Ana səhifə İCTİMAİ “Deyəsən Bağdasarovun avazı qulağına xoş gelir” – Akdemir

“Deyəsən Bağdasarovun avazı qulağına xoş gelir” – Akdemir

Müəllif: Bizim Yazı
446 baxış

“Təbii felakət hər kəsin başına gələ biləcək bir faciədir. Ancaq ermənilər kimi insanlıqdan nəsibini ala bilməmiş zavallılar kiminsə dar gününə sevinə bilər. Rusiyada erməni əslli özünə siyasətçi deyən məxluq, deyəsən soyadı Bağdasarovdur, Türkiyə haqqında nəsə ağlına gələni danışıb. Biz əslində onu kimin danışdırdığını, hardan belə üstümüzə hürməyə özündə cəsarət tapdığını çox yaxşı bilirik. Zatən Cənubi Qafqaza erməni adlı bu qəribə məxluqlar ruslar tərəfindən köçürülməyə başlayandan bəri bu güclərin əlində oyuncaqdılar. Lazım olanda belə çıxıb həm danışır, həm də qorxudan quyruqlarını sallamağı da unutmurlar. Unuda da bilməzlər, çünki tarix bizim onlara verdiyimiz layiqli dərslərlə doludur. Axırıncı dəfə Müzəffər Ali Baş Komandanın rəhbərliyində qəhrəman Azərbaycan ordusu onlara kim olduğunu, qətiyyən zarafatla işləri olmadığını göstərdi. Türkiyə də, qəhrəman Türk ordusu da buna qadirdir. Erməni “siyasətçi” bir məqamı yaddan çıxarır: biz Vətən üçün qan töküb can alan, Vətən uğrunda ölməyi özü üçün şərəf bilən bir millətik. Dünyanın geosiyasi mənzərəsində vaz keçilməz aktorlardan olan Türk millətinə nəsə deməyə çalışacağına Bağdasarov yaxşı olar ki, çevrilib tarixə baxsın. Görsün Andranikin qulağı necə olub?! Onun da avazı qulağına xoş gelirdi”.

Bizimyazı.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Türkiyəli siyasətçi, Anka Türk Birliyi başqanı Dr.Derya Akdemir erməni əslli rusiyalı siyasətçi Semyon Bağdasarovun bir neçə gün öncə Türkiyə ilə bağlı dediyi absurd fikirləri dəyərləndirərkən deyib. Türkiyəli siyasətçi bildirib ki, bu əslində ermənilərin əsl xislətini ortaya çıxarır və bu hal birinci dəfə baş vermir: “Əksinə, ermənilər tarix boyunca nə zaman biz bir az çətin vəziyyətə düşsək, dərhal bizə xəyanət ediblər”

Hər zaman da öz layiqli cavablarını aldıqlarını xüsusi ilə vurğulayan Derya Akdemirin sözlərinə görə Bağdasarovun bu sərsəm açıqlamaları eyni zamanda Rusiya ilə Türkiyə arasındakı mövcud isti münasibəti korlamağa hesablanıb və bu sözlər qətiyyən onun beyninin məhsulu deyil: “Sadəcə olaraq Bağdasarov bir oyuncaq kimi öz üzərinə düşən missiyanı yerinə yetirir və Türkiyəyə, həmçinin Türkə qarşı içində kök salan kini qusur. Ancaq Bağdasarov bir məqamı unudur: tünd sirkə öz qabına ziyandır. Ayasofiyaya xaç asmaq, türkləri Anadoludan, Orta Asiyadan, Cənubi Qafqazdan qovmaq kimi sərsəm xülyalar isə əsrlərdir xaçlı zehniyyətinin xəstə təfəkkürünün zay məhsuludur. Atatürkün qurduğu Cümhuriyyət elə sıradan bir sistem deyil ki, hər yerindən duran oyuncaq vintçik onu məhv etməyə qadir olsun. Bağdasarova sonda bir tövsiyəm də var: açıb tarix kitablarını bir daha vərəqləsin… Əmin olsun ki, tarixin hər dönəmində qarşısına çıxacaq olan Türk Millətinin damarlarındakı qan əsla dəyişməyib və dəyişməyəcək… Dünya məhvərindən qopsa belə, tarix hər zaman əslzadələri əslzadə, kölələri də kölə kimi xatırlayacaq”.

Ayşən 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.