Ana səhifə YENİLİKLƏR “BÖLGƏLƏRDƏN SƏSLƏR-3”

“BÖLGƏLƏRDƏN SƏSLƏR-3”

Müəllif: Bizim Yazı
880 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi 4 aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekunu olaraq “Bölgələrdən səslər-3” antologiyası nəşr edilib. (DGTYB indiyə kimi “Bölgələrdən səslər”in iki cildini nəşr edərək ədəbi ictimaiyyətə təqdim edib. Antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə gün üzü görüb. Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb. 

Şəfa VƏLİ (DGTYB üzvü, Gəncə), Tural ADIŞİRİN (DGTYB üzvü, Şəki), Əfsanə ƏLƏSGƏRLİ (DGTYB Məclis üzvü), Nofəl ÜMİDin (DGTYB NTK başqanı) tərtib etdiyi “Bölgələrdən səslər-3”-ün layihə rəhbəri (və baş redaktoru) Əkbər QOŞALI (DGTYB Məsləhət Şurasının başqanı), redaktorları: əməkdar jurnalist Azər HƏSRƏT, DGTYB Məsləhət Şurası üzvü Sərdar ŞİRVANməsləhətçiləri: “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad MƏCİD, AYB Gəncə filialının başçısı, şair XƏZANGÜL, “USTAD” jurnalının baş redaktoru dos.dr. Şəmil SADİQrəyçiləri isə: Əli Kərim ad. Poeziya Klubunun direktoru, şair İbrahim İLYASLI (Sumqayıt), yazıçı-publisist Müşfiq XAN, şair-publisist İlham İSMİXANOĞLUdur (Bərdə).

“BizimYAZI.AZ” “BÖLGƏLƏRDƏN SƏSLƏR-3” antolojisində şeirləri, hekayələri yer alan gənc yazarların siyahısını təqdim edir:

AĞCABƏDİ
CAHANDAR AYBƏR;

AĞDAM
ƏNTİQƏ SƏMƏNDƏR, ZAMİR ERKİN;

ASTARA
AMİD İSMAYIL;

BALAKƏN
ƏFSANƏ İMRAN;

BEYLƏQAN
KÖNÜL ELDAR;

BƏRDƏ
RUSLAN DOSTƏLİ;

CƏLİLABAD
ALLAHŞÜKÜR ÜMMAN, BƏHRUZ XƏLİL, BƏHRUZ MİRABDULLA, SƏRƏSTAN GUR, ZAUR SAHİL;

CULFA
GÜLSADƏ (İBRAHİMLİ), MirŞAHİN ÜLVİ;

FÜZULİ
ORXAN SAFFARİ;

GƏDƏBƏY
TURAL SAHAB;

GƏNCƏ
CEYHUNƏ MEHMAN, GÜLNARƏ SADİQ, ŞƏFA VƏLİ, ZEYNƏB MÜNZƏVİ;

GORANBOY
AYNURƏ İSMAYIL, RƏVAN CAVİD;

XAÇMAZ
AYNUR VƏTƏNQIZI, DİLQƏM ÜMİD DƏDƏLİ, HABİL RZA NUR, VÜSAL YURDOĞLU;

XOCALI
İSRAİL FƏRHAD;

KƏLBƏCƏR
SAMİR ƏHLİMAN, VALEH QOCA;

KÜRDƏMİR
ANAR GÜLÜMSOY;

QAZAX
MAHMUD MƏSMALI, MƏNSUR HƏSƏNZADƏ;

QƏBƏLƏ
QOŞQAR QARAÇAYLI;

QUBA
FİRƏNGİZ SABİRQIZI, NAMİK XINALIQLI;

QUBADLI
ARZU HÜSEYN;

LAÇIN
XƏLƏF AZƏR;

LERİK
İLTİMAS SƏMİMİ, MƏLİK CAHAN;

LƏNKƏRAN
ELVİR NADİR;

MASALLI
AZƏR ELŞADOĞLU, ŞƏFA NUR;

OĞUZ
MƏTANƏT ELÇİN;

SAATLI
ALLAHŞÜKÜR AĞA;

SABİRABAD
NÜSRƏT HƏSƏN;

SALYAN
ÜMİD SADƏ;

ŞAHBUZ
QIZBƏSTİ SULTAN;

ŞƏKİ
ELVİN NURİ, ƏFSANƏ RƏVAN;

ŞƏMKİR
BƏNDALI COŞQUN, MƏHƏMMƏD TURAN, MƏTANƏT QÜDSİ, TURAL TURAN;

ŞƏRUR
ƏLİ RÜZGAR;

ŞİRVAN
NİZAMİ HƏSƏN;

ŞUŞA
MƏRHƏMƏT ƏLİ;

TOVUZ
GÜNEL BAYRAMSOY, TOĞRUL KƏRİMLİ, TURANƏ TURAN;

UCAR
AYTAC MƏMMƏDLİ;

YARDIMLI
SƏFAİL AQİL, SƏRVƏR KAMRANLI.

Qeyd edək ki, adıkeçən layihənin yekun tədbiri – antologiyanın təqdimatı və “Gənc yazarların poeziya gecəsi”, iyunun 29-da Binəqədi Gənclər Evində keçiriləcək.
(Başlanır: 15.00
Ünvan: 7-ci mikrorayon, S.S.Axundov küç.-112,
Telefonlar – DGTYB: 050 545 68 98, 050 529 28 33; Gənclər Evi: 012 5 61 92 02.)Bineqedi Gencler Evi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.