Ana səhifə İCTİMAİ Azərbaycanlı şairin Belarusda kitabı çap edildi

Azərbaycanlı şairin Belarusda kitabı çap edildi

Müəllif: Bizim Yazı
433 baxış

Belarusun “4/4” nəşriyyatında gənc şair Məhəmməd Azəroğlunun şeirlər kitabı çap olunub.

Bizimyazı.az xəbər verir ki, Belarus Yazıçılar Birliyinin sədri Ales Karlyukeviçin ön sözü ilə çap olunan kitabda şeirlər azərbaycan və belarus dillərində oxucuların diqqətinə çatdırılıb.

Kitabı belarus dilinə tanınmış belarus ədibləri Mikol Şaboviç, Tatyana Sivets və Yuliya Aleyçenko tərcümə ediblər.

Kitabda yazıçı Mikol Adamın, şair Yuliya Aleyçenkonun Məhəmməd Azəroğlunun yaradıcılığına həsr etdikləri yazılar da yer alıb.

Kitabın rəssamı tanınmış rəssam Nəvai Mətindir.

Ayşən

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.