Ana səhifə BAŞ YAZI DEBÜT: QÖNÇƏGÜL

DEBÜT: QÖNÇƏGÜL

Müəllif: Bizim Yazı
1. 198 baxış

(Qönçəgül Kamal qızı CABBARLI;
08 iyun 1977-ci ildə Laçın rayonuda doğulub. Ermənistanın işğalçılıq siyasəti sonucunda 1992-ci ildə doğma elindən məcburi köçkün düşüb, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb.
1994-1999-cu illərədə BDU-nun Jurnalistika fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr təhsili alıb. 2007-ci ildə Azərbaycan Amerika Jurnalist Akademiyasının (ANS TV ilə birgə düzənlədiyi)  telejurnalistika kursunu uğurla bitirib. Hazırda “Lider TV və Radio-Azərbaycan” MMC-də çalışır.

AĞLAMAQ İSTƏYİRƏM

Ağlamaq istəyirəm,
Aylı gecələrimi,
Günəşli gündüzümü,
Çiçəkli bağlarımı…
Ağlamaq istəyirəm.

Gur axan çaylarımı,
Mərcan bulaqlarımı
Dumanlı dağlarımı
Göz önünə gətirib
ağlamaq istəyirəm.

Həmin müdhiş gecəni –
qorxunc, ağır keçəni…
Sonunu Tanrı bilər,
vahimələr içində
xəyalımdan keçəni
ağlamaq istəyirəm.

Tökülən al qanları,
dəfn olan cavanları…
Tənəli baxışları,
Həkk edərək qəlbimə
Bu yaralı sinəmə
Ağlamaq istəyirəm.

***
Elə bilmə bu dünyanın dərdi sənə yüklənib,
Sən günəşsən, dərdsə buzdur
əriyəcək odundan…
Düşünmə ki, sevgin itib, uzaq düşüb, tapılmır
O kor olub, gözü görmür,
Keçib gedib yanından….

***
Elə bilirdim unutmuşam səni…
Dərdindən içdiyim bir qədəh şərab ilə.
Sonra nə günah etdim deyib,
tövbəyə gəldiyim son duam ilə.
Ürəyimi aldatdım, özümü aldatdım.
Nə yalançıymışam…

Sən demə, silmisən mənim adımı daş qəlbindən,
möhkəm yaddaşından…
Bir nəfəs qədər yaxınındayam…
Sənsə fərqimə varmayacaq qədər uzaqda.
Ümidlərimin, arzularımın
yarımçıq sevdasının tellərinə sığal çəkdim..
Elə bilirdim unutmuşam səni.
Nə yalançıymışam…

ATAMA…

Sən baharda getdin
bahara küsdüm
Sən sevən nəğməyə, kəlməyə küsdüm.
Səni məndən alan torpağa küsdüm
Mən ölə bilmədim
sən ölən kimi…

Baş alıb dünyadan köçmək istədim
Sən keçən yollardan keçmək istədim.
Gündə neçə dəfə ölmək istədim
Mən ölə bilmədim sən ölən kimi.

Nə yaman soyuqmuş torpağın üzü,
Görüm kor olaydı həsrətin gözü…
Ölümdən qorxmadın, nə deyim düzü.
Mən ölə bilmədim sən ölən kimi.

You may also like

1 şərh

Gulnise Cabbarova 2013-11-20 - 13:28

Gozel ureyin var olsun.Qelbimizde firtinalar qoparan bu amansiz taleye ne deyim axi.Bizi duz 21il vetenimize,17il atamza hesret qoyan talenin gozu kor olsun.Bu hesret ucurum kimidir,ne qeder baxirsan dibi gorunmur.Omrun sevinci var,omrun qemi var.Heyatin bir uzu sertdi dunyada,Derdli olmaqinda oz alemi var,Derdsizlik en boyuk derddi dunyada.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.