənən bu əsərlərin əsas qayəsini insan-toplum münasibətləri, çağdaş həyat həqiqətləri çərçivəsində kristallaşan mənəvi-əxlaqi dəyərlər və insan psixologiyası təşkil edir.
Türkiyəli bəstəçi Azərbaycanlı gənc şairin şeirinə musiqi bəstələyib
Gənc şair Qurbanəli Ömər Türkiyənin ünlü sənətçiləri Vəsilə Ərdoğan və Bahar Gökhanla ortaq projelərə başladı
“Gənclərin Söz Birliyi” İB-dən verilən bilgiyə görə, qardaş ölkə bəstəçisi Vəsilə Ərdoğanın Qurbanəli Ömərin şeirlərinə yazdığı mahnıları türk sənət musiqisinin yetənəkli ifaçısı Bahar Gökhan oxuyacaq.
DGTYB-nin “Bölgələrdən yaşayan yaradıcı gənclərlər görüşlər” layihəsi çərçivəsində “BÖLGƏLƏRDƏN SƏSLƏR” (Bölgələrdə yaşayan gənc yazarların yaradıcılığından örnəklər) kitabı “Bilik” Poliqrafiya Mətbəəsində nəfis tərtibatla işıq üzü görmüşdür. Kitabda 28 rayon və şəhərimzdən 75 gənc qələmin yazıları yer alıb. Onların bir çoxu respublika səviyyəsində ilk dəfə təqdim olunur.
Nəşrin ideya müəllifi və layihə rəhbəri yazıçı-publisist Əkbər QOŞALI, tərtibçisi dos.dr. Rəsmiyyə SABİR; məsləhətçiləri Ramiz QUSARÇAYLI, Barat VÜSAL, Məmməd ALİM, Vaqif ASLAN, Əlirza HƏSRƏT; redaktorları İbrahim İLYASLI və Elşən ƏZİMdir. Kitabın üz qabığının rəssamı Nəvai METİNdir.
***
Yaxasını söküb bulud
Qar ələyir küçələrə.
Bəyaz pərdə çəkib bulud
Gündüzlərə, gecələrə…
BizimYAZİ elmi-ictimai-ideoloji dərgi olan “Türk Eli”nin bu sayında yer verilən məqalə, bilgi və söyləşilərin siyahısını sunur:
1. Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə Toplantısının Bəyannaməsi;
2. Aqşin Atalızadənin “Milli dövlətçiliyimizə daxili təhdidlər” məqaləsi;
3. Ramil Cəfərovun “Doğu Türküstan” məqaləsi;
4. Türk Ocaqlarının başqanı, prof. Mehmet Özün söyləşisi;
Çuvaş Respublikasında Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə tədbirlər keçirilib
Çuvaş Respublikasının paytaxtı Çeboksar şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə tədbirlər silsiləsi təşkil edilib. APA-nın Moskva müxbirinin verdiyi bilgiyə görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Ümumrusiya Azərbaycan Konqresi və konqresin yerli nümayəndəliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycandan geniş tərkibli nümayəndə heyəti ilə yanaşı, ÜAK-ın Moskva nümayəndəliyi və Rusiyanın müxtəlif bölgələrinin diaspor sədləri iştirak ediblər.

