



“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində yaddaqalan silsilə tədbirlər keçirilib
Ədəbiyyat, musiqi və təsviri sənət fərqli yaradıcılıq sahələr olsa da, onların bədii-estetik harmoniyası insanlara yüksək zövq aşılayır, mənəvi yöndən zənginləşdirir. Çağdaş dövrdə bu fərqli sahələri təmsil edən gənc istedadların fikir mübadiləsi aparması və işbirliyi yeni-yeni ideyaların gerçəkləşməsinə zəmin yarada, əlverişli mühitin formalaşması ilə sonuclana bilər.


