İlki 1992-ci ildə Bursada, daha sonra Alma-Ata (Kazakistan), Aşqabad (Türkmənistan), Girnə (QKTC), Strasburq (Fransa), Ağməscid (Simferopol – Kırım), Üsküp (Makedoniya), Bakı (Azərbaycan), Prizren (Kosova) və Bişkəkdə (Qırğızıstan) gerçəkləşdirilən “Türkcənin Uluslararası Şeir Şöləni”nin 11-cisi Tatarıstanın paytaxtı Kazanda keçiriləcəkdir.
11-cisi 01-04 oktyabr 2015 tarixləri arasında icra ediləcək Şölənə, gələnəksəl olaraq, bütün Türk Dünyasından və diğər ölkələrdən türkcə yazan şairlər dəvət edilməkdədir.
YENİLİKLƏR
Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Ödülünün pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcək
Müsabiqənin Təşkilat Komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv etdi
Layihənin ideya müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin başçısı isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə ödülləndirmə zamanı açıqlanacaq.
«Elm və təhsil» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 noyabr 2014-cü il tarixli 12 saylı iclasının qərarı ilə çapa tövsiyə olunan Salidə Şərifin (Salidə Şəmməd qızı Şərifova) «Çağdaş Azərbaycan postmodern romanı» adlı monoqrafiyası işıq üzü görmüşdür.
Moskvada Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
18.01.2015-ci ildə Moskvada, Azərbaycan Mədəniyyətinin inkişaf və intibah Fondunda, fondun və Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının təşəbbüsü ilə, Azərbaycanın Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş təşkil olunub.
Xalq şairi ilə görüşdə AMİİ fondunun, ASGA-nın, “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin rəhbərləri və üzvləri, Moskvada yaşayan aydınlar, o cümlədən yazarlardan, şairə Maya Bədəlbəyli, Afaq Şıxlı, Yaşar Süleymanlı, Azərbaycanlı tələbə-gənclər və eləcə də KİV nümayəndələri iştirak edib.
Yazıçı-publisist Mahir Qabiloğlunun yeni kitabı çıxıb. “CƏNCƏHİM” adlanan yeni kitabda yazarın eyni adlı romanı yer alır.
Adından da göründüyü kimi, M.Qabiloğlunun yeni romanı öz adı ilə leksionumuza yeni bir söz də bəxş etmiş olur: Cənnətin, Cəhənnəmin ilk hecaları və İnkirlə Minkirin baş hərflərindən oluşan roman adı CƏNCƏHİM şəklində yeni bir qavram ifadə etməkdədir.
DGTYB üzvü Təranə Novruzbəyin şeirlər kitabı işıq üzü görüb. “Elm və Təhsil” Basım Evində nəfis tərtibatla çıxan kitab “Bir damla söz” adlanır. Kitaba tanınmış alim, şair Şahin Fazil və Türkiyəli ədəbiyyatçı Ünal Kar tərəfindən “ÖnSöz” yazılıb. Rəssamı Aynur Açıqgöz olan “Bir damla söz”ün redaktoru “Almaz” dərgisinin baş redaktoru Aydın Rəşid, kitabda Anadolu türkcəsində verilmiş şeirlərin uyğunlaşdırıcısı isə Oktay Hacımusalıdır.
Bu dünya car olandan Azərbaycan adlı məmləkətdə indiyədək yaşayıb ömür sürən ən bəxtəvər bəndələrdən biri SƏN olmusan..! Sözümü qəribçiliyə salma, qadan alaram. – Səməd Vurğunu ömründə bircə dəfə görən adamlar özünü dünyanın bəxtəvəri sanıb – Sən Səməd Vurğunun son beşiyi olubsan.
Səidə Əfqanqızı (S.Ə.Əliyeva, 02.10.2000-ci ildə Bakı şəhərində doğulub. “Zəngi” liseyinin VIII sinfində oxuyur. Paralel olaraq, Bakı şəhərindəki 4 saylı musiqi məktəbində (fortepiano ixtisası üzrə VII sinif) təhsil alır. 2009-cu ildə “Sənin üçün darıxmışam” (ön sözün müəllifi: Xalq şairi Söhrab Tahir, redaktoru: prof. Nadir Məmmədli) və 2011-ci ildə “Nağıl dünyam” (ön sözün müəllifi: akd. Bəkir Nəbiyev, redaktoru: Rusiya Yazıçılar İttifaqının üzvü Mehdi Şərifov) şeirlər kitabları işıq üzü görüb. Rusiya Yazıçılar İttifaqının “V.V.Mayakovskiy” və «A.S.Qriboyedov” ödüllərini laureatıdır. Dövrü mətbuatda şeirləri çap olunub.)
Mehmet Ömer Kazancı
23.1.2013 tarihinde bir Türkmen kasabası olan Tuzhurmatu’da gerçekleşen İntihar saldırısında şehitlerimiz arasında adı gibi özü ve sözü güzel bir edebiyatçımız da vardı. Mehmet Mehdi Bayat da vardı. Usta bir şair ve başarılı bir araştırmacı-yazar olan Bayat, değil bizim ortamda, Türk dünyasında da tanınmaktaydı. Azerbaycan, Makedonya, Türkmenistan, Türkiye gibi ülkelerde katıldığı konferanslar ve kongrelerde Türkmen edebiyatının aydın yüzünü yansıtmaya çalışmaktaydı.


