Ямгурчи Баймуратулы
Ногъайыма насият
Тири денгиз ютюп, замансыз, шакъсыз
дюнъядан кетген ногай балыкъшылагъа багъышлайман.
Гьай, гьай дюнъя, гьай дюнъя
Дёгершикдей дёгерек,
Юрёгюме шаншылгъан
Гёз алмайгъан тегенек.
(Nağıl)
Bir kənddə tək-tənha yaşayan bir adam vardı. Onun adı Sakici idi. Sakicinin pulu, yeməyə və geyinməyə hec nəyi yox idi. “Mən hər gün var gücümlə yaşayram” deyirdi. Pulu olmadığı üçün çox narahat idi. Sakici həmişə fikirli gəzib-dolanırdı. Günlərin bir günü o, məbədə gəldi və orada oturub dua eləməyə başladı. O, “mənim pulum və yeməyim yoxdur, yaman acmışam, çox yorulmuşam, zəhmət olmasa mənə kömək edin” deyirdi. Bu zaman məbəddən səs gəlir: “Sakici, yaxşı qulaq as, (Sakici bu zaman təəccüblənir) sənin məndən istəyin nədir? Nəsə istəyirsənsə, mənim sənə ayıracağım mühüm bir gün olacaq və o günü gözlə. Sakici: – Başa düşdüm. – dedi. Bundan sonra Sakicinin əhvalı yaxşılaşdı və məbəddən çıxdı. Sonra birdən yerə yıxıldı. O, yıxılarkən əli ilə nəsə tutmuşdu., bu bir böcək idi. Bu böcək onu çox bezdirdi, Sakici böcəyə ip bağlayıb onu gülməli hala saldı. O, bir az yol getdikdən sonra atası ilə gedən bir uşaq qarşısına çıxdı. Uşaq böcəyi görüb istədi. Uşağın atası üc mandarin verib böcəyi dəyişməyi təklif etdi. Sakici razı oldu. O, mandarinləri götürüb yola davam etdi.
(Nağıl)
Qədim zamanlarda bir kənndə çox varlı adamlar yaşayırdilar. Niyə onlar elə varlı idilər? Ona görə ki kəndlilər dağ tenrusının özü ilə dostluq edirdilər. Buna görə də dag tenrusu onlara bol məhsul əldə etməyə, ziyanverici həşəratları və pis qüvvələri qovmaga kömək edirdi. Hər payız o daglara gedir və oradan kəndin vəziyyətinə nəzarət edirdi. Yazda isə kəndə qayıdırdı. Kəndlilər isə onu səbirsizliklə gözləyir və o gəlməmiş heç vaxt taxıl əkmirdilər. Dağ tenrusu çox urəyiaçıq, həm də utancaq: idi. Gah təvazökarlıqdan onun üzü qızarırdı, gah da utandığından üzünü gizlədirdi, lap cavan qız kimi…
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “ƏDƏBİYYAT, MUSİQİ, TƏSVİRİ SƏNƏT VƏ GƏNCLİK” adlı 4 aylıq layihə başa çatmışdır. Layihə çərçivəsində silsilə tədbirlər düzənlənmiş, layihənin adından da göründüyü kimi, fəqli sənət sahələrini təmsil edən yaradıcı gənclər bir araya gələrək, işbirliyi məsələlərini müzakirə etmiş, habelə problemlər, uğurlar barədə fikir mübadiləsi aparmışlar. Düzənlənən tədbirlərdə görkəmli alimlər, nüfuzlu aydınlar, tanınmış QHT başçıları, KİV nümayəndələri də öz düşüncələrini bölüşmüşlər.
LAMİYƏ İSAZADƏ
(Lamiyə Ədalət qızı İsayeva)
12 may 1989-cu ildə Gəncədə doğulub.
Gəncə Humanitar Kollecində oxuyub.
İnsan ömrü…
Çatlamış saxsıda suya bənzəyir,
insanın həyatı, həyatın özü…
İçsək də tükənir, heç içməsək də,
rüzgar kimi keçir insanın ömrü.
Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan təmsilçiliyinin Mətbuat xidmətinin başçısı Günay Həsənlinin “BizimYAZI”ya verdiyi bilgiyə görə, bugünlərdə qardaş Türkiyənin Kuşadası bölgəsində uluslararası rəsm şöləni keçirilib. Şöləndə 20 ölkədən 46 rəssam iştirak edib. Quşadası bələdiyyəsinin, Belmare otelin dəstəyi və UASB-nin təşkilatçılığı ilə keçirilən şöləndə Azərbaycanı 7 nəfərlik qrup təmsil edib.
dos.dr. Şəmil SADİQ
(Yazının birinci bölümü)
Dünyanın bu qarışıq zamanında hər şeydən uzaq bitərəf bir ölkə var, adı da Türkmənistandır. Bu ölkənin xalqı firavan və rahat güzaran keçirir. Xalqın nə İŞİD deyilən zaddan xəbərləri vardı, nə də Məkkədəki hadisələrdən. Onların tək qayğısı səhər öz işlərinə gedib, axşam qayıtmaları və həmişə sevimli prezidentlərini göstərən televizorlarına baxmaq idi. Xalqın heç bir dərd-səri yox idi. Su, qaz, işıq, duz, un kimi vacib nemətlər pulsuzdu. Bu xalqın padşahı elan etmişdir ki, biz bitərəf və bəxtiyar bir dövlət olaraq kimsənin toyuğuna kış demirik, kimsə də bizim toyuğumuza kış deməsin. Padşah öz xalqını çox sevərdi. Onların güzaranının yaxşı olması üçün çox vacib qərarlar vermişdi: siqaret çəkmək, axşam saat 11-dən sonra əyləncə mərkəzlərinin işləməsi, mövhümatçılıq, təriqətçilik, sosial şəbəkələrdən istifadə kimi zadlar birmənalı qadağan edilmişdi.
ƏLHƏM DƏŞTİ (HÜSEYNZADƏ) –
1994-cü ildə Bakı şəhərində doğulub. Klassik janr(lar)da şerlər yazır. Vaxtaşırı Maştağada təşkil olunan “Meraci-süxən” ədəbi məclisində iştirak edir. Hazırda Odlar Yurdu Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsidir.
***
Üzün ki yadə düşür, aşiqin xəyalə düşür,
Xəyalən olsa da, o, məclisi-vüsalə düşür.
Ləbin verir qədəhə rəngini sən içdikcə,
Ləbindən aldığı rəngə həmin piyalə düşür.
Gənc yazarın ilk kitabı işıq üzü görüb
“Facebook” sosial şəbəkəsindəki “Kitabsevərlər” qrupunun “Gənc qələmlərə dəstək” layihəsi çərçivəsində gənc yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabı işıq üzü görüb.
525.az-ın verdiyi bilgiyə görə, “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilən kitabın redaktoru və ön sözünün müəllifi DGTYB Yönətim Kurulunun üzvü Cavid Qədirdir.
