Dünya Gənc Türk Yazarlar Birliyi Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyidin kitabını çap edib. Kitabın Ön sözünün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, layihənin ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, layihənin koordinatoru DGTYB başqanı, şair İntiqam Yaşar, özbək türkcəsindən uyğunlaşdıranlar filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azalp, kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, redaktoru filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalıdır. Kitabda görkəmli ədibin müxtəlif illərdə qələmə aldığı yaradıcılıq nümunələri yer alıb. Nəfis tərtibatla işıq üzü görən kitabın qarşıdakı zamanlarda Azərbaycanda və Özbəkistanda geniş təqdimat törənləri nəzərdə tutulur.
TÜRK DÜNYASI
Seçilmiş məqalələr “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”nda (“Web of Science” indeksli) dərc olunacaq. Jurnalın elektron versiyasını aşağıdakı keçiddən əldə etmək olar: Khazar Journal of Humanities and Social Sciences.
Özümü anladım, Sənisə danıb,
Bu dünya fanidir, sevgi min əsrin.
Yağışlar dilədim, utanıb, yanıb,
Göz yaşları axdı Həsən Bəsrinin.
Özümü itirdim bir an içində
Məcnunluq istirab, cənnətlik azar,
Ruhu cəm et deyib eşqin gücündə
“Məlamət” et dedi, pir Həmdun Qəssar.
Dörd tərəfim Qiblə, hər yan işıqlı,
Sərxoşam, xəyalım göy eşqindədi.
Sevgidə huşyar ol, oyaq ol deyə,
Səsini qaldırdı Cünəyd Bağdadi.
Yollarım eşq ilə yaşıllanardı,
Dövrəyə səslərdi “Zikri dövran”i.
Ruhuma səbirdən dərs oxudardı,
Şeyxül Abdulqədir özü – Cilani.
Açılardı bir-bir səmada sirlər,
Dünya tanınardı geniş bu ara.
Gözlərim qamaşardı, parladı nurlar,
Bir nəzər salanda Nəcməddin Kübra.
Ayrılıb gedirəm özümdən özüm,
Göylərim yamyaşıl, bir gözəl- mavi.
Təsbehə çevrildi indi hər sözüm,
Dualar etməkdə Əhməd Yəssavi.
***
Köhnə təşvişlərə sarmaşıb qaldım,
Yenə iztirabdan çıxmadı başım.
Boşa ağlamaram deyirdim, sonda,
Yağış olub axır gözümdən yaşım.
Bu gün gözlərimdə qayğılar şəkli,
Köhnə kitab kimi, toz basıb könlüm.
Yersiz xəzan oldu ümid güllərim,
Dəli küləklərtək dağılmış ömrüm.
Mən oyaq qalıram yuxularımda,
Dualar edirəm xoş yatışımda.
Harada itirib qoydum özümü,
Xuşumda deyiləm, hətta huşumda.
Göydəki ulduzlar – qayğı-həsrətim,
Zil qara gecədir, ən sadiq dostum.
Özümün özümə gəlir nifrətim,
Məgər sevilmədin, sevmədin, köksüm?
Məni xatirata çəkir xəyallar,
Əlimdə qırışmış bir topa şəkil.
Təkrar yenə mənə dönüb gələydin,
Cansız şəkillərdə sən bəxt idin, bil.
Sinəmdə ilahi dərdlər gül açdı,
O böyük məhəbbət, eşq dönür nəzmə.
Qəlblərdə əbədi, daim səslənir,
Mənim ürəyimdən doğulan nəğmə.
Ruhum, məğlub olma rütubətlərə,
Həmişə hazır ol, güləşə, cəngə.
Qəlbdə dünya-dünya arzular ilə,
Nurlu sübh önünə çıxdım yenicə.
Ürəyim, təmiz ol, ağ kağı kimi,
Arzular başşqadır, məqsədlər türfə.
Bunda rahatlığa yer yoxdur, əsla,
Sənin adın bəxtdir, yeni səhifə.
Azərbaycan dilimə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
***
Bağlandım arzunun zəncirlərinə,
Gərəyidən artıq duydum ehtiras.
Eşq varmı könlümdə, ömrümdə mənim,
Bilmirəm kimləri etmişəm xilas?
İstədim, ürəkdə canlandı tüğyan
Gücləndi nəfsimin küləkləri də.
Qəlbimdə təlatüm, ruhumda üsyan
Məyusam, kövrəyəm, bu qədər sirdə.
Duyğular tüfantək daşmaqda dinməz
Təşbeh, şeirlərim söz çevirməsi.
Sözsüz, öz-özümə gəldim diksinməz,
İndi məndən mənlik üz çevirməzmi?
Hər bir dəqiqəmi sözlərə yazdım,
Hər ötən günüümü eylədim kitab.
Qayğı-şadlığımı hesaba aldım,
Hələ də özümə gətirmirəm tab.
Bildim, anladım ki, nə varsa sərab,
Dünyəvi, ötəri çox dərdi gördüm…
Sevgidən yaranmış ürəyim xarab,
Eşqin gecələrin yatıb ötürdüm…
Aldanıb aldanmış xəyallarıma,
Faydasız öyməkdə baharlar, yazlar.
Müəzzinlər azan verdiyi anda.
Zirəklikdə məni ötdü xoruzlar…
EY BAHARIM
Ey baharım, sən hardasan, ey baharım,
Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.
Kim dinləyər, ürəyimdə ahu-zarım,
Dərdlərimlə kağızlaraüz tutmuşam.
Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadan xəzan oldu.
Yaddaşsızdır aydan aydın arzularım,
Örpəyini tapa bilmək yaman oldu.
Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan ilham mənə biganədir,
Qələmimin qara rəngi bitib getdi.
Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salıb, qayıt.
Çanım, candan ötdü mənim arzularım,
Yenə mənə şadlıqları aılb, qayıt.
Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, qəlbimə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Sən gəl, mənim ürəyimdə yaşa indi.
Cahangir NOMOZOV
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
Cahangir (Mirzə) qələm əhli, şairdir, həm də çox gəncdir və özünəgüvənlidir. Mənə göndərdiyi məktubunda duyğuları çox aydın görünür.
Mənim yazdığım hər bir şeir,
Həqiqətə içilən anddır.
Gözümdə parlayan işartı,
Bu səmadan tökülən nurdur.
Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.Poeziyanı həyatına, məsləkinə yol yoldaşı seçib. Qəlbindəki – ruhundakı poetik təlatümlər, həyəcanlı çırpıntılar ixtiyarsız olaraq ona bu yolu seçməyə sövq edib.
Müasir elmi-texnologiya, o cümlədən sosial şəbəkələr üzərindən gənclər dünyaya çox tez çıxa bilirlər (cəmi bir neçə dəqiqə, saniyəyə). Onlar şeirlərini yazır, sosial şəbəkədərastlaşdığı və ya dost-tanışlar vasitəsilə yönləndiyi saytlarda, almanaxlarda, müxtəlif mətbuat orqanlarına yol tapırlar və çap olunurlar. Orada uzunmüddətli və dayanıqlı qalmaları isə əsərlərinin poetik çəkisi ilə bağlıdır. Ya elə vərəqlər arasında qalır, unudulur, ya da dildən-dilə, yaddaşdan-yaddaşlara ötürülərək məşhurlaşırlar.Beləcə, çox asanlıqla dünyaya – şeir aləminə yola çıxırlar. Təbii ki, gənclər üçün ilkin addım çətin olur. Çünki “tanışsız” – filansız, sadə xəyallarla yola çıxmaq bir az risqlidir. Ilk addımı qəbul edilməzsə, həvəsdən düşə bilər. Amma özünəinamlı, özünəgüvənli qələm əhli olan gənc yoluna inadla davam edir. Budur, Cahangir Mirzə imzasının izi görünən ünvanları nəzərdən keçirirəm:
“Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyədə fəaliyyət göstərən “Siir sərnici” elektron jurnalının Özbəkistan üzrə nümayəndəsidir.Qırğızıstan Respublikasında təşkil edilən “Dünya istedadları” beynəlxalq birliyinin üzvü, Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun xatirə nişanı”nın sahibidir. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
ŞeirləriQazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə, Banqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Makedoniya, Belçika, Keniya, Albeniya, İtaliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də ədəbi internet saytlarında yayımlanıb.
2021-ci ildə “İçimdə üsyanlar” adlı şeir kitabı nəşr edilib.
2022-ci ildə Türkiyənin “Baygenc” nəşriyyatında “Günəşin nefesi” adlı şeir kitabı işıq üzü görüb.
Elektron poçt vasitəsilə Cahangir Mirzəyə bəzi suallarla müraciət etdim.
Cahangir bəy, ilk dəfədir ki, şeirlərinlə tanış oluram. Amma bütövlükdə yaradıcılığına bələdolmadığımdan, sizdən öyrənmək istədim, şeirlərində əsas xətt hansı hansı mövzudur?
Şeirlərinin əsas mövzusu insan ruhunun yaşantıları, onun sevinc və kədəridir. Daha çox Allaha və özünə – iç dünyasina müraciət edirəm.
Çünki insan özünü Allaha tapınanda daha rahat dərk edir.
Nə zamandan şeir yazmağa başlamısan?Gəncsən, amma poetik tərcümeyi-halına nəzər salanda dünyanın hər guşəsində görünürsən.
- 10 ildir ki, şeirlər, məqalələr yazıram.İlk şeirim 2012-ci ildə “Pop tonqi” qəzetində dərc olunub.
Ustad deyə müraciət etdiyin və ya şeirlərinə əl gəzdirən bir kimsə varmı? Yoxsa özün yazıb birbaşa mətbuata çıxırsan?
- Ustadım sevimli və lirik şairimiz Münəvvər xanım Osmanovadır.
Cahangir bəyin, ustadı Münəvvər xanıma – özbək xalqının sevimli və nəğməkar şairi, “Səadət” qadın jurnalının baş redaktoru, fəal ictimai xadim kimi tanınan və nəhayət də, mənim əziz rəfiqəmə həsr etdiyi “Böyük Günəş” adlı lirik essesini oxudum. Sətirlər arasında böyük bir məhəbbət, sevgi gördüm. Şagirdin ustadına əsil məhəbbəti və sayğısı kimi.
Daha bir sual: Azərbaycan şairlərindən kimləri tanıyırsan? Və ya yaradıcılığında Azərbaycana ünvanladığın şeir və ya məqalə varmı?
– Azərbaycan şairlərindən Nəbi Xəzri, Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Rüstəm Behrudi, Akif Azalp, Qənirə Paşayeva, Əkbər Qoşalı, Qabil Ədalət, Tural Turan və daha bir neçə şairin adını bilirəm. Azərbaycandan olan dost-qardaşları ürəkdən sevirəm. Təəssüf ki, Azərbaycan haqqında hələ şeir yazmamışam. Sizin bu sualınızdan sonra yəqin ki, tezliklə gözəl şeirlər yazacam.
Yəqin ki, bu sırada əbədiyyən 20 yaşında qalan Ülvi Bünyadzadəni də oxuyub tanıyacaqsan, milli istiqlal düşüncəli, nakam şair, həm də şəhid şair kimi. Onun yaradıcılığı vasitəsilə, milli mübarizələr meydanında çırpınan gəncliyi, eləcə də ədəbiyyatda yeni ruhu, yeni nəfəsi hiss edəcəksiniz.
Yazırsan ki, şeirlərim 20-yə yaxın ölkədə nəşr olunub. Allah qoysa, yaxın vaxtlarda Azərbaycanda da kitabımı nəşr etdirmək fikrindəyəm. Vaxtınız varsa,şeirlərimi bəyənirsinizsə kitabıma ön söz yazarmısınız? O zaman belə bir sual verim? Azərbaycanda nəşr etdirmək istədiyin kitabına ön söz yazmaq üçün nədən məni seçdiniz?
– Əgər şeirlərimi bəyənirsinizsə, xahiş etdim ki, şeirlərim haqqında rəy və ya şərh yaza bilərsinizmi? Təbii ki, yazmağa məcbur deyilsəniz. Seçim sizindir.
Maraqlı cavabdır. Güvənli, amma bir az da eqoist cavab olmadımı?İnsan həyatı təcrübələrlə, yıxıla-dura öyrənir. Odur ki, Cahangir bəyin bu cavabına çox həssaslıqla reaksiya vermədim. İşimin başımdan aşıb-daşan vaxtlarımdır. Amma bir gənci sevindirməkdən yan keçə bilmədim.
Cahangir bəyin şeirlərini Şahməmməd Dağlaroğlu Azərbaycan dilinə tərcümə edib. Həmin şeirlərdən bir neçəsini oxucularımıza təqdim edirik.
QƏLƏBƏ YAR OLSUN AZƏRBAYCANA
Alnına günəşin nur saçdığı yurd,
Sülh, Vətən söyləyib yayıldın cana.
Laçın igidlərin şirlə eyni tut,
Qələbə yar olsun Azərbaycana!
Dünya dincəlməyir, rahatlığı yox,
Yerin bağrı dönüb al – qızıl qana.
Ürəyimdə ona xoş istəyim çox,
Qələbə yar olsun Azərbaycana!
Zaval görməsin heç, olmasın vuruş,
Sinəsi yer olsun şərəfə, şana.
Daha yetər bunca çəkdiyi təşviş,
Qələbə yar olsun Azərbaycana!
Dərdinə ürəkdən şərik bu qəlbim,
Möcüzə nur saçar bir gün cahana.
Hər an özün qoru, mehriban Rəbbim,
Qələbə yar olsun Azərbaycana!
Cahangir Nomozovun yaradıcılığını mütəmadi olaraq sosial şəbəkələr vasitəsilə izləyirəm. Şeirlərinin əsas mövzusunu sevgi və yüksək insani hisslər təşkil edir. Yaradıcılıqda, şeirdə, ədəbiyyatda, elmdə uğurları ilə yaşıdlarına örnək olan perspektivli gənc şair Cahangir Nomozova yüksək yaradıcılıq uçuşlar arzulayıram!
Almaz Ülvi
Filologiya elmləri doktoru
15.02.2023 Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı
Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairi, “Şöhrət” medalı mükafatçısıı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində görüş keçirilib. Tədbiri giriş sözü ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova (Nağıqızı) açıb. O, Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərinin mövcudluğunu, bu gün də əlaqələrin yüksələn xətt ilə irəlilədiyini diqqətə çatdırılıb. Mahirə Hüseynova həmçinin müəllifin Azərbaycanda çap olunmuş kitablarının, Azərbaycanla bağlı olan yaradıcılıq nümunələrinin geniş elmi ictimaiyyət tərəfindən də araşdırılmasının, elmi qiymət verilməsinin vacibliyini qeyd edib.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək, Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusu üçün doğma olduğunu, onun yaradıcılığında Qarabağ mövzusunun xüsusi əhəmiyyət daşıdığını, ədəbi əlaqələrimizdə xidmətlərinin önəmini vurğulayıb.
Şair Xasiyyət Rüstəm universitetin professor-müəllim heyətinin suallarını cavablandırıb, professor-müəllim heyəti ilə ədəbi əlaqələrimizin inkişafı yolunda görülməsi vacib olan işlər istiqamətində fikir mübadiləsi aparılıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı Xasiyyət Rüstəmin rəhbərliyi ilə nəşr olunan “Kitab dünyası” qəzetinin hər sayında Azərbaycan müəlliflərinin yaradıcılıq nümunələrinin çap olunduğunu, Xasiyyət Rüstəmin yaradıcılığında, fəaliyyətində Azərbaycanla bağlılığın çox parlaq olduğunu vurğulamışdır.
Tədbirin sonunda professor, şair Mahirə Hüseynovaya (Nağıqızına), şair Əkbər Qoşalıya və fakültə dekanı Könül Həsənovaya “Kitab dünyası” qəzetinin fəxri diplomları təqdim olunub. Görüş xatirə fotolarının çəkilişi ilə yekunlaşıb.

Yazıçı publisist Nəzirməmməd Zöhrablı yazır və təqdim edir:
Xudafərin üstündə tarixin nəfəsi var,
Arazın sularında əcdadların səsi var,
Sən Türkün dayağısan, bilsinlər kimsəsi var…
Əli Rza Xələflidən Boz qurda və küllən Türk dünyasına hayqırtı var “GƏL GEDƏK TANRI DAĞINA” şeirində. Tariximiz, ağrılarımız, səhflərimiz, doğrularımızla ilgili nüanslara varmaq istəmədim. İstəyirəm bu şeri bütün detalları ilə oxusun övladlarımız. Ya da biz oxuyaq onlara. Yaddaş üçün. Buyurun:
GƏL GEDƏK TANRI DAĞINA
Ehey, Boz qurdum, hay ver, hardasan, yol üstə çıx,
Könlündən səda-səda, ürəyindən istə, çıx,
Qoşun bağla nəslindən, ara-sıra dəstə çıx,
Sənə hünər, dəyanət qızıl-gümüş, var da gəl,
Üzü Batıya doğru Gündoğardan var da gəl.
Bələdçim ol, yol göstər, dağ aşaq, dərə keçək,
Dağıtsın inadımız, bənd aşaq, bərə keçək,
Səninlə birgə gedək, yön tutaq, yörə keçək,
Muğam-muğam sellənsin, havalansın tar da gəl,
Könüllər çiçək açsın, istəklənsin bar da gəl.
Qəlbində od qalansa, yanmazsan atəşlərə,
Uçarsan od içindən göy üzü günəşlərə,
Qəzəbin güc göstərər qansız, dəmir dişlərə,
Sırtı yoluq Boz qurdum, dumanları yar da gəl,
Yolunu kəsə bilməz tufan, boran, qar da gəl.
Bircə ulartın bəsdi, silkələsin dağları,
İnamına qaytarsın həsrətindən ağları,
Güllənsin Qarabağın gülü solmjş bağları,
Paralansın, sevinsin, üzü gülsün nar da gəl,
Açılan gül üstündə xəcil olsun xar da gəl.
Sənə peyman bağladım, könlümün yarı bildim,
Dünyamın tacı bildim, dövləti, varı bildim,
Ruhumun, varlığımın səddi, hasarı bildim,
İki cahan eşqinə ol könlümə yar da gəl,
Dodaqlarım çat verdi, qabar atdı bar da gəl.
Dayanma yol üstündə Turan bizi gözləyir,
Açılsın üzümüzə yolu, izi gözləyir,
Tanrı dağı Şuşanın odu, közü gözləyir,
Qoca Zərdüşt qor versin, atəş də gəl, qor da gəl,
Dədə Qorqud, Manasdan doğru-düzü sor da gəl.
Açılıb Qarabağın üzünə təzə bahar,
Könüllərdə yaz ola, ruhlarda gəzə bahar,
Araz boyu gül dərə, yağını üzə bahar,
İnadları qırmağa gücünü yığ, zor da gəl,
Məzar-məzar oyansın ulu ruhda gor da gəl.
Xudafərin üstündə tarixin nəfəsi var,
Arazın sularında əcdadların səsi var,
Sən Türkün dayağısan, bilsinlər kimsəsi var,
Zülmətləri dağıdan işığa dön, nur da gəl,
Dirini əvəz bilək – bir Musaya Tur da gəl.
Xələfli yaxşı bilir, sənsiz yolu açılmaz,
Qəddi, dizi bükülər, əli-qolu açılmaz,
Qəzadan xeyir gəlsin… qismət, qədər qaçılmaz,
Yollar səni yormasın, sən yolları yor da gəl,
Qəzəbinlə dağılsın hiylə, kələk, tor da gəl.
Əli Rza Xələfli
Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutan tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb.
AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırıb. Onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. Çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Filologiya elmləri doktoru, professor Ramiz Əsgər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixində, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.
Dünya ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, yazarı təbrik edib.
Daha sonra çıxış edən. Özbəkistanın xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər.
Tədbirin sonunda söz günün səbəbkarı, Özbəkistanın “Şöhrət” medalı laureatı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmə verilib. O tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib.
Tədbirin sonunda Xasiyyət Rüstəm tərəfindən tədbirin moderatoru Səlim Babullaoğluna “Kitab dünyası” qəzetinin diplomu təqdim olunub. Tədbirə yekun vurulub.






Bizimyazi.az tanınmış şair Afaq Şıxlının Özbəkistan Respublikasının məşhur şairi Xasiyyət Rüstəm haqqında yazdığı “Şeir ətirli qadın ömrü” yazısını təqdim edir.
Bu yay mənə çox sevdiyim bir ölkənin – böyük türk dünyasının bir parçası olan Özbəkis¬tanın ta¬nınmış şairi Xasiyyət Rüstəmin şeirlərini Azər-bay¬can dilinə uy¬ğunlaşdırmaq qismət oldu. Ana dilim qədər sev¬diyim özbək dilinin nadir gözəlliyə malik olan bu poetik ör¬nəkləri məni valeh etməyə bil¬məzdi; etiraf edirəm, on¬ların üzərində işləyərkən, fikirlərimi, tə¬əs-süratlarımı qələmə al¬mağı düşün¬mürdüm, amma Xasiyyət xanımın bu maraqlı kö¬nül misralarının xət¬rini qıra bilmədim. Bir qədər fi¬kirləşdim və qərara gəldim ki, öz ürək sözümü ya¬zım. Beləki yaz¬dıqlarım bu, çox sevilən xanım şairə olan şəxsi mü¬nasibətimi deyil, onun şeirlə de¬diklərinə və deyə bilmə¬dik¬lə¬rinə mü¬nasibətimi əks etdirsin… – Xa¬siyyət xa¬nım bütün istedadlı qadın yazarların ümu¬miləşmiş su¬rə¬ti olsun!
Öncə yazarın özkeçmişindən
bəzi məqamları qeyd edək:
Xasiyyət İslaməli qızı Rüstəm –
1971-ci il mart ayının 19-da Özbəkistanın Naman¬qan vilayətininAlmazkəndində doğulub.
Ali təhsilini Daşkənd Dövlət Universitetinin (ha¬zırda – Özbəkistan Milli Universieti) Jurnalistika fa¬kul¬təsində, daha sonra isə (2001-2004-cü illərdə) həmin univer¬si¬tetin Ali Ədəbiyyat kurslarında alıb.
Xasiyyət Rüstəm 1993-1997-ci illərdə “Dan ul¬du¬zu” qəzetində çalışıb.
2015-ci ildən populyar “Kitab dünyası” qəzetinin baş redaktorudur.
Şairin ilk şeirləri, hələ tələbəlik illərindən, dövri mət¬bu¬atda yayımlanıb.
İlk kitabı “Göydəki ev” 1997-i ildə çapdan çıxıb. Daha sonra “Nicat” (2003), “Təsəlli” (2005), “Di¬var” (2006), “Avqust” (2008), “İşğal” (2011), “40:0” (2011), “Unudulmuş illər” (2014), “Sər¬gər¬dan buludlar” (2019) adlı kitabları gün üzü görüb.
Bir çox əsəri xarici dillərə çevrilən, eləcə də, qar¬daş türkcələrə uyğunlaşdırılan şairin, “Sabahsız günlər” ki¬tabı Türkiyədə (2008), “Qorxunc” şeirlər toplusu Azər¬baycanda (2009)(“Vektor”; dos.dr. Rəsmiyyə Sa¬birin uyğunlaş¬dır¬ması ilə), “Məhəb¬bətin anato¬miyası” kitabı Qazaxstanda (2020) nəşr edilib.
Özü də tərcümə ilə məşğul olan Xasiyyət Rüs¬təm, rus şairləri Anna Axmatova, Marina Sve¬tayeva və Yev¬geni Yevtuşenkonun, Azərbaycandan xalq şa¬irləri Nigar Rəfibəyli və Ramiz Rövşənin, şəhid şair Ülvi Bün¬yad-zadənin, Millət vəkili Qənirə Pa¬şa¬ye¬vanın, Tür¬kiyədən Nəcib Fazil Kısakürəyin, Hüsnü Dağ¬lar¬ca¬nınvə b.-nın əsərlərini özbəkcəyə uy¬ğun¬laş¬dı-rıb.
Bir çox uluslararası şeir şölənində, o cümlədən Azər¬baycanda keçirilmiş ədəbiyyat tədbirlərində özbək ədə¬biyyatçılarını təmsil edib.
Xasiyyət Rüstəm 2004-cü ildə Özbəkistanın “Şöhrət” medalına layiq görülüb. Azər¬baycanda Dünya Gənc Türk Yazarlar Birliyinin “Üstün Xid-mət” Ödülü (2015), “Mikayıl Müşfiq” Ödülü (2015), AMEA Nizami Gəncəvi adına Ədə¬biyyat İnsitututunun “Fəxri Fərman”ı ilə (2017) təl¬tif edilib.
Taylandda keçirilən Uluslararası “Open Euro¬asian Literature festival and Book forum”da po¬e¬ziya üzrə (“Kəpənək mahnısı” 2018) birincilik qa-zanıb.
Beləliklə, qarşımızda təkcə öz ölkəsində deyil, onun hüdudlarından qıraqda da yaxşı tanınan, se¬vilən bir şairin – xanıməfəndinin dayandığını gö¬rürük.
Qəribədir, bəzən qadın şairləri (şairə sözünü sev¬mirəm) kişi şairlərlə müqayisə edib, üstünlüyü ikin¬cilərə verirlər. “Qadınların yazdığı şeirlər, bü-tün hallarda, qadınlıq hisslərindən qaynaqlanan bir şü¬uraltı təsirin nəticəsində yazılır” – deyə düşü¬nür¬lər. Niyə? Təbii ki, hər bir şeir yazılarkən, söz¬lər hansısa hisslərdən qay¬naqlanıb, duyğulardan su içib, gəlir. Qarşısına kağız və qələm qoyaraq, özü¬nü qa¬fiyə axtarmağa məcbur edən, mövzu üçün baş sındıran, zamanın damarını tutmağa çalışıb, “la-zım¬lı” şeirlər yazan “şairlər”i çıxsaq, bütün ya¬zarlar öz duyğu-düşüncəsini qələmə alır. “Öz” – o demək de¬yil ki, onlar yalnız öz həyatını və başına gələnləri yazır. Xeyr! Əsl yazar üçölçülü fəzada görməyi bacar¬malıdır. Yalnız öz həyatından ya¬zılarsa, sözlər və mövzular çox tezliklə tükənər və yaradıcılıqda mü¬əyyən bir stereotip, təkrarlanma yaranar ki, bu da oxucuları bezdirən, yazarın də¬yərini azaldan bir fə¬lakət olar… Şair də eynilə aktyor kimi, baş¬qa¬la¬rının yaşadığı hiss və həyə¬canları öz daxili alə-mindən keçirə bilməlidir.
Əslində, şairlər qibtəolunacaq qədər xoşbəxt in¬san¬lardır. Elə sözlər, elə duyğular vardır ki, qəlbə sığ¬maq¬dan imtina edirlər. İnsanların bəzən özünə belə etiraf edə bilmədiyini, şairlər sözə etibar edir.
Əzizim,
xəyalın hara tələsir? –
O gözəl üzünə
Şəfəq doğmamış…
Pəncərəyə boylan,
qərib yel əsir,
Bir də, bir nigaran
yağış başlamış…
Ümumiyyətlə, qadınların daxilində – həm şıltaq bir qız övladı, həm zəhmətkeş ana, həm vəfalı xanım, diqqətli ömür-gün yoldaşı, qürurlu bir sənət sahibi, həm də hər zaman sevib-sevilmək ehtiyacı duyan kövrək bir insan yaşayır. Hətta özünü çox əzəmətli və yenilməz göstərənlər belə nəvazişə eh¬tiyac duyur. Nəvazişsizlik qadını qabalaşdırır. Öm¬rün istənilən çağında, o nəvaziş gözləniləndir, xoş¬dur. Şair qadınlar isə tamam ayrı biz özəlliyə ma¬likdir, onların içində dünyaya sığmayan – əzmli, lakin yumşaq, körpə saflığını qoruyub saxlayan bir ruh vardır. O ruh hər zaman nisgillidir, həsrətlidir. Nəyinsə sorağındadır, nəyinsə axtarışındadır…
Külək əsər, çırpar yerə
Qarşısından qaçanı;
Özümdən gizləyim hara
Tanrı verdiyi canı?
Oyandım,
Yenə oyandım –
Ürəyimdə intizar.
Əlini uzatma, canım,
Bu gün “əlvida”mız var…
Və ya
Bu günü də vurdum başa,
Oyalandım, bitdi keçdi…
Öz adımı yazdım daşa,
Əcəl gəldi, ötdü keçdi…
Günahkar dedilər, yenə
Uymadım nifrətə, kinə.
Kimlərsə yazdı könlünə,
Kimlərsə unutdu keçdi…
Son zamanlar şair sözü çox hallanır. Kons¬tantin Stanislavskinin bir deyimi var: “Özünü incə¬sənətdə deyil, incəsnəti özündə sevmək gərəkdir!” Şair de¬dikdə ədəbiyyatı özündə sevən adamı nə¬zərdə tut¬malıyıq; istər qadın olsun, istər kişi – özünü şair ki¬mi təqdim etmək¬dən həzz alan, şöhrət ardınca qa¬çan, dünyanı gəzmək və ya tədbirlərdə görünmək məqsədilə şair olmağa can atan adamdan heç vaxt şair olmaz. Özünü ədəbiyyatsız tə¬səv¬vür etməyən, onunla yaşayan, onunla nəfəs alan, yaz-dıqlarından daha çox, oxucularını sevən adamdır şair.
Xasiyyət Rüstəmin şeirləri, onun məhz belə bir şair olduğundan xəbər verir:
Deyirəm, yaxşı ki,
Şeirlərim var!
Hər kəsə hədiyyə –
Məndən yadigar!..
Getmərəm dünyadan
gözləri açıq,
Özümdən sonraya
yazılan qalar!..
Mənim fikrimcə, öz yazılarında səmimiyyəti po¬zanlar, yazmaq xatirinə yazanlar, Puşkinin dediyi kimi “qafiyədüzənlər” bir yolla irəli çıxsa belə, heç zaman ədəbi ucalıqda qala bilməzlər. Onların sax¬ta¬lığını əsl oxucu mütləq hiss edir. Və oxuduqca an¬la¬yırsan ki, Xa¬siyyət xanımın yazdığı bircə misra belə sözgəlişi ya¬zılmayıb. Hər bir sözün öz anlamı, öz açarı vardır…
Qəribə deyilmi, sağam bu mövsüm,
Çiynimə yük olmuş dörd fəsil – dörd qış!
Asanmı sanırsan, – qırx ildir
köksüm
içində ənağır ürək daşımış!..
Mən ədəbiyyatı güllü-çiçəkli bir bağçanın həyə¬tindəki, pəncərələri Günəşə açılan ağeyvanlı gözəl bir evə bənzədirəm. Bu evdə çox otaq var… Kim¬lərsə kirayənişindir burada, kimlərsə mülk sa¬hibi.
İ.S.Turgenevin sözləri ilə desək: “Poeziya – yalnız şeir demək deyil… O hər yerdə var, bizi əhatə edir. Siz bir bu ağaclara, o səmaya baxın – hər tərəfdən gözəllik və həyat ətri gəlir. Harada gözəllik və hə¬yat varsa, orada poeziya var…” Qəribədir ki, vur¬ğun və kövrək şair qəlbi, həm də sarsılmaz bir qəh¬rəman, ye¬nilməz bir sərkərdə kimi hər zaman azad¬lıq ax¬ta¬rı-şındadır. Şair ruhu hər zaman göylərdə qanad çalır, lakin bu azadlıq, bu pərvəriş bəs etmir onun uca ruhuna. Şeirlərsə… Onlar öz sahib¬lə¬rin¬dən fərqli olaraq daha xoşbəxtdir. Qələmin ucun¬dan vərəqə daman hər bir misra – azad quş ki¬mi¬dir…
Ah, göylərdə uçaydım kaş!
Göylə birgə uçaydım kaş!
Ey asiman, qaçır məni!
Öz bağrında
bircə dəfə uçur məni!
Və ya
İndi bütün günü düşünəcəyəm,
Ağrıyan başıma dərd oldun bir az…
Məndə olmayanı istəmə məndən
Utandırma belə, körpə quşcuğaz!
Maraqla baxarsan qəfəsi açsam, –
Çörək gətirirəm, bir ovuc da dən.
Hər şey verəcəyəm susasan, acsan,
Azadlıqdan başqa… hər nə istəsən.
Şair bir ağacdırsa, şeirlər onun yaşıl qolu-bu¬da¬ğıdır. Təsadüfi deyil ki, Xasiyyət Rüstəmin poezi¬yasında zərif gilənar, Məcnun söyüd, Leyli ağacı kimi obrazlara rast gəlirik. Bunlar o qədər yeni, o qədər incə poetik bən¬zət-mələrdir ki, misraların gö¬zəlliyinə məftun olmaya bil¬mirsən:
Bir gilənar yarpağıyam, qopmuşam.
Diqqətini çəkməz halım,
Unudum!
Və ya
Bir gün söyüd belə Məcnuna dönər,
Göylərə üz tutub, o da dil açar.
Yıxmaz gövdəsini dəli küləklər,
Aşiq sevdasıyla göylərdə uçar.
Nə bulaqlar – duyan,
nə yollar – bilən!
Cavabsız qoyarlar suallarını…
Amansız quşlarmı almış əlindən
Leyli ağacının xəyallarını?..
Bir şair qadın üçün həm yaradıclıqla məşğul ol¬maq, həm ev işlərinə gərəyincə diqqət yetirmək, bu ara¬da, özünü də unutmamaq, baxımlı qalmaq – şüb¬həsiz, çə¬tindir. Məişət qayğılarından qaça bil¬mərik. Evimizin həm xanımıyıq, həm də qulluqçusu. Bu, bizi heç incitmir də. Çünki öz evimizdir, öz əziz¬lərimizdir. Qadınlar – yu¬xula¬rın¬dan kəsər; qa¬dınlar – sevgilərini paylaşmağı ba¬ca¬rar; özündən özünə heç nə saxlamaz qadınlar…
Düzdür, zərifik, kövrəyik… Bəzən yorulur, qı¬rı¬lır, hə¬vəsdən düşürük… amma bir şeyə inanırıq: ədə¬biyyat əbədidir! Və o, bizim əbədi sevgimizdir! Qa¬dınlar isə sevgi yolunda özlərini fəda etməyi ba¬carırlar…
Sən qarı, yağışı öhdəmə burax,
Gəz-dolan, qaçırma könlün deyəni.
Amma taleyimtək dönük çıxma, bax!
Dəli rüzgarlara buraxma məni!
“Elin gözü tərəzidir” – ata-babamız belə de¬yib… Yaz¬dığım bu ürək sözlərinin həqiqət olub-ol¬ma¬masını qadın şairlərin, hal-hazırda isə Özbə-kis¬tanın gözəl və istedadlı xanım yazarı Xasiyyət Rüs¬təmin şeir¬lərini oxu-yarkən görəcəksiz…
Oxucularımıza xoş oxular, Xasiyyət xanıma və onun timsalında bütün qadın yazarlarımıza isə bö¬yük yaradıcılıq uğurları diləyirəm!
Afaq ŞIXLI
Azərbaycan Yazıçılar Birliyi
Moskva bölməsinin katibi,
Rusiya Yazıçılar Birliyinin üzvü
Moskva, iyun-2020
Türk Mədəniyyəti və İrsi Fondunun Birinci Prezidenti Günay Əfəndiyeva Qırğızıstanın mədəniyyətinin və irsinin Türk Dünyasında yayılmasında xidmətlərinə görə Qırğız Respublikasının Fəxri Fərmanı ilə təltif olunub. Fəxri Fərmanı Günay Əfəndiyevaya Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından ölkənin xarici işlər naziri Jeenbek Kulubayev təqdim edib.
24 noyabr 2023-cü il tarixində Bakıda Qırğız Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev və Türk Mədəniyyəti və İrsi Fondunun Birinci Prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilib.
Görüş zamanı nazir Jeenbek Kulubayev Fondun qırğız xalqının mədəni irsinin tanıdılmasında aktiv fəaliyyətini qeyd edib. O, Fond tərəfindən tanınmış Azərbaycan şairi Adil Cəmilin “Manas” dastanının tədqiqinə həsr olunmuş kitabının, eləcə də Türk Akademiyası ilə birgə qırğız manasçısı Rısbay İsakovun redaktorluğu ilə eposun Sağımbay Orozbakov variantının nəşr olunmasını vurğulayıb.
Fondun 2018-ci ildə 90, cari ildə isə 95 illik yubileylərinin qeyd olunması çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinin təbliği yönündə gördüyü işlər yüksək qiymətləndirilib.
Günay Əfəndiyeva Fondun rəhbəri vəzifəsini icra etdiyi müddətdə göstərilən dəstəyə və etimada görə minnətdarlığını bildirərək, Qırğızıstanın mədəniyyətinin, irsinin təbliği və inkişafı sahəsində Fondun fəaliyyətlərindən bəhs edib. Bildirilib ki, Fondun təşkil etdiyi çoxsaylı multikultural tədbirlərdə qırğız xalqının ədəbiyyatı, epik irsi, incəsənəti geniş şəkildə təmsil olunub.
Amina Siljak-Jesenkoviç – 29 noyabr 1965-ci ildə Bosniya və Hersoqovinada dünyaya göz açıb. İxtisasca türkoloqdur. 1990-cı ildən Saraybosna Universitetinin Şərqşünaslıq İnstitutunda türkoloq olaraq fəaliyyət göstərir. 4 elmi kitabı, 70-ə qədər məqaləsi nəşr olunub.
KÖLGƏ
Babamın evi
Urumçinin kənarında
məbədə bitişikmiş.
Baxçasında bir ağ tut ağacı,
kölgəsində
bir skamya var imiş.
Skamyanın üstündə
titrək barmaqlarla toxunmuş
rəngbərəng bir xalı da varmış.
Hər bir ilməsində
oxunmuş kədərli nəğmələrə
qarışmış dualar…
Deyiləcək hər söz
xalı ilmələrinə dönən
boğazdakı düyundür.
Kəlmələri
hayqırytıları
keçirə bilməz.
Bir Çin səddidir.
İki otaqlı evdə
toxuculuq dəzgahının
arxasında
səccadə gizlədilmişdir.
Soruşan olsa,
naxışlar
nənəmin sandığındandır.
Anasının xatirəsidir.
İki otaqlı evdə
altı cüt göz.
Göz yaşlarınınsa
sayı yoxdur…
Səssizlikdir…
Nənəm
sağ tərəfdəki məbədin
dağıdılmasından
bir-iki gün əvvələ kimi
bir yol və ya iş qəzasında
izi itən,
hər gün işdən qayıdan
babamın yolunu
gözləyərmiş.
Səssizlikdir…
Söz yoxdur.
Hayqırtı da yoxdur.
Bayırda gözləyən var deyə,
boğazdakı düyün
hayqırtılarını, kəlmələrini
titrək barmaqlarla
toxuculuq dəzgahına
ötürmüşdür.
Mahmudumun lüğətində
görəsən
bunu izah edən
söz varmı?
Yoxsa xalıdakı
ilmələrə köçürülmüşdür?
Sonra
nənəm
anamla atamın yolunu,
işdən qayıtmasını
düşərgəyə dönməsini
gözləyərdi.
Bayırda gözləyən isə
kim bilir,
nəyi gözləyərdi?…
Hara gedəcəyi
bilinməyən yolun
tikintisi üçün
böyük tut ağacı kəsildi.
Urumçinin kənarında
nə skamya qaldı,
nə də xalı.
Sadəcə bir kölgə qaldı.
İçində isə
oxunmuş kədərli nəğmələrə
qarışmış duaların
yanğısı…
Tərcüməçi: Rəsmiyyə SABİR
