Ana səhifə İCTİMAİ “Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” layihəsi təşkil edilib

“Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” layihəsi təşkil edilib

Müəllif: Bizim Yazı
499 baxış

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Təbiət Dostları” GİB-
nin təşkilatçılığı ilə “Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə”
layihəsi təşkil edilib.
Bizimyazı.az xəbər verir ki, layihənin əsas ideyası tullantıların idarə edilməsi prosesinin əhəmiyyətinin gənclərə
izah edilməsi və tullantıların iqlim dəyişikliklərinə təsiri mövzusunda məlumatlılığın
artırılmasıdır.
Layihə bir necə mərhələdə keçirilidi. 25 Dekabr – 25 Mart 2023 tarixlərini əhatə edən
layihə ilkin olaraq Lerik rayonunda təlim-təcrübə düşərgə formatında başladı, daha
sonra “Tullantıların İdarə Edilməsi” mövzusunda müzakirələr (“Green Drinks”
görüşlər) və ekskursiyalar (Təmiz Şəhər ASC) təşkil edilərək davam etdi.
Layihə müddətində keçirilən düşərgə, görüşlər və ekskursiyalar zamanı dəvət edilən
mütəxəssislərimiz Minayə Əkbərli və Orxan Cabbarlı tərəfindən aşağıdakı mövzular
müzakirə edilib:
• Tullantıların ətraf mühitə təsiri;
• Tullantıların yenidən emal texnologiyası;
• Tullantıların çeşidlənməsi;
• Tullantıların kompaslanması;
* “Təbiət Dostları” GİB 2008-ci ilin sentyabr ayında bir qrup gənc tərəfindən yaradılıb.
Missiyamız – Ölkədə ekoloji maariflənmə sahəsində fəaliyyətləri gücləndirmək və ictimayətin
fəal iştirakı ilə qlobal ekoloji problemlərin lokal olaraq həllinə çalışmaqdır.
Birlik 14 ildən çoxdur ki, ölkədə ekoloji maarifləndirmə sahəsində yüzlərlə layihə həyata
keçirib və müxtəlif beynəlxalq ekoloji tədbirlərdə Azərbaycanı təmsil etmişdir.

 

Ayşən

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.