Almaz ÜLVİ
filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu
“Türk xalqları ədəbiyyatı” şöbəsinin baş elmi işçisi
Ədəbi əlaqələr müstəvisində dramaturgiya və teatr sahəsinin tədqiqindən irəli gələn yekun mülahizələrə görə, özbək dramaturgiyası və teatrının təşəkkülü və tərəqqisi bir sıra cədidçi mütəfəkkirlərin, ilk növbədə, H. H. Niyazinin adı ilə bağlıdır. Bu dramaturgiyanın inkişaf və zənginləşmə mənbələrindən biri, heç şübhəsiz, Azərbaycan dramaturgiyası və onun ən görkəmli nümayəndələrindən Mirzə Fətəli Axundov və Hüseyn Cavid yaradıcılığı olmuşdur.
