Ana səhifə SÖYLƏŞİLƏR “Kim olduğumu özüm çox yaxşı bilirəm və özümə güvənirəm”

“Kim olduğumu özüm çox yaxşı bilirəm və özümə güvənirəm”

Müəllif: Bizim Yazı
2. 208 baxış

Əkbər QOŞALI  “Mərkəz”in “Tez-bazar”ında…

– Özünüzü 2 sözlə təqdim edin.
– Bir söz yetər: ƏKBƏR.

 

–  Sizi necə təqdim edəndə razı qalırsız?
– Baxır adamına.
– “Mən kiməm?” sualına necə cavab verirsiniz?
–  Kim olduğumu özüm çox yaxşı bilirəm və özümə güvənirəm.
– Dost…
– Dost – mənim dostum Yolçu Əvəzoğlu deməkdir.
– İlk sevginiz?
– Oldu, getdi… Bitdi də bitmədi…
– Əsas ixtisasınız?
– Birinci diplomuma “Mühəndis”, ikinci diplomuma “dövlət və bələdiyyə idarəetməsi” (istiqaməti) yazılıb…
– İstifadə etdiyiniz nəqliyyat növü?
– Hələlik, ictimai nəqliyyat…
–  Sevdiyiniz maşın markası?
–  Uşaqlıqda düşünürdüm, böyüyərkən “Niva” alacam, indi isə, əgər bu gün araba alası olsam “Prado”ya üstünlük verirdim.
– Sevdiyiniz brend?
– Brenbdbaz deyiləm.
– Sevdiyiniz saç düzümü?
– Necə görürüsüz…
– Sevdiyiniz rəng?
– Baxır nədə. – İdeolojik olarq, türklük rəngi ( – göy). Geyim-keçim anlamında ağ-qara, boz…
– Ən çox sevdiyiniz ölkə?
– Azərbaycan.
– Ən çox görmək arzusunda olduğunuz şəhər?
– Təbriz!
– Sevdiyiniz yemək?
– Yemək məsələsində titizliyim yoxdu. Üstünlüyü milli mətbəxə verirəm.
– Ən çox istifadə etdiyiniz söz?
– Yəqin “Günaydın” və ya “Əfəndim” olar?
– Leksikologiyanıza yad olan söz?
– Nifrət içərən sözcüklər…
– Sizi nə həyacanlandıra bilər?
–  Uzun müddət əmək sərf etdiyim, ancaq bir türlü başarılı ola bilmədiyim işin nəhayətdə uğur gətirməsi…
– Ən çox sevdiyiniz kitab?
– Ancaq bir kitab göstərmək çətindi. Hərhalda, bu, Çingiz Aytmatovun “Əsrə bərabər gün”üdür.
– Ən çox sevdiyiniz yazar?
– Klassiklərdən İsa MUĞANNA, yeni nəsildən SƏHƏR.
– Ən çox bəyəndiyiniz ifaçı?
– Müğənnilərdən Azərin və Pərisa Arsalani, aşıqlardan Əli Ürfan və Qurban Urmulu.
– Ən çox bəyəndiyiniz musiqi janrı?
– Aşıq musiqisi.
– Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
– Bunu başqaları dəyərləndirsə daha doğru olacaq, deyə düşünürəm.
– Mənfi xüsusiyyətiniz?
– Sadəliyimin bəzən sadəlöhvlük səviyyəsinə enməsi…
– İdeal insan necə olmalıdır?
– İnsan ideal olsa, o zaman yəqin Peyğəmbər olar…
– Özünüzü ideal insan hesab edirsizmi?
– Yox.
– Sizi özünüzdən nə çıxarda bilər?
– Ədalətsizlik, evyıxanlıq.
– Həyat fəlsəfənizi ifadə edin?
– Yaxşılıq ölməzdir! Biz qalib gələcəyik!
– Siz xoşbəxtsizmi?
– Bədbəxt deyiləm.
– Bədbəxtliyin xüsusi düsturu varmı?
– Yaşayan bilər.
– Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
–  “Belə olubsa, deməli olmalıymış”. – Şair demiş, “Olacaqlar olacaqlar”.
–  Ölüm niyə ölmür?
– Yaranışın hökmü belədir…
– Dinlərə münasibətiniz?
– Tanrısal dinlərə sayğılıyam.
– Kimdən və nədən xilas olmaq istərdiniz?
– Sırtıqlardan, öz yerini bilməyənlərdən.
– Falçıya inanırsızmı?
– Yox.
– Daş olmaq yaxşıdır yoxsa daşlaşmaq?
– İnsan olmaq!
– Sevinciniz nə qədərdi?
– Sevincim – sevinə bildiyim qədərdir!
-İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiz?
– Adilliyinə, üfüqügenişliyinə.
– Bağlayıcılardan çoxmu istifadə edirsiz?
– Bağlayıcılardan, bəlkə də ən az istifadə edənlərdənəm.
– Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
– Çayı içib, çayı keçmək.
– Gülməyi xoşlayırsız, yoxsa güldürməyi?
– Düşünməyi, düşündürməyi…
– Mənə sualınız?
– Jurnalistikada nərəyə varmağı düşünürsən?
– Hələ ki, addımlayıram.

Tural Türk

/“Mərkəz” qəzeti, 07.09.2011/

You may also like

3 şərh

Togrul Aliyev 2011-09-07 - 18:15

Dayim her zamanki kimi cox semimidi. Amma ilk sevginiz sualina verdiyiniz cavabi tam basha dushmedim. Bitib yoxsa bitmeyib? ))) Bir de deyim ki siz xoshbext ogul xoshbext heyat yoldashi xoshbext ata ve xoshbext dayisiniz.

Cavab
ilqar ilkin 2011-09-07 - 19:44

dost deyende ele bildim meni deyecek

Cavab
Esger Yolcuyev 2011-09-08 - 22:02

sadelk gozellikdir.ama baxir harda

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.