(Yazarın (AGİN-nin dəstəklədiyi və DGTYB- tərəfindən gerçəkləşdirilən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində, 11.12.2013-cü ildə) Atatürk Mərkəzində etdiyi eyni adlı məruzə əsasında hazırlanıb)
Hörmətli görüş iştirakçıları, Azərbaycan ədəbiyyatında əyalət və paytaxt fərqi sovet dönəmindən üzübəri mövcud olmuş problemlərdən biridir. Bölgələrdə yaşayıb-yaradan söz adamının təbliği, çap olunması, tele-radio proqramlarında çıxışı, ödül və hətta nə gizlədək, təltiflərə layiq görülməsi həmişə paytaxtdakı yazarlara nisbətən müəyyən çətinləklərlə müşahidə olunub. Son illərdə bu sahədə bəzi addımlar atılsa da, problemlər hələ də qalmaqdadır. Əslində bölgələrdə də yetərincə istedadlı, intellektli qələm sahibləri yaşayıb-yaradır.


