YAZILAR
Peter ROZEQQER (Peter Rosegger (31.07.1843, Alpl – 26.06.1918, Kriqlax); ünlü Avstriya yazıçısı və şairidir. (1913-cü ldə Ədəbiyyat üzrə Nobel ödülünə əsas namizəd olsa da, ödülü həmin il Rabindranat Taqor qazanıb.)
Bir cox roman, öykü və seirlərin müəllifidir.)
Desək ki, mən pis tərbiyə almışam, bu düzgün çıxmazdı, yox, əslində, mən heç tərbiyə görməmişəm, desək daha doğru olar. Mən ağıllı, dürüst, sözəbaxan bir uşaq olanda valideynlərim məni tərifləyirdi. Bunun əksi baş verdikdə isə məni möhkəm tənbeh edirdilər. Tərif məni ruhlandırırdı, bu zaman məndə elə hiss yaranırdı ki, mən böyüyürəm. Mənə elə gəlirdi ki, bütün uşaqlar, bitkilər kimi Günəş şüasından boy atır…
Fevralın 18-ində Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının təşkilatçılığı və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xalq şairi Vaqif Səmədoğlunun anım törəni keçirildi. Qazax rayon Ədəbiyyat Müzeyinin iclas zalında baş tutan törənə ziyalılar, ədəbiyyat adamları, mədəniyyət işçiləri, KİV təmsilçiləri və sadə ədəbiyyatsevərlər qatılmışdı. Tədbir böyük şairimizin həyat və yaradıcılığından bəhs edən “Şairin ölümü, Ölümün şairi” adlı video çarxın nümayişi ilə başladı.
ADİL AYDIN NƏHMƏTLİ
Bakı şəhəri, 9-cu sinif şagirdi
GİLAS AĞACI
(yaxud
AĞACIMIN VƏ AĞLIMIN MEYVƏSİ…)
Onda mən hələ xeyli balaca idim. Balaca olsam da, deməsi yekə çıxmasın, üfüqüm geniş idi və bu üfüqügenişlik məni bütün uşaqlığım, kobudluğum, yonulmamışlığımla, incəliyim, yetişmə-məzliyimlə… fərqli qılırdı… Bax,o illərdə biz miyana bir həyətdə, miyana həyat yaşayırdıq.
Açı¬ğı, həyət-bacamız da o qədər geniş olmayıb… lakin həyətimizdə qonşulardan heç kimdə olmayan gilas ağacı var idi. Şəhər məhləsiydi, camaat meyvə-tərəvəzi bazar-dükandan alırdı. Biz isə təbii şəkildə bu ağacdan, üumən öz həyət-bacamızdan faydalanmağa çalışırdıq.
(Atamın ruhuna ithaf edirəm.)
Gecələr yuxum ərşə çəkiləndə, aranı dağa, dağı arana daşıyanda atam yadıma düşür. Böyüklərdən bu sözü eşidəndə soruşurdum ki, ”Aranı dağa necə daşıyırlar? “ Deyirdilər ki, böyüyəndə bilərsən! Mən kiçik yaşlarımda atamın sübhə qədər yatmadığını görürdüm. O gah ağ kağız üzərində nə isə cızma-qara edər, gah da büzüşüb yumağa dönər, nəyinsə xiffətini cəkərdi. Sonralar bildim ki, uzun, şaxtalı qış günlərində və yaxud bürkülü dəli yay aylarında, gecələr yuxusu ərşə çəkiləndə mənə və bəlkə də heç kimə bəlli olmayan fikirlərini dağıtmaq üçün şeirlər yazarmış.
Cavid QƏDİR (ŞÜKÜROV)
Əlli ilin gəlini evdə tək olanda oğlu-qızı arasında pay-püşt etmədiyi, tək-tük qalan ən sevdiyi cehizlik qablarını sildiyi sevgi ilə sən də beynindəki xatirələri siləsən… Bu yaşında yenidən doğulmuş kimi ilk ananı, sonra atanı sevəsən… İlk davan qardaşınla ola, ilk sirrini bacına verəsən. Təzədən başlayasan əlifbaya… Bir də görəsən ki, ən cavan, ən gözəl müəllimənə vurulmusan.


