“And olsun atlara”… Kitabın adı da onu dedi… – mən düşündüyümü…
dr.Könül AYDIN (Nəhmətova)
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçi,
DGTYB Gənəşinin (Məsləhət Şurasının) üzvü
Öykülər də adamlar kimidir; keçmişi bu günü, gələcəyi var. “And olsun atlara!” – əbədi bir and olsa da, həm də tarixi anddır. Tarixi və gələcəyi olanın bu günü olmadığını kim sübut edə bilər?!. – Səfurə Çərkəzqızının öykülərini birinci dəfə, hələ kitabın nəşrindən öncə, əlyazma halından oxuduğum zaman ilk düşündüyüm bu oldu…


