Ana səhifə YENİLİKLƏR Ehtiram İlhamdan Vaqif Səmədoğluna yubiley qutlaması

Ehtiram İlhamdan Vaqif Səmədoğluna yubiley qutlaması

Müəllif: Bizim Yazı
869 baxış

ehtiram iƏziz qağam Vaqif bəy!

Bu dünya car olandan Azərbaycan adlı məmləkətdə indiyədək yaşayıb ömür sürən ən bəxtəvər bəndələrdən biri SƏN olmusan..! Sözümü qəribçiliyə salma, qadan alaram. – Səməd Vurğunu ömründə bircə dəfə görən adamlar özünü dünyanın bəxtəvəri sanıb – Sən Səməd Vurğunun son beşiyi olubsan. Sənin Atan yaşadığı dövrün ən ünlü insanı olub – canlı əfsanə kimi, gəzən rəvayət kimi… Sən əfsanələr, rəvayətlər içərisində böyümüsən. …Mənim atam mənə Səməd Vurğundan danışdığı kimi indi mən də balalarıma Səndən danışıram… Sən yaşadığımız dünyanın ən böyük şairlərindən birisən – və olmalıydın da..! Səməd Vurğunu oxuyub, Ondan öyrənib Xalq Şairi olan qələm adamlarımız olduğu halda, Sən hələ çooox təvazökar tərpənibsən, vallah… amma nə xoş mənim öz taleyimə ki, mən Əbülfəz Eıçibəyi görmüşəm, Məmməd İsmayılı, Ramiz Rövşəni və əlbəttə Səni görmüşəm… Bu dünya-zad çox fani, bekara şeydi, qağa, özün dünyanın hər üzünə bələd Kişisən… – Gözəli odu ki, Ürəyin istəyən ömrü ürəyincə yaşadın… özü də çiynində bu boyda missiya, bu qədər yük ola-ola…

Canım qağa, Sən nəslində ən uzun ömür sürən şair oldun həm də… Bu, Sənin üçün ədəbi və əbədi taleyinin göstəricisidi bəlkə də… amma bir şeyə varlığım təki inanıram: Vaqif Səmədoğlu 75 yaşına əlini ürəyinin üstünə rahatca qoyub salam verir. Çünki O BU DÜNYANIN ƏN AZAD İNSANIDIR… Azad insanlar üçün isə taleyi, qisməti Tanrı yazır…

Qağa,bu yubiley yaşında Sənə Tanrı məsləhət bildiyi qədər sanılı illər, aylar arzulayıram. Özgə nə deyim?..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.