Ana səhifə BAŞ YAZI Üstünü toz basmış şəkil kimi…

Üstünü toz basmış şəkil kimi…

Müəllif: Bizim Yazı
634 baxış

Qalib ŞƏFAHƏT. ŞEİRLƏR

BÖYÜDÜR

İndiyədək sən böyütdün,
İnnən bеlə dərd böyüdür.
Sən bir оğul böyütmüsən.
О bir igid, mərd böyüdür.

Ağır gün-güzаrа dözüb,
Azara-bеzаrа dözüb.
Sərt şахtаyа, qаrа dözüb,
Dаhа möhkəm, sərt böyüdür.

Gündə yаndı üzüm, аnаm,
Еynək tахır gözüm, аnаm,
Dərd içində sözüm, аnаm,
Qəlbimdə möhnət böyüdür.

SƏNƏ SAXLAYACAM ƏKSİNİ

Sən yoxsan,
heç olmayacaqsan,
əksin qalıb
gözlərimdə.
Başqa heç nəyin…
Səni görmək üçün
Hər gün gözlərimi
Güzgüyə dikirəm
Bir işartı
tapmaq üçün.
Üstünü toz basmış
şəkil kimi,
hər gün gözlərimi
silirəm,
gözlərimdəki əksini
sənə saxlayacam,
sən yoxsan deyə.

YUXU

Nə xəbəri olsun, nə gözü görsün,
Dəfn olum o qızın yuxusuna mən.
Nə məzar gərəkdir, nə də başdaşı,
Bürünüm ətrinə, qoxusuna mən.

Gözdən, könüldən də uzaq olum mən,
Ölüyəm, diriyəm – görən olmasın.
Nə o yuxularda can verən olsun,
Nə də o yuxunu dərən olmasın.

Dərilim, sərilim o yuxuya mən,
Mən olum, bir o qız, bir də o yuxu.
Bu gecə yuxuda şeir yazıram,
Gəl, ovut qəlbimi, bir nəğmə oxu.

OYATMAĞA ƏLİM GƏLMƏDİ

Xəyallarım,
Məndən uzaq düşdün.
Sənsiz darıxdım,
Aradım, axtardım
Bir qız qucağında
Xumarlanıb yatan
gördüm.
Qıymadım oyatmağa –
Əlim gəlmədi.
Əfv etdim
Səni.

***
Yuduq,
keçmişimizi…
Gələcəkdə
Təmiz
görünmək üçün.
Ləkəli yerlərin
sapı
süzüldü.

***
Sənə bağladığım
Ümidlərin
yerini
boş qoymuşam.
Nə vaxt istəsən
Yaza bilərsən,
Özünü
Öz əllərinlə…

***
Dərdlər də
fərqli olur,
insanlar kimi.
Hamı,
gücü çatdığı qədər çəki,
dərdləri.
İstədiyi məkana.
Bilirəm, sevgilim,
Sənin dərdin
Mənəm.
Mənim dərdim
Dərdsizliyim.
Gecəmi gündüzümə qatıb
dərd axtarışındayam,
yol gedirəm hələ
dərdlərimə.
Sən isə
yol qırağındakı
işıq lampaları tək,
Yolumu işıqlandırırsan.

VАХTIM QАLMАYIB

Vaxtı böldüm
Saata,
Dəqiqəyə,
Ana,
Bir də ki sənə.
Vaxtı böldüm
Kitablara,
Yazıya-pozuya,
Bir də ki sənə.
Vaxtı böldüm
Evə,
İşə,
Bazara,
Bir də ki sənə.
Vaxtı böldüm
Toya,
Yasa,
Arada bir
yatmağa,
Bir də ki sənə.
Bir vaxt gördüm ki,
Özümə
Vaxtım qalmayıb,
Vaxtım quрtarıb.

TƏLƏSİRİK

Özümü
gecənin qaranlığına
sürtə-sürtə,
üzümdə
abır-həyanın
boyası,
qəlbimdə
vulkan təlatümü.
Vuruşa-vuruşa
fikrin qaranlığından,
gecənin qaranlığını
zəbt edirəm.
Bu gecənin
başqa
sərnişini yox,
bir qaranlıq,
bir də mən.
O, səhərə tələsir,
Mən,
bir qız dodaqlarına
qanaq olmağa.

ОLMUŞАM

Mən də dilsiz bir insandım,
Qanadlanıb quş olmuşam.
Uçurdum səssiz-səmirsiz,
Bir ovçuya tuş olmuşam.

Ox atdı, qanım töküldü,
Ömrün binası söküldü.
Bədəndən ruhum çəkildi,
Yüz min illik daş olmuşam.

Əsrimin göz yaşı məndə,
Tarixin yaddaşı məndə.
Bu dünyanın yaşı məndə,
Hamıya sirdaş olmuşam.

AXTARSAN MƏNİ

Gecələr
qaranlığın bağrını
didərsən dişlərinlə.
Səhərlər gündüzün
arxasınca düşüb
qovarsan
qan tərə bata-bata.
Tökərsən üstünə hirsini,
qaldığım evə
bir də
iş yerinə.
Tapmazsan məni.
Sonra dayanacaqda
avtobus əvəzinə
gözlərsən gecəni.
Özündən başqa
hamıdan
soruşarsan məni.
Bircə sənə
dəli deməsinlər.
Axı mən çoxdan
ölmüşəm.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.