Ana səhifə YAZILAR Miron Bialoşevski (1922-1983, Polşa)

Miron Bialoşevski (1922-1983, Polşa)

Müəllif: Bizim Yazı
352 baxış

Şair, nasir, dramaturq.
Miron Bialoşevskinin yaradıcılığında ünlü Varşava üsyanı özəl yer tutur. O, həyatın boz günlərində də işıq və ümid arayırdı.
Danışıq dilinin poetik istifadə ustası sayılan Miron Bialoşevski, həm də aktyor və rejissor idi.
O, müharibə illərində gizli univerisitetdə oxumuş, amma təhsilini başa vura bilməmişdi. Varşava üsyanı yatırıldıqdan sonra almanlar tərəfindən həbs edilən edilən Miron Bialoşevski atası ilə birlikdə Almaniyaya işlədilməyə aparılmışdı. Ordan qaçmağı bacaran ünlü yazar, sonralar kiçik bir teatr (“Teatr Osobny”) yaradır və orda aktyor və rejisor kimi çıxış edir.
Bialoşevskinin “özkeçmiş”i üzərində yazılmış “Varşava üsyanının gündəliyi” böyük rezonansa səbəb olmuş və 1970 ci ildə Polşanın Mədəniyyət və Mədəni İrs Nazirliyi tərəfindən ödülləndirilmişdir.

*  *  *
Otaqda
dövrə
vururam
kvadrat formasında
uzaqlaşmaq
anı
yaxınlaşanda
kimsə
zəng edir
sol
qulağıma
-Кimdir?
-tale

Ani avtoportiret

Mənə baxırlar,
deməli, mənim sifətim var.

Mənə tanış sifətlərdən
ən pis yadımda qalanı özümünküdü.

Tamam ayrı yaşayır hərdən
əllərim məndən.
Bəlkə onları özümünkü saymağa dəyməz?
……………………………….

Mənim sınırlarım harda qurtarır?
……………………………….
Mən bu yarımhəyatın
hərəkətlərindən bitmişəm.

Nə isə
varlıq içimdə sürünür amma,
tam və ya yarım.

Həmişə yanımdakı özümlə
öz yerimi doldururam mən.
Deməli artıq yoxam,
onu itirəndə mən.

Mən yoxam,
və ona görə də quşqulanmıram.

Səma cismlərinin fırlanması haqqında

Onlar fırlanırlar
Və fırlanırlar.
Bizi ildırımlarıyla vururlar.
Gör tuta bilərsənmi
göy cismlərini
onlardan biri
hər an “əlinin altinda”…
Kim
maddənin Süd Damlasının
əsl dadını bilir?
Kim dedi,
ağıllıların ətrafında fırlanır
ağılsız ulduzlar?
Kim dedi,
ağılsız ulduzlar var?

Tez-tez!

yoxsa səbr çatmaz
nə özünə
nə mənə bu həyatda
heç nə yaxşı deyil amma
sakitlikdə
başqa cür uzanmaq
alınacaqmı?
– əgər yox
özümüzü
özümüzlə götürək

Yuxuma girir

Elə bil nəsə yeyirəm
Baxıram, amma xəndəkdə oturmuşam.
Bəs mən nə yeyirəm
Heç nə bilmirəm
Amma öz aramızdı
Mənə hətta işiq saçır
Nəsə “e”-də
Oy
anmaq …

Müharibə vaxtinin mifləri

Üç

Birinci qaçdı.
İkinci qaçdı.
Üçüncü
qapıda toqquşdu.

Bir

Mizin altına girdi
Və xilas oldu.

*  *  *
Bütün gün ərzində
burda günəş
və kölgə.

Və mən

Pəncərədən gəlir qışqırırığım

Az adamlar görsənir burdan
az adamlar!
az adamlar
az adamlar görsənir burdan!
azzz
aa z

*  *  *
gün
başqa səmtə yelləndi
lap az qaldı yıxıla

*  *  *
yerindən
bir addım da yox
hər hansı başqa planetə
məgər onlar bizə sarı gəlirlər-
əgər eləsə
özümüzü elə aparaq ki,
guya tanış deyilik

Sevincli “özkeçmiş”im

Düşünməyin ki, bədbəxtəm mən.
Şadam ki, düşünürəm.
Düşünün ki, şadam mən.

Düşüncə – sevincin rəqsidi.
Mənim düşüncəm rəqs edir
yağış lampası qabağında və divar üzlüyündə
kələm topası yığılan vitrinin önündə
nədənsə danışan dostların açıq qalan ağızları önündə
mənim gözlənilməz əllərim önündə
tamamlanmamış reallıq abidəsi önündə-
ən yaxşı oyunun qızğın çağında
və ən təntənəli messada*
mənim düşüncələrim rəqs edir
dayanmadan

Nə vaxt, bütün tellər kimi,
bu rəqs kəsiləcək,
göyüzünə yollanacam mən –
ora, heç nə hiss etmədiyim,
dünyaya gəlməmişdən əvvəl olduğum yerə,
və mən olmayanda, əbədi olacağım yerə,
ora – harada sevinci təsvir etmək mümkünsüz.
…………………
Bax hamısı bu.

* – katolik ibadətlərdən birinin adı və bu ibadət zamanı çalınan musiqi

Hekayə

bir dəfə, nə vaxtsa çoxdan, Sakitcə
tutuldu kanalizasiya
ekspert çağırdilar, o eşələdi
və rəy verdi:

– kağızlar çox!
– sular az!
– kağızlar çox!
– sular az!

– bəs nə etməli?

– kağızlar az! sular çox!
– kağızlar az! sular çox!

Kiti Koti soneti

Oturmuşam
Gedirlər
Yaşayırlar
Oturmuşam

Oturmuşam
Üzürlər
Uçurlar
Oturmuşam

Doqquz
On
İstəmək

Görmək
Unutmamaq
Oturmaq

Dağlarda həyat

ayaqlar
ürək
nömrə
balaca pəncərə
oy, işlər pisdi

*  *  *
yuxarı qalxmaq-
göyə-ayaqlarla

itələnmək
və uçmaq

*  *  *
bəlkə əsassız gümanlarda
həqiqət daha çox

Çevirəni: Rəfail Tağızadə

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.