Ana səhifə BAŞ YAZI Güntay Gəncalpın “Yağız Qarışqalar”ı

Güntay Gəncalpın “Yağız Qarışqalar”ı

Müəllif: Bizim Yazı
446 baxış

Qürbət həyatı yaşayan Güneyli soydaşımızın romanı Bakıda çap olunub

Finlandiyada yaşayan azərbaycanlı yazıçı Güntay Gəncalpın Yağız qarışqalar” adlı romanı Bakıda “Alatoran yayınları” seriyasında çap olunub.
Artıq Bakıda 5-ci kitabı ilə oxucuların görüşünə gələn Güntay Gəncalp Güney Azərbaycanda yetişən ünlü çağdaş yazarlarımızdan biridir.  Bu romanında o iddialı bir mövzuya toxunub: müəllifin düşüncəsinə görə “Yağız Qarışqalar” romanı Güney Azərbaycanın istiqlal kitabı olacaq. Romanın “anlatım” (“annotasiya”) bölümündə deyilir:
“Oğlumla ormanlıqda gəzirdik. Qarışqanı ilk dəfə olaraq görən oğlum “Ata bu nədir?” deyə sordu.
“O, qarışqadır, oğlum. Ana dilimizdə ona qarışqa deyirik” dedim. Gecələr yatdiğımızda qarışqalar haqqında ona nağıl söyləməmi istədi. Oğluma uydurub söylədiyim nağıl böyüyüb kiçik bir roman oldu”.
Sözdə uşaqlar üçün danışılmış bir hekayət adlandılrılsa da, roman çox ciddi bir mövzuya – İrandakı Azərbaycan türklərinin öz milli kimliklərini qorumaq uğrunda mübarizələrinə həsr edilib.
Kitabı “Akademiya kitab mərkəzi”, “Kitab evi”, “Əli və Nino” kitab satış mərkəzlərindən əldə etmək olar.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.