“Oğuz eli” qəzetinin “Yazıçı” adlı özəl buraxılışının 2012-ci ildə ilk sayı şairə Zərəngiz Dəmirçi Qayalıya həsr olunmuşdur
AzərTAc-ın müxbiri, Qazax ədəbi mühitinin yetişdirməsi olan şairə Zərəngiz Dəmirçi Qayalının (Mansurova) 50 yaşı tamam olur.
Bu münasibətlə “Oğuz eli” qəzetinin “Yazıçı” adlı xüsusi buraxılışının 2012-ci ildə ilk nömrəsi şairəyə həsr olunmuşdur. Burada xalq şairləri Fikrət Qocanın, Hüseyn Arifin, Prezident təqaüdçüsü İlyas Tapdığın, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun və digər qələm adamlarının Zərəngiz Dəmirçi Qayalı barədə müxtəlif vaxtlarda yazdıqları ürək sözləri toplanmışdır.
