Ana səhifə BAŞ YAZI DƏRDİ (DƏ) İÇİNDƏ SARALAN SARI GƏLINİMİZ…

DƏRDİ (DƏ) İÇİNDƏ SARALAN SARI GƏLINİMİZ…

Müəllif: Bizim Yazı
708 baxış

Şəfəq AĞACAN, “Realmedia.az”-ın baş redaktoru

Həyata keçməmiş ümidlərin və avantüristlərin rəngi – sarı. Sarı rəng elm, müşahidə və analizlə bağlıdır. Öz keyfiyyətlərinə görə sarı var-dövlət, arzu, fantaziya, cəsarət, sevinc, yaxınlıq, dostluq, gənclik, həmçinin paxıllıq və qısqanclıq rəngidir. Bulanıq sarı rəng kədər, qəm deməkdir….Sari rəng cinlilərin ən çox sevdiyi rəngdi çünki Günəş rəngi həyat rəngidi bir cox yerlərdə gözəllik bəziləri ayrıliq simvolu adlandirir.
Qəribədi insan xəstələnəndə rəngi saralir Günəş qürub edəndə rəngi saralir , yarpaq agacdan düşməmiş sarlıb düşür…Amma sarişın gözəllər həmişə sevilib öndə olub gözəllik etalonu kimi..Bir şeydə var sarı rəngli paltari qədim türklərdə adətən dul qalmiş gənc xanimlar geyərmişlər… Saçın ucun hörməzlər, Gülü sulu dərməzlər, Sarı gəlin. Bu sevda nə sevdadır Səni mənə verməzlər Neynim aman, aman Neynim aman, aman Sarı gəlin Bu dərənin uzunu, Çoban qaytar quzunu, quzunu, Bu dərənin uzunu, Çoban qaytar quzunu, quzunu. Gün ola mən bir görəydim, Nazlı yarımın üzünü. Neynim aman, aman, Neynim aman, aman, Sarı gəlin. Sarı Gəlin” Türküsünü dinləyən hər bir Türk üçün bu mahnı olduqca doğmadır! Öncəliklə, ona görə ki, mahnının sözləri Oğuz türklərinin “BAYAT” boyunun yaratdığı ədəbi üslubda, “Bayatı” janrında yazılmışdır! Cəmisi 7 hecadan ibarət, olduqca sadə bir vəzndə yazılmış bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz “Türk Xalq Dili” ilə yazıldığı üçün gərçəklər göz önündədir!
“Bayatı” yalnız Türklərə aid bir yaradıcılıq nümunəsidir! Bu üslub İraq Türkmənləri(Oğuz), Orta Asiya Türkmənləri(Oğuz) və Azərbaycanlıların(Oğuz) ən çox istifadə etdiyi xalq yaradıcılığı örnəyi olmaqdan başqa, heç bir qeyri-Türk xalqın sözlü yaradıcılığında rast gəlinməyən bir nümunədir! Kimi sarı gəlini Günəşə, kimi başqa millətə , kimidə elə əsl qipçaq türkü oldugunu söylədi..Zaman zaman Sarı gəlin əfsanəsini hər kəs bildiyi kimi çözdü…Sarı gəlin, sarıköynək, sarı donlu Selcan xatun hamısı qəhrəmanlıq və gözəllik etalonu oldu tariximizdə ədəbiyyatımızda… Kiminə görə Sarı Gəlin adi türk qadını olub, kiminə görə isə, bu el nəğməsi insana qoşulmayıb. İkinci variantın gerçəyə daha yaxın olduğunu israr edənlər də çoxdur. Buna baxmayaraq, hələlik kulturoloqlar, folklorşünaslar, araşdırmaçılar bu barədə yekdil bir fikirə gələ bilməyiblər. Qədim türklərdə insanların ictimai mənşəyi, sosial statusu ilə bağlı olduqca maraqlı zahiri təzahürlər var idi. Bunlar özünü geyimdə, saç düzümündə, silahda, məişət əşyalarında və s. büruzə verirdi.
Əslində indi də belədir. Üzük taxmağın, hətta onu hansı barmağa taxmağın, yaxud qadınların qaşlarını necə düzəltmələrinin və s. öz xüsusi mənası var. Sosial-ictimai mənşəyi və statusu müəyyənləşdirən belə ünsürlərdən biri də saç idi. Qədim türklər həmişə uzun saç saxlayarlardı. Uşaqlar yeniyetmə yaşlarına çatdıqda isə, qızlar oğlanlardan fərqlənsin deyə, qızların saçlarını hörərdilər. Hətta bəzi hallarda qızla-oğlanı “deyikli” elan etmək üçün valideynlər uşaq vaxtı onların saçlarının ucunu bir-birinə hörər, bir növ talelərini bir-birinə bağlamış olduqlarını bildirərdilər. Bu, əslində, indi də Azərbaycanda mövcud olan filankəsin qızı ilə filankəsin oğlu deyiklidir, yaxud beşikkəsməsidir ənənəsinin qədim variantı idi. Konkret halda, yəni tədqiq etdiyimiz mahnının mətnindən də görünür ki, aşiqin məşuquna qovuşmaq ümidi yoxdur. Məşuqə onun üçün əlçatmazdır.
Onların saçı heç vaxt bir-birinə hörülməyəcək, tale ulduzları heç vaxt birləşməyəcək. Mahnıdakı həzin kədər və ürək sızıldadan qəm də elə bu ümidsizlikdir….. Qedim türklərdə sarı rəng gözəlliklə yanaşi bir hüzn kədər rəngiymiş həmdə…Dul qalan qadınlar adətən ikinci dəfə ailə quranda sarı don geyərmişlərki , seçilsinlər…Türk folkluru Azərbaycan ədəbiyyatinin hər səyfəsində sari köynək, alagöz, sari donlu gözəllərin vəsfinə rast gəlirik…Dədə Ələsgərin anasını, nənəsini qurban elədiyi sarıköynəkdən tutmuş, sellər aparan Xan çobanın yari algözlü sarışın Saraya kimi hər nəgmədə hər bayatida özü gözəl sarıdonlu ala gözlü sari gəlinlərimizin ancaq bədbəxt taleyini görmək olar….Sacları günəşin şualarina üzü aya gözlərə səmaya bənzəyən sarı gəlinmiz…Dərdi içində gəzdirən eşqi aşiqlərini yandiran sarı köynəkli , sarıdonlu sarı gəlinmiz haqqinda çox əfsanələr yarandı bizə qədər gəldi çatdi amma bir şeyi unutmayaq qədim oguz ellırində təkrar ərə gedən türk gəlini məhz sari don geyərmiş…Elə aşiqlərinidə dərd salmaq onlari əl çatmaz edən sari gəlinin bədbəxt taleyi olub..Bu mənim öz təxəyülümdü… Bir inu deyirəm ay nənən ölsün ay Sarı gəlin…Özüdə yarını itirmiş dərdli, gözəl sarişin gəlin….Dərdi içində gəzdirən bədbəxt Sarı gəlin…..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.