Səbinə Dəniz (Məmmədova)–1989-u ildə Sumqayıt şəhərində doğulub. 26 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin filologiya fakültəsinə daxil olub, 2012-ci ildə həmin fakültəni bitirib. Universitet illərindən başlayaraq dövri mətbuatında çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
BAŞ YAZI
İmdat AVŞAR (TÜRKİYƏ)
O gecə qulaqlarımda elə hey təkrarlandı anamın sözləri, sızlatdı ürəyimi, vurdu, yaraladı məni.
“Yay da artıq bitir, darıxıram, oğlum… Dünən yuxuda gördüm , ürəyim elə istədi ki, səni, qurban olum, uzaq yerdimi, quzum? Çox şükür, at var, araba var…”
Səhər tezdən özümü atdım terminala.
Malatya terminalı…
İyulun sonları…
Hələ günün təzə başlamasına baxmayaraq istidən artıq köynəkləri bədənlərinə yapışıb adamların.
Yapış-yapış, tər qoxulu, sarı, isti bir səhər.
Divanə Ozan Təklə (Ağayar Xələf oglu) – müstəqil yazıçı
“Sağalmaq sağalmamaq tərəfdədi” silsiləsindən
İçəridəki göy gurultusuna ithaf edirəm
(Gənc yazar Cavidanın mətbuatda getmiş “Özümü nəsrdə daha yaxşı sevirəm” sərlövhəli müsahibəsi üzərinə)
Külli kainata – orada, içəridə önəmli və önəmsiz, məsafə və məsafəsizliklərə çəkili və çəkisiz hər şey təsir edir. Ən pisi budur? Bəlkə ən yaxşısı budur. Bilmirım, heç nə bilmirəm. Qəmgin görünmək kədərli görünmək deyil. Yoldan ötən (ədəbi) yuxuya gedib yoxsa? Səssiz-səmirsiz yoxa çıxmaq suya girməkdi. Həmişə bu haqda (nəsr haqda) düşünmək cansız müqəvvalar haqda düşünə-düşünə yaşamaqdı. Bədbəxtlik nə vaxt baş verəcək? Yəqin iş-işdən keçəndən sonra. Sadəlövh ruha sahib olub xoşbəxt olanlar da var. Kilidlənmiş qapılardan içəridə (yazıçının içərisində) izdiham var.
Elşən Əzim: “Ədəbi mühitdə paytaxt və əyalət fərqi hələ də hiss olunmaqdadır”
Mingəçevirdə yaşayan şair-publisist Elşən Əzimin “GündəlikTELEQRAF”ın əməkdaşı ilə söhbətini təqdim edirik:
– Elşən bəy, dünən (-14.08.2012) Sizin aparıcılığınızla Mingəçevir və qonşu bölgələrin yazarları ilə görüş keçirildi. İstərdim həm bu görüş, həm də sizin başçılığınızla mərkəzi Mingəçevir olmaqla təsis olunan Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Aran bölgə təşkilatı barədə fikirlərinizi bölüşəsiniz.
– Mingəçevirdə görüş yüksək səviyyədə təşkil olunmuşdu. Şəhər İcra Hakimiyyəti tədbirin təşkilində bizə yardımçı oldu. Mingəçevirdən və ətraf bölgələrdən dəvət olunmuş yazarlar görüşdə fəal iştirak etdilər. Görüşdə Dünya Gənc Türk Yazarlar Bilriyinin başqanı Əkbər Qoşalı çıxış edərək layihənin məqsədi və məramı barədə məlumat verdi. Yerli yazarlar da bu görüşü yüksək dəyərləndirdilər və yeni şeirlərini oxudular, müxtəlif təkliflərlə çıxış etdilər.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bölgələrdə yaşayan gənc yazarlarla görüşlər” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində artıq bir sıra rayon və şəhərlərdə görüşlər keçirilib, yazarların istək və arzuları öyrənilib.
Bizim də iştirakçısı olduğumuz görüşlərdə müxtəlif yaş qruplarından olan yazarlar, kitabxana işçiləri, mətbuat əməkdaşları və fəal oxucular maraqlı fikirlər səsləndirib, problemlərdən danışıb və təkliflərini irəli sürüblər.
DGTYB başqanı, sözügedən layihənin rəhbəri Əkbər Qoşalıyla söhbətimizə layihənin ilkin sonucları və qarşı ayda görüləcək işlər barədə sualla başladıq.
GAZETE KENARINA YAZILAN YAZILAR
Gözü açık olanların hepsinin gördüğünü sanma.Yürüyenlerin hepsinin de canlı olduğunu düşünme, “ölüm sadece mezarda yatmak değildir kuzum” derdi.
* * *
Ahmak delirse kaybedeceği birşeyi yok, akıllı delirirse o kötü.
Tural İRFAN. Yeni şeirlər
Ulu qarğış
Sönməyən odun, sınmayan ordun,
Sənin tək yurdu sevməyən ölsün
Azərbaycan!
bu uca qədrini bilməyən ölsün,
Qarabağ dərdini bölməyən ölsün
Azərbaycan!
…Sənə canını verməyən ölsün,
ölsən, səninlə ölməyən ölsün
Azərbaycan!
Azərbaycan Aşıqlar Birliyinin orqanı olan “Ozan Dünyası” dərgisinin yeni (-2(9)) sayı işıq üzü görüb. Türkiyəli qocaman sənətçi – YUNESKO-nun “Canlı insan xəzinəsi” fəxri titulunu qazanmış Şərəf TAŞLIOVAnın rəsmini qapaq rəsmi olaraq alan dərginin bu sayında “Aşıq1ıq gələnəyi millətin əxlaqıdır”, “Azərbaycan folkloru antologiyası”, “Azaflı Mikayılın şeirlərində türklük şüuru və iki şeirinin hekayəsi”, “Ozan dünyası, sazbəndlik”, “Bu yol Kamandar yoludur”, “Günəşə gedən yolu sevməyən bizdən deyil”, “Saz mənəviyyat məktəbidir”, “Aşıq Nabatın həyat və yaradıcılığı”, “Tarixləşən sənətkar, dədələşən ozan”, “Aşıq Yanvar-70”, “Seyfəddin Qəniyev-60”, “Aşıq Pəri yaradıcılığına bir baxış”, “Ölüm sevinməsin qoy”, “Yarama duz basın”, “Sazbənd sözsüz ömür sürməz”, “Ozan dünyasından soraqlar”, “Gənc aşıqlarımız Dağıstanda beynəlxalq festivalda…”, “Saz dünyası, söz dünyası”, “Aşıq Şenliyin Borçalı səfəri” adlı müsahibə, məqalə, tanıtım yazıları, habelə şeirlər yer alıb.



