***
Tanımadığım rəssam,
Dün bir təsadüflə odana gəldim –
Bir irigöz gözəllə,
Qüsura baxma, özün yoxkən girdik odana.
Yo-yoox heç nə götürmədik –
Baxmaq və sadəcə baxmaqdı işimiz…
BAŞ YAZI
…yaxud ÖLÜM SEVGİ YARADA BİLMƏZ
… Son yüz ilin ən böyük eşq hekayətlərindən birini indicə tamamladım. İndicə deyəndə, kitabı indi əldə etdim, heç bir fasilə vermədən, oxucu olaraq, bu «şirin» ağrılı əsəri başa çatdırmaqdan özümü saxlaya bilmədim. Sadəcə ona görə yox ki, bu, bir qızın yaralı taleyindən danışırdı, həm də ona görə ki, bu qəbildən olan əsərlər az-az yazılır.
Həyat həqiqətinin əsil bədii həqiqətə çevrildiyi anda, o, təkcə müəllifin olmaq haqqını itirir və oxucu olaraq bizimki olmaq haqqı qazanır, stolüstü kitabımıza çevrilir. Müəllif yazdıqlarının həm də iştirakçısı və ya müşahidəçisi olanda onu birnəfəsə oxumaqdan başqa çarən qalmır. Qənirə Paşayeva kimi… «Onun sevgi məktublar kimi»… Çünki o, bu aləmə yad deyil.
“Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı nəşr edilmişdir
(BizimYAZI AzərTAc-a istinadən bildirir:) Tanınmış yazıçı-publisist, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində çapdan çıxmışdır.
Oxuculara təqdim olunan bu kitab XX yüzillikdə və XXI yüzilliyin birinci onilliyində yazıb-yaradan müasir yazıçıların həyat və yaradıcılığı barədə ensiklopedik məlumat toplusudur. Kitabda öz əsərləri ilə milli-mənəvi xəzinəmizi zənginləşdirən yazıçıların biblioqrafik oçerkləri verilmişdir.
Azərbaycanın bir qrup tanınmış yazıçısı Prezident İlham Əliyevə müraciət edib
Müraciət müəllifləri kitaba tətbiq edilən əlavə dəyər vergisinin ləğv olunmasını xahiş edirlər.
Bir qrup yazıçı kitabla bağlı əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi xahişi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Lent.az-ın verdiyi məlumata görə, müraciətə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri xalq yazıçısı Anar, katibi, xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin katibi, P.E.N. mərkəzinin prezidenti, xalq yazıçısı Çingiz Abdullaev, AYB-ninin katibləri Rəşad Məcid, Arif Əmrahoğlu, xalq şairləri Vagif Səmədoğlu, Nəriman Həsənzadə, Zöhrab Tahir, Sabir Rüstəmxanlı, xalq yazıçıları İsa Hüseynov, Gülhüseyn Hüseynoğlu və Mövlud Süleyman imza atıblar.
Tanınmış yazıçı-publisist Zakir Sadatlının yeni sənədli povesti işıq üzü görüb
“Qanun” Nəşrlər Evində nəfis tərtibatla çıxan və “İraq olsun” adlanan povest yazarın telejurnalist kimi İraqa səfərinin gerçək motivləri əsasında yazılıb. Povest boyu bu günlər, tarixən üzləşdiyi növbəti ağır zamanlını yaşayan İraqın keçmişindən bu gününəcən olan mövcudluğuna yazıçı-jurnalist baxışı sərgilənir, olaylar bəzən bədii, bəzən fəlsəfi, bəzən isə sırf stinger yanaşması ilə oxucuya çatdırılır. Povestdə Kərkük qırmızı xətlə keçir, kərküklülərin Azərbaycan sevgisi inandırıcı, tam gerçəkçi kəlmələr ilə təsvir edilir. Məhəmməd Füzulinin məzarı, onun nəslindən olanlarla bağlı yeni informasiya isə yazar müdaxiləsinə yol vermədən İraqa, onun Səddam rejiminə yeni baxışı ortaya qoyur, bizə indiyə qədər bilmədiyimizi danışır.
Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, tanınmış şair İbrahim İlyaslı ilə söyləşi
– İbrahim müəllim, ədəbi mühitdə az-az görsənirsiz ya bu bizə belə gəlir?
– Ədəbi mühitdə yazı adamının özünün yox, yazdıqlarının görünməsi önəmlidir, hesab edirəm. Bəzən bizdə tərsinə olur. Bir də görürsən bir qələm adamı medianın gündəmindən düşmür. Diqqətlə baxanda görürsən ki, görünən bu adamın yalnız fotosu və mətləbə dəxli olmayan məsələlərə münasibətidir. Ortada əsər yoxdur. Bir də ki, mən zatən az yazanların sırasındayam. Yeni yazılarım olanda mətbuata təqdim edirəm. Çap olunmaqla bağlı da ki, heç bir problemim yoxdur.
– Yaradıcılığınızda nə kimi yeniliklər var?
7-ой съезд Региональной Общественной Организации «Бирлик» ногайцев Республики Дагестан
В селении Татаюрт Бабаюртовского района состоялся 7-ой съезд Региональной Общественной Организации «Бирлик» ногайцев Республики Дагестан.
В связи с возникшими в последнее время проблемами изучения родного языка, не рациональным использо- ванием земель отгонного животноводства находящихся на территориях традиционного природопользования предков ногайцев, бессистемным выпасом и круглогодичным содержанием скота на землях отгонного животноводства, способствующей к эрозии земель, появлению новых очагов опустынивания Ногайской Степи, тотальной безработицей и массовым оттоком ногайской молодежи 25 декабря 2011 года в 10.00 часов в селении Татаюрт Бабаюртовского района состоялся очередной Региональной Общественный Организации «Бирлик» ногайцев Республики Дагестан с повесткой дня «Общественно-политическое и социально-экономическое положение ногайцев в Республике Дагестан».
Türk dünyasında ortaq ünsiyyət dilinin formalaşdırılması yolları
Elçin Əli oğlu İbrahimov/ BDU-nun dissertantı
Tanrının dövlət günəşini Türk bürclərindən yaratmış olduğunu və Türklərin ölkəsi üzərində göylərin bütün dairlərinin dövr etdiyini gördüm. Tanrı onlara Türk adını verdi və yer üzünə hakim qoydu. Cahan hökmdarları Türk irqindən dünyaya gəldi. Dünya millətlərinin ixtiyarı Türklərə verildi. Türklər Tanrı tərəfindən bütün tayfalardan üstün sayıldı. Türklər himayəsinə aldıqları millətləri pisliklərdən qorudular. Cahan sultanı olan Türklərə hər kəs möhtacdır, onlara dərdini demək, onlardan mədəniyyəti öyrənmək və bütün bunlara nail olmaq üçün Türk dilini mənimsəmək lazımdır. İslam Peyğəmbəri oğuz türklərinin təşəkkül tapaçağını və Türk dilini öyrənin, çünki onlar üçün uzun müddət davam edəcək səltənəti vardır buyurmuşdur.
“Divanı-Lüğəti-t Türk”

