Ana səhifə İCTİMAİ Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub

Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub

Müəllif: Bizim Yazı
139 baxış

Türk Mədəniyyəti və İrsi Fondunun Birinci Prezidenti Günay Əfəndiyeva Qırğızıstanın mədəniyyətinin və irsinin Türk Dünyasında yayılmasında xidmətlərinə görə Qırğız Respublikasının Fəxri Fərmanı ilə təltif olunub. Fəxri Fərmanı Günay Əfəndiyevaya Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından ölkənin xarici işlər naziri Jeenbek Kulubayev təqdim edib.
24 noyabr 2023-cü il tarixində Bakıda Qırğız Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev və Türk Mədəniyyəti və İrsi Fondunun Birinci Prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilib.
Görüş zamanı nazir Jeenbek Kulubayev Fondun qırğız xalqının mədəni irsinin tanıdılmasında aktiv fəaliyyətini qeyd edib. O, Fond tərəfindən tanınmış Azərbaycan şairi Adil Cəmilin “Manas” dastanının tədqiqinə həsr olunmuş kitabının, eləcə də Türk Akademiyası ilə birgə qırğız manasçısı Rısbay İsakovun redaktorluğu ilə eposun Sağımbay Orozbakov variantının nəşr olunmasını vurğulayıb.
Fondun 2018-ci ildə 90, cari ildə isə 95 illik yubileylərinin qeyd olunması çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinin təbliği yönündə gördüyü işlər yüksək qiymətləndirilib.
Günay Əfəndiyeva Fondun rəhbəri vəzifəsini icra etdiyi müddətdə göstərilən dəstəyə və etimada görə minnətdarlığını bildirərək, Qırğızıstanın mədəniyyətinin, irsinin təbliği və inkişafı sahəsində Fondun fəaliyyətlərindən bəhs edib. Bildirilib ki, Fondun təşkil etdiyi çoxsaylı multikultural tədbirlərdə qırğız xalqının ədəbiyyatı, epik irsi, incəsənəti geniş şəkildə təmsil olunub.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.