Home YAZILAR MƏNİM ÜÇÜN XOCALI…

MƏNİM ÜÇÜN XOCALI…

by Bizim Yazı

Təranə MUSA(YEVA)

Mənim üçün Xocalı –
Şəhid Qardaşım,
ondan sonra
gilə-gilə əriyib oğlunun
Qanının töküldüyü torpağa
qarışan atamdı.
Mənim üçün Xocalı –
Anamın bizdən
gizlədiyi göz yaşlarıdı.
… Mənim üçün Xocalı –
yaşamadığım gəncliyim,
çatmadığım sevgim,
çəkmədiyim həsrətimdi!
Mənim üçün Xocalı –
Sənsən Vətənim –
Nə qədər ki, üzərində
Düşmən gözü var.
Mənim üçün Xocalı
Sənsən Vətənim…
                           şubat,2013

You may also like

Leave a Comment