Atatürk Kültür Merkezi Başkanlığı ile Avrasya Yazarlar Birliği’nin işbirliği ve Kırım Mühendislik ve Eğitim Üniversitesi’nin evsahipliğinde; 21-23 Eylül 2012 tarihlerinde; Kırm’ın başkenti Simferepol’de (Akmescit) Türkiye, Kırım, Azerbaycan ve Türkmenistan’dan 43 bilim adamı, araştırmacı ve yazarın katılımıyla “Vefatının 1. Yıl Dönümünde Uluslararası Cengiz Dağcı Sempozyumu” yapılmıştır.
BAŞ YAZI
Tanrının unutduğu söz
…Biz yola çıxanda səhərdi. Günəş Xəzərin üstündən təzəcə çırtlayıb Bakını oyandırmağa başlayırdı. Hələ qaş-qabağını tökməmişdi Bakı, hələ küçələri izdihamsız, adamları gülərüzdü.
Bir neçə şairlə Muğana – Dünya Gənc Türk Yazarlar Birliyinin düzənlədiyi görüşə -Salyan və Cəlilabad ədəbi mühitiylə təmasa yollanırdıq. Əslində adı bir qədər rəsmi səslənən tədbirdən daha çox bir gəziydi bu, bəlkə – paytaxtdan bölgəyə, mürəkkəbdən sadəliyə bir qaçışdı… Çoxdandı görüşmədiyimiz qələm dostlarımızla yol yoldaşı olmaq bəhanəsiydi. Və bütün gözəl görüşlər kimi xoş bir həyəcan qoxuyurdu.
Alisya Rıbalko – Polyak şairi və çevirməni. 1960-cı il iyul ayını 4-də Vilnüsdə doğulub. Vilnüs Universitetinin biologiya fakültəsini bitirib. Yaradıcılığa 1976-cı ildən başlayıb. Vilnüs İnsan Genetika Mərkəzində elmi işçi kimi fəaliyyət göstərib. Hal-hazırda Berlindəki Şarite Universiteti Xəstəxanasında çalışır. 1991-ci ildə Slovakiya Yazıçılar Birliyi tərəfindən təltif edilib. Bir neçə şeirlər kitabının müəllifidir. Litva və içveç şairlərinin bir çox şeirini polyak dilinə çevirib. 1995-ci ildən Litva Yazıçılar Birliyinin üzvüdür.
Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə xanım Paşayevanın təşəbbüsü ilə ünlü türk yazıçısı İsgəndər Palanın böyük Yunus Əmrə haqqında qələmə aldığı “OD” romanının Azərbaycancaya uyğunlaşdırılaraq Bakıda nəşrindən sonra daha bir layihə gerçəkləşdirilib. Yenicə işıq üzü görən “Ədəbi Nobel antologiyası”nı sözün gerçək anlamında mədəni həyatımızın sanballı hadisələrindən biri adlandırılmaq olar.
Layihənin rəhbəri və ön sözün müəllifi dr.Qənirə Paşayevadır. Antologiyanı yazışı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və çapa hazırlayıb, redaktorları NURAFİZ və Əkbər Qoşalıdır. “Qanun” Nəşrlər Evində nəfis tərtibatla çap olunmuş 816 səhifəlik antologiyada dünyanın ən nüfuzlu ədəbi ödülü olan ədəbiyyat üzrə Nobel ödülünün təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülmüş 67 nasirin yaradıcılığı təqdim olunub.
/Bərdənin Mehdili kəndində doğulub (1983). 2002-ci ildən Bərdədə fəaliyyət göstərən “Söz” ədəbi birliyinin üzvüdür/
Yarısına işıq düşmür
Günəş çıxır – bu dünyanın
yarısına işıq düşmür.
Gizli, qaranlıq olanın
yarısına işıq düşmür.
Ömrü gödək bu günün də
qaranlıq var bir yönündə.
Elə insan ömrünün də
yarısına işıq düşmür…
“Sazda, ozanda ilahi qat olduğuna inanıram”
Dünya Gənc Türk Yazarlar Birliyi başqanı Əkbər Qoşalının AZADİNFORMa müsahibəsi
– Əkbər bəy, sizcə ƏDƏBİYYAT məfhumunun bu qədər ucuzlaşmağına səbəb nədir?
– Nigar xanım, mən ədəbiyyat məfhumunun ucuzlaşdığını düşünmürəm. Əgər siz konkret olaraq kimlər üçünsə belə bir ucuzlaşmanın baş verdiyini nəzərdə tutursunuzsa, sizə deyim, görünür, o şəxslər özləri ucuzdurlar…
Kitab dükanlarının seyrəlməsi, kitabxanalara müraciətlərin azalması, kitab tirajlarının aşağı düşməsi kimi faktlar mövcuddur – bunu çoxumuz fərq edirik, ancaq bu, ədəbiyyatın ucuzlaşmasına dəlalət etmir. Yaxud ədəbiyyatçının sözünün illər öncəki kimi kəsərli olmaması da belə fikir söyləməyə əsas vermir.
(1985-ci ildə Xocalı rayonunun Cəmilli kəndində doğulub. Hazırda Bərdədə yaşayır. 2009-cu ildən Bərdə şəhərində fəaliyyət göstərən “Söz” ədəbi birliyinin üzvüdür)
TORPAĞIN SİNƏSİ QABARDI…
Mübariz İbrahimovun əziz xatirəsinə
Sən öldün, nə dəyişdi ki?!
Heç nə!
