Ana səhifə YENİLİKLƏR Dahi dramaturq Hüseyn Cavidin əsərləri özbək dilinə çevrilmişdir

Dahi dramaturq Hüseyn Cavidin əsərləri özbək dilinə çevrilmişdir

Müəllif: Bizim Yazı
48 baxış

 (BizimYAZI AzərTAc-a istinadən bildirir:) Azərbaycanın görkəmli filosof şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi ölkəmizlə yanaşı, Özbəkistanın paytaxtı Daşkənddə də qeyd ediləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev-Muzeyindən AzərTAc-a bildirmişlər ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi ilə birgə təşkil olunacaqdır.
Yubiley tədbirinə hazırlıq çərçivəsində görülən işlərdən ən önəmlisi H.Cavidin əsərlərinin özbək dilinə çevrilməsidir. Bu günlərdə tanınmış özbək şairi Usman KuçkarŞeyx Sənan” əsərinin çevrisini başa çatdırmışdır.
U.Kuçkar hələ 1992-ci ildə dahi dramaturqun “Topal Teymur” pyesini özbək dilinə çevirmişdir. O, fevralın sonlarında “Səyavuş” əsərinin də çevrisini tamamlayacaqdır.
Özbək dilinə çevrilmiş hər üç əsər Özbəkistanda yubiley tədbirinin keçirilməsi ərəfəsində bir kitabda toplanacaqdır. H.Cavidin Daşkənddə keçiriləcək xatirə gecəsində həmin kitabın təqdimat törəninin təşkili də planlaşdırılır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.