Ana səhifə YENİLİKLƏR Daniel Kuinin “İsmayıl”ı…

Daniel Kuinin “İsmayıl”ı…

Müəllif: Bizim Yazı
522 baxış

“Facebook” sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər”in 14-cü kitabı – məşhur Amerika yazıçısı Daniel Kuinin “İsmayıl” romanının tanıtım törəni keçiriləcək.
Adalet.az-ın verdiyi məlumata görə, təqdimat aprelin 16-da saat 13:30-dan 16:00-dək “Kitabevim.az” kitab dükanları şəbəkəsində baş tutacaq.
“Elm və təhsil” nəşriyyatında gün üzü görmüş 276 səhifəlik kitabın çevirməçisi şair Səbuhi Şahmursoy, redaktoru yazıçı Cavid Qədirdir.
Əsər İsmayıl adlı telepat qorillanın müəllim qismində bəşər tarixinə alternativ baxışı, yaşam tərzinin yeni paradiqmasının təqdimatı üzərində qurulub. Romanda İnsanın əzəldən gələn ən təbii qanunauyğunluğu tərk edərək, öz yaratdığı mifin əsirinə çevrilib dünyanı məhvə aparmasına müxtəlif məntiq səviyyələrində aydınlıq gətirilir. Telepat-qorilla bəşəriyyətin bu bəlasını “mədəni amneziya” adlandıraraq, əvəzində önəmli alternativi sübuta yetirib, öz reseptini təqdim edir…
Məlumat üçün qeyd edək ki, kitabın satış qiyməti 7 manatdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.