Gənc yazar Kəramət Böyükçölün “Mərkəz” qəzetinə müsahibəsi
Kəramətdən çoxdan müsahibə götürmək fikrim vardı. Ancaq nədənsə, hər dəfə bir əngəl çıxırdı. Görüşmək imkanımız olmurdu. Bu yaxınlarda isə onun doğum günü idi. Nəhayət ki, Bakı Dövlət Universitetində görüşüb söhbətləşdik. Kəramət yenə orjinal danışığı ilə yadda qaldı. Söhbətimiz əsasında gənc yazıçının 24 yaşını adicə sözlə təbrik etsəm də o, elə bu müsahibəni hədiyyə kimi qəbul etdiyini dedi.
