Sentyabrın 15-də Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb.
“Parafraz” – “parafr.az” adlanan xəbər portalı oxucuları, əsasən, ölkədə və dünyada baş verən mədəniyyət, incəsənət, ədəbiyyat hadisələri ilə bağlı bilgiləndirəcək.
YENİLİKLƏR
Bu, “Ağlım Şəkidə qalib” deyən qardaş ölkə şairinin Türkiyə dışında çıxan ilk kitabıdır
Qardaş Türkiyənin Fəthiyə şəhərində yaşayıb-yaradan şair-publisist Coşğun QARABULUDun “Hardan haraya…” adlı kitabı Azərbaycanda işıq üzü görüb.
Fəlsəfi düşüncələrə, sətiraltı incə yumora köklənən şeirlərdən ibarət “Hardan haraya” kitabı yazarın Azərbaycan oxucuları ilə ilk görüşüdür. Kitab Şəkidən millət vəkili seçilmiş fəlsəfə doktoru Cavanşir FEYZİYEVin dəstəyi ilə “XAN” Nəşrlər Evində, nəfis şəkildə gün üzü görüb.
Şair Nazilə GÜLTACın Azərbaycancaya uyğunlaşdırıb tərtib etdiyi kitabın redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər QOŞALIdır.
CASCFEN, Bakı, 03 iyul 2017 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASC
FEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində Saatlıdakı 1 saylı məktəbdə seminar keçirib.
Seminarın açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib. O, eyni zamanda Saatlı rayon icra hakimiyyətinə və məktəbin kollektivinə təşəkkürünü ifadə edib.
Daha sonra layihə haqqında bilgi verən CASCFEN sədri bildirib ki, Azərbaycanda bir sıra şəxslər mediadan sui-istifadə edir, əsasən də məktəb kollektivlərinə narahatlıq yaradır. Belə olan halda məktəb kollektivləri, onların rəhbərləri media ilə əlaqələrin necə qurulacağını yetərincə bilmir. Bu isə ona səbəb olur ki, jurnalistikadan sui-istifadə edənlər müəllimləri qorxu altında saxlayır.
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi 4 aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekunu olaraq “Bölgələrdən səslər-3” antologiyası nəşr edilib. (DGTYB indiyə kimi “Bölgələrdən səslər”in iki cildini nəşr edərək ədəbi ictimaiyyətə təqdim edib. Antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə gün üzü görüb. Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.
Şəfa VƏLİ (DGTYB üzvü, Gəncə), Tural ADIŞİRİN (DGTYB üzvü, Şəki), Əfsanə ƏLƏSGƏRLİ (DGTYB Məclis üzvü), Nofəl ÜMİDin (DGTYB NTK başqanı) tərtib etdiyi “Bölgələrdən səslər-3”-ün layihə rəhbəri (və baş redaktoru) Əkbər QOŞALI (DGTYB Məsləhət Şurasının başqanı), redaktorları: əməkdar jurnalist Azər HƏSRƏT, DGTYB Məsləhət Şurası üzvü Sərdar ŞİRVAN, məsləhətçiləri: “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad MƏCİD, AYB Gəncə filialının başçısı, şair XƏZANGÜL, “USTAD” jurnalının baş redaktoru dos.dr. Şəmil SADİQ, rəyçiləri isə: Əli Kərim ad. Poeziya Klubunun direktoru, şair İbrahim İLYASLI (Sumqayıt), yazıçı-publisist Müşfiq XAN, şair-publisist İlham İSMİXANOĞLUdur (Bərdə).
“BizimYAZI.AZ” “BÖLGƏLƏRDƏN SƏSLƏR-3” antolojisində şeirləri, hekayələri yer alan gənc yazarların siyahısını təqdim edir:
CASCFEN Kürdəmirdə müəllimlər üçün seminar keçirdi – Video
CASCFEN, Bakı, 20.06.2017 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində daha birseminar keçirib. Kürdəmirdəki 3 saylı məktəbdə baş tutan seminara 25 müəllim qatılıb.
Tədbirin açılışında çıxış edən məktəbin direktoru Bayram Cəfərov qonaqları salamlayaraq deyib ki, Azərbaycan dövləti belə layihələri dəstəkləməklə vətəndaş maariflənməsinə böyük töhfə verir.
“Kitabsevərlər” hərəkatının nəzdində “Oxucu klubu” layihəsinə start verilib. Klub ilk görüşünü iyunun 18-də “Odlar Yurdu” Universitetində keçirib. Görüşün qonağı tanınmış şair-tərcüməçi Cəlil Cavanşir olub.
Tədbiri giriş sözü ilə açan gənc yazıçı Cavid Qədir “Oxucu klubu” layihəsi və tədbirin məqsədi haqqında geniş məlumat verib.
Görüşlər QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində baş tutub
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “YARADICILIQ ÜFÜQLƏRİ: GƏNC YAZARLAR ÜÇÜN TOPLANTILARIN TƏŞKİLİ” adlı layihə çərçivəsində, bölgə yazarları ilə görüşlərə start verib. Bugünlərdə Bərdədə – Elektron Kitabxanda və Şəmkirdə – Heydər Əliyev Mərkəzində keçirilən ilk tədbirlərdə adıkeçən rayonlarda yaşayan yazarlar, orta məktəblərin dil-ədəbiyyat müəllimləri, şeir-sənət dostları, məktəblilər iştirak edib. Növbəti görüşlər bu ay içində Şamaxı və Abşeron rayonları üzrə, gələn ay isə nəhayət Sumqayıt və Bakıda keçiriləcək.
Milli mədəniyyətlərin inteqrasiyasına ciddi önəm verildiyi çağdaş dövrdə Azzərbaycan tolerantlığın və kulturalizmin örnəyi olan bir ölkə kimi diqqət mərkəzindədir. Fərqli millətlərin, müxtəlif dini əqidəyə mənsub insanların ölkəmizdə azadlıq və əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərməsi, hər zaman dövlətimizin diqqət-qayğısını hiss etməsi, onun vətəndaşları ilə eyni hüquqa malik olması, ölkəmizdə rahat, xoşbəxt olması Azərbaycanın dünyada tolerantlığı ilə seçilən ölkələr sırasında qabaqcıl yer tutduğunun göstəricisidir.
Naxçıvanda yaşayan istedadlı gənc şairə, DGTYB üzvü GÜLSADƏ İbrahimlinin “Son tanqo” adlı şeirlər kitabının tanıtım törəni keçiriləcək.
BizimYAZ.com-un bilgisinə görə, kitabda GÜLSADƏnin son illərdə qələmə aldığı şeirlər toplanıb. “Son tanqo”nun “ÖnSöz” müəllifi Rüstəm BEHRUDİ, redaktoru Əkbər QOŞALIdır.
“Facebook” sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər”in 14-cü kitabı – məşhur Amerika yazıçısı Daniel Kuinin “İsmayıl” romanının tanıtım törəni keçiriləcək.
Adalet.az-ın verdiyi məlumata görə, təqdimat aprelin 16-da saat 13:30-dan 16:00-dək “Kitabevim.az” kitab dükanları şəbəkəsində baş tutacaq.
