Ana səhifə BAŞ YAZI Çuvaş Respublikasında Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə tədbirlər keçirilib

Çuvaş Respublikasında Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə tədbirlər keçirilib

Müəllif: Bizim Yazı
109 baxış

Çuvaş Respublikasının paytaxtı Çeboksar şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə tədbirlər silsiləsi təşkil edilib. APA-nın Moskva müxbirinin verdiyi bilgiyə görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Ümumrusiya Azərbaycan Konqresi və konqresin yerli nümayəndəliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycandan geniş tərkibli nümayəndə heyəti ilə yanaşı, ÜAK-ın Moskva nümayəndəliyi və Rusiyanın müxtəlif bölgələrinin diaspor sədləri iştirak ediblər.


Çuvaş Respublikasının Dövlət Şurasında keçirilən ilk tədbirdə çıxış edən şuranın sədri Yuriy Papov Azərbaycan diasporunun şəhərdə fəaliyyətindən razı olduğunu bildirib: “Azərbaycanla Çuvaş Respublikaları təkcə diaspora səviyyəsində deyil, hökumətlər arasında sazişlər imzalanaraq fəaliyyət çevrəsini daha da genişləndirməlidir. Belə tədbirlər iki ölkənin əlaqələrinin inkişafına təkan olacaq”.
Diasporla iş üzrə dövlət komitəsində şöbə müdiri Rizvan Əliyev isə səmimi qarşılaşmaya görə Çuvaş Respublikasının hökumət nümayəndələrinə təşəkkürünü bildirib: “Azərbaycanlıların bu regionda etnik zəmində heç bir problemi yoxdur”. R. Əliyev Azərbaycan ilə Çuvaş Respublikası arasında əlaqələri daha da dərinləşdirmək üçün bir sıra konkret təkliflər (Azərbaycanın İctimai Televiziyası ilə Çuvaş dövlət televiziyasında canlı efirin təşkili, mədəniyyət xadimlərinin qarşılıqlı fikir mübadiləsi və s.) də irəli sürüb.
ÜAK-ın icraçı direktorunun müavini, Nemət Nağdəliyev çıxışında Çuvaş Respublikasının hökumət nümayəndələrinə ÜAK haqqında bilgi verib. Təşkilatın Rusiyanın 70 yaxın bölgəsində fəaliyyət göstərdiyini, məqsədin qürbət ölkədə yaşayan soydaşlarımızın birləşməsi, vəzifənin azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası ilə yanaşı, Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin təbliği olduğunu bildirib.
İkinci görüş isə ÜAK-ın yerli nümayəndəliyinin üzvləri ilə baş tutub. Tədbiri açan Çuvaş Mədəniyyət Nazirliyinin millətlərarası əlaqələr şöbəsinin müdiri Mixail Krasnov Rusiya federasiyasının bu vilayətində 128 xalqın nümayəndəsinin yaşadığını bildirib. Azərbaycan diasporundan danışan şöbə müdiri həmyerlilərimizin şəhərdə ən aktiv cəmiyyət olduğunu və ölkənin həm sosial, həm də iqtisadi həyatında yaxından iştirak etdiklərini söyləyib: “Bu diyarda 1000-ə yaxın azərbaycanlının rəsmi qeydiyyatdan keçib, ümumən isə 3000 minə yaxın azərbaycanlını burada yaşayır” .
Üç gün davam edən tədbirin növbəti günü Azərbaycan nümayəndə heyəti 2004-cü ildə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin Çuvaş Respublikasının paytaxtı Çebaksar şəhərində ucaldılmış abidəsi önünə çiçəklər düzüblər. Tədbirlər silsiləsinin sonunda Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar konsert proqramı təşkil edilib.

/APA

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.