“XAN” nəşriyyatı “Xatirə Ədəbiyyatı” silsiləsindən hazırladığı və bugünlərdə gün üzü görən növbəti – “Almas İldırım xatirələrdə” adlı kitab, mühacir şairimizin martın 25-də qeyd olunan doğumunun 110-cu ildönümünə ad edilib. Kitabın tərtibçisi Dilqəm Əhməddir.
YENİLİKLƏR
Yazarımız Sergey Lukyanenko, Andrey Şarqorodskiy, Zaxar Prilepin, Eduard Uspenskiy kimi tanınmışlarla bir sırada!
Dekabrın 24-də nüfuzlu Moskva Uluslararası Ədəbiyyat Ödülünün 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. Moskvanın “Şaqal” Klubunda keçirilən təntənəli törəndə laureatlara ödüllər təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycanın tanınmış yeni nəsil yazıçısı VARİS (Yolçuyev) də var. Moskva Ədəbiyyat Ödülü 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili “Ədəbiyyat ili” elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, “Rossiyskiy kolokol” ədəbiyyat dərgisi və Uluslararası Yazıçılar Birliyi (İnternational Writers Union – İWU) tərəfindən təsis edilmişdir.
12 avqust 2016-cı ildə Beynəlxalq Mətbuat Mərkəzində DGTYB üzvü, Türküstandakı Ə.Yasəvi adına Qazax-Türk Universitetinin öyrəncisi, istedadlı gənc şair Ruslan DostƏlinin yeni işıq üzü görmüş “Ruslan Dostumun Kitabı” adlı ilk şeirlər kitabının “İmza günü” keçiriləcək.
Psixoloji, fəlsəfi, riyazi və bədii…
“Facebook”da ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər”in 12-ci kitabı olan “Aydınlanma səyahəti” işıq üzü görüb.
525.az-ın bilgisinə görə, kitabın müəllifi Azərbaycanın ilk qadın portalı “Qadin.net”in baş redaktoru Ceylan Mumoğludur.
Türkiyənin sayğın ədəbi qurumlarından olan, geniş ölçəkdə tanınıb-sevilən şair, yazar, alim, çevirmənləri öz çevrəsində toplayan, onların yaradıcılıqlarını uluslararası ortamda tanıdan KİBATEKin (Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumu) üzvləri İtaliyada Uluslararası Ədəbiyyat festivalnda bir araya gəldilər. İtaliyanın Pablo Neruda Mədəniyyət Mərkəzinin və KİBATEKin birlikdə düzənlədiyi 39-cu Uluslararası Ədəbiyyat Şöləni müxtəlif ölkələrin – İtaliya, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İraq, Hindistan, İrlandiya, Kanada, Rumıniya, Hollandiya, Almanya, Albaniya, Belçika, Filippin, Çili, Bosniya-Hersoqovinya ədəbiyyatçılarını, aydınlarını İtaliyada bir araya gətirdi. KİBATEK Yönətim Kurulu üzvlərinin 17 şubatda Roma gəzintisindən başlayaraq, ölkənin mədəni, tarixi abidələri ilə tanışlığı dərin təəsüratlarla yadda qaldı. Romanın Kolizey, Vatikan, Fontane Truve kimi (dünyaca dəyərli) mədəni-tarixi abidələrindən sayılan qədim məkanları ziyarət edildi.
(Nağıl)
Bir kənddə tək-tənha yaşayan bir adam vardı. Onun adı Sakici idi. Sakicinin pulu, yeməyə və geyinməyə hec nəyi yox idi. “Mən hər gün var gücümlə yaşayram” deyirdi. Pulu olmadığı üçün çox narahat idi. Sakici həmişə fikirli gəzib-dolanırdı. Günlərin bir günü o, məbədə gəldi və orada oturub dua eləməyə başladı. O, “mənim pulum və yeməyim yoxdur, yaman acmışam, çox yorulmuşam, zəhmət olmasa mənə kömək edin” deyirdi. Bu zaman məbəddən səs gəlir: “Sakici, yaxşı qulaq as, (Sakici bu zaman təəccüblənir) sənin məndən istəyin nədir? Nəsə istəyirsənsə, mənim sənə ayıracağım mühüm bir gün olacaq və o günü gözlə. Sakici: – Başa düşdüm. – dedi. Bundan sonra Sakicinin əhvalı yaxşılaşdı və məbəddən çıxdı. Sonra birdən yerə yıxıldı. O, yıxılarkən əli ilə nəsə tutmuşdu., bu bir böcək idi. Bu böcək onu çox bezdirdi, Sakici böcəyə ip bağlayıb onu gülməli hala saldı. O, bir az yol getdikdən sonra atası ilə gedən bir uşaq qarşısına çıxdı. Uşaq böcəyi görüb istədi. Uşağın atası üc mandarin verib böcəyi dəyişməyi təklif etdi. Sakici razı oldu. O, mandarinləri götürüb yola davam etdi.
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “ƏDƏBİYYAT, MUSİQİ, TƏSVİRİ SƏNƏT VƏ GƏNCLİK” adlı 4 aylıq layihə başa çatmışdır. Layihə çərçivəsində silsilə tədbirlər düzənlənmiş, layihənin adından da göründüyü kimi, fəqli sənət sahələrini təmsil edən yaradıcı gənclər bir araya gələrək, işbirliyi məsələlərini müzakirə etmiş, habelə problemlər, uğurlar barədə fikir mübadiləsi aparmışlar. Düzənlənən tədbirlərdə görkəmli alimlər, nüfuzlu aydınlar, tanınmış QHT başçıları, KİV nümayəndələri də öz düşüncələrini bölüşmüşlər.
Gənc yazarın ilk kitabı işıq üzü görüb
“Facebook” sosial şəbəkəsindəki “Kitabsevərlər” qrupunun “Gənc qələmlərə dəstək” layihəsi çərçivəsində gənc yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabı işıq üzü görüb.
525.az-ın verdiyi bilgiyə görə, “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilən kitabın redaktoru və ön sözünün müəllifi DGTYB Yönətim Kurulunun üzvü Cavid Qədirdir.
