Ana səhifə BAŞ YAZI “Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasına başlanılıb

“Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasına başlanılıb

Müəllif: Bizim Yazı
1. 100 baxış

Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən “Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasına başlanılıb. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə  həyata keçirilən layihə 3 ay müddəti əhatə edəcək. Layihə  çərçivəsində yeni nəsil araşdırmaçıların və yazarların  Nizami Gəncəvi irsinə həsr olunmuş məqalələrindən ibarət kitab çap olunacaq.  Bundan əlavə çap olunmuş kitabın Bakı şəhərində və regionlarda təqdimatları həyata keçiriləcək. Layihə 2022-ci ilin fevral-mart aylarında yekunlaşacaq.

 

Dünya Gənc Türk Yazarlar Birliyinin mətbuat xidməti

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.