Ana səhifə BAŞ YAZI “Qonşu evin işıqları”…

“Qonşu evin işıqları”…

Müəllif: Bizim Yazı
191 baxış

Gənc yazarın ilk kitabı işıq üzü görüb
“Facebook” sosial şəbəkəsindəki “Kitabsevərlər” qrupunun “Gənc qələmlərə dəstək” layihəsi çərçivəsində gənc yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabı işıq üzü görüb.
525.az-ın verdiyi bilgiyə görə, “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilən kitabın redaktoru və ön sözünün müəllifi DGTYB Yönətim Kurulunun üzvü Cavid Qədirdir.
Kitabda müəllifin 12 hekayəsi, 1 povesti yer alıb.
Cəmilə Məmmədli əsasən realistik və absurdizm mövzularında yazır. İlk dəfə “Kitabsevərlər”in layihəsi olan “İz” gənc yazarların hekayələr toplusunda çap olunub.
“Şəhrizad” və “Gəlincik evi” (dünya ədəbiyyatından seçmə hekayələr) toplularında çevirmələri yer alıb.

“Kitabsevərlər” qrupu və Kitabevim.az Kitab Evinin birgə təşkilatçılığı ilə dekabrın 20-də saat 13:30-dan 16:30-dək kitabın təqdimatı baş tutacaq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.