Home BAŞ YAZI XƏBƏRİN YOXDU…

XƏBƏRİN YOXDU…

by Bizim Yazı

İbrahim İLYASLI

Məni aləmlərdən agah bilirsən,
Qəflətdə qafiləm, xəbərin yoxdu.
Bilən kölə bilir, sən şah bilirsən,
Sərgərdan səfiləm, xəbərin yoxdu.

Mən sənin suçlunam, budu əlacım –
Ayağım tutduqca özümdən qaçım.
Uçurulub taxtım, alınıb tacım,
Talanıb dəfinəm, xəbərin yoxdu.

 

Demə vurulmuşam sənin nəyinə,-
Niyə sığınmışam dar ətəyinə.
Yiyə dur dəlinə, al yedəyinə,
Adına təhviləm, xəbərin yoxdu.
                      2014, Sumqayıt

You may also like

Leave a Comment