(Şeir. 11.01.2013, gecə saat 04:12…)
BAĞLI GÖZLƏRİNİ KİM AÇAR İNDİ?!
Dünya da gözəldi…Ömür də gözəl,
Sinəni göynədən eşq sarı simdi.
Arxadan gözünü bağlayan bir əl
Hərdən soruşardı: tap görüm kimdi…
Gümanə MƏMMƏDLİ
(Gümanə Rasim qızı Məmmədova) –
1991-ci ildə Şəkinin Kiş kəndində dünyaya göz açıb. 2012-ci ildə “Gümanım” adlı şeirlər kitabı işıq üzü görüb. Fiziki cəhətdən əngəlli olan Gümanə öz sağlam ruhu, yazılarında öz səmimiliyi və sadəliyi ilə seçilir. Gənc yazarın bir neçə qələm məhsulunu oxuculara təqdim edirik:
(Kəsintili harmoniya öyküsü)
Sübut edəcəkdi: özünü, gücünü, səbrini – hər şeyi!.. Bütün malik olduqlarını bir yerə cəm edib qisas alacaqdı. Ən çox da özündən. Alınacaqdı… Çox güclü və bütöv olacaqdı. Alınmayan nə var ki?! Ən əsası qalib olacaqdı. Həmişə istədiyi bu olmuşdu həyatda.
– Nədən qorxursan?
– Nə bilim… düzgün deyil axı…
– Qorxma, gəl! Fikir vermə adamlara, cəhənnəm olsun hər şey!
Müdrik babalarımız Tanrıya dua edib üç şey diləmişlər: güc, səbir, bir də müdriklik. Gücü ona görə istəmişlər ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvələri çatsın. Səbri ona görə diləmişlər ki, dəyişməyə iqtidarı, gücü çatmayacaq şeylərə dözə bilsinlər. Müdrikliyi onunçün istəyiblərlər ki, birincilərlə ikinciləri dəyişik salmasınlar, onları bir-birindən ayıra, seçə bilsinlər.
ZƏKA VİLAYƏTOĞLU
Qapının zəngi çalınanda Təravət diksindi. Barmaqlarının ucunda yeriyərək, otaqların işıqlarını söndürdü, sonra ehtiyatla qapıya yaxınlaşıb təkrar zəngi gözlədi. Zəng bir daha çalınanda əyilib gözlükdən baxanda Sirusu gördü. Həyəcanla, qorxuyla nəfəsini içinə çəkib beləcə gözlükdən baxıb Sirusu izlədi.
