Ana səhifə YENİLİKLƏR Neo-“Dumanlı Təbriz”

Neo-“Dumanlı Təbriz”

Müəllif: Bizim Yazı
52 baxış

İyunun 2-də “Ali və Nino” kitab mağazasında AYB Güney Azərbaycan şöbəsinin sədri Sayman Aruzun “Yüz il inqilab” romanının təqdimatı keçirildi.
Təqdimata Yeni Yazarlar və Sənətçilər Qurumu da texniki-kreativ dəstək verdi.
Təqdimat törənində Aydın Xan (Əbilov), Zaur Qəriboğlu, Şahbaz Xuduoğlu, Pərviz Cəbrayıl, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Balayar Sadiq, Könül Səid, Rüqəyyə Kəbiri kimi tanınmış ədəbiyyatçılar da iştirak etdilər.

Aydın Xan Sayman Aruzun romanını neo-“Dumanlı Təbriz” adlandırdı.
Bütöv Azərbaycanı sevən oxucuların iştirakıçısı olduğu təqdimat maraqlı cəhətləri ilə yadda qaldı…

***

Yüz il inqilab” romanı İranda yaşayan soydaşlarımıza farslar tərəfindən edilən tezyiqlərə qarşı yazılmış dəyərli bir əsərdir. Roman Güney Azərbaycanın indiki durumuna güzgüdür; burada cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunmuşdur. Romanın əsas obrazı olan Seyid, uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə, Güney Azərbaycan milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar.
Seyid, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır. Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağı qərar verir.
Sayman Aruz “Ən yeni ədəbiyyat” seriyasında kitabı nəşr olunan ikinci Güney Azərbaycan yazarıdı…
Kitabın qiyməti 3.20 AZN

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.