Ana səhifə YENİLİKLƏR “İŞIQ” – görkəmli professor haqqında sənədli roman

“İŞIQ” – görkəmli professor haqqında sənədli roman

Müəllif: Bizim Yazı
424 baxış

AYB Muğan Bölməsi möhtəşəm kitab təqdimatı düzənlədi.

26 oktyabr 2013-cü ildə Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin təşkilatçılığı ilə jurnalist Böyükağa Mikayıllının pedaqoji elmlər doktoru, professor ƏJDƏR AĞAYEVin yaşam və yaradıcılığından söz açan “İŞIQ” sənədli romanının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə AYB Muğan Bölməsinin başqanı Namiq Hacıheydərli açıb. O, “İŞIĞ”ın Azərbaycan ədəbiyyatında ilk sənədli-pedaqoji roman olduğunu və bu romanın gələcəkdə Azərbaycan pedaqoji fikir tarixini araşdıranlar üçün tutarlı qaynaqlardan biri olacağını qeyd etdi.

Çıxış üçün ilk söz tanınmış maarif xadimi Nəcəf Nəcəfova verildi. Daha sonra pedaqoq-alim Ənvər Abbasov, professor İramin İsayev, professor Akif Abbasov, professor Fərrux Rüstəmov, professor Nazim Kazımov, Vidadi Bəşirov, yazıçı-pedaqoq Allahverdi Eminov, qocaman maarif xadimi Asif Cahangirov, professor Qulu Məhərrəmli, tədqiqatçı Teyyub Qurban, sosioloq-alim Əhməd Qəşəmoğlu, ağsaqqal şair Ənvər Əhməd, şair Əlisəmid Kür, şair Mübariz Məsimoğlu, şair Əyyub Şirvanlı, Zakir Ağdamlı, Stokholmda yaşayan yazıçı-filosof Eluca Atalı, Cəvahir Qaraqızı, Sevda Əlibəyli və başqaları çıxış edərək “İŞIQ” kitabı haqqında düşüncələrini bölüşdülər. Çıxışçılar professor Əjdər Ağayev şəxsiyyətinin böyüklüyündən söz açdılar.

Kitabın müəllifi Böyükağa Mikayıllı da çıxış etdikdən sonra söz əsərin qəhrəmanı – professor Əjdər Ağayevə verildi. Professor Əjdər Ağayev min bir zəhmətlə qazandığı halal ucalığa gedən yolda keçdiyi əzablı ömür yolundan danışdı. “İŞIQ” kitabı haqqında fikirlərini paylaşdı, müəllifə və zəhmət çəkib tədbirə gələn insanlara təşəkkürünü bildirdi.

You may also like

1 şərh

Eldəniz Abbaslı 2013-10-28 - 13:06

Şəkil Edəniz Abbaslı

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.