YENİLİKLƏR
“80-cilər” ədəbi nəslinin nümayəndəsi, Ağstafada yaşayan istedadlı şair Saqif QARATAORPAĞın yeni şeirlər kitabı işıq üzü görüb. “Bir könül varağında” adlanan kitab “Ünsiyyət”də nəşr olunub.
Kitabın redaktoru və önsöz yazarı dr. Rüstəm Kamaldır.
“Bir könül varağında” Saqifin oxucularla ikinci görüşüdür. Şair oxucularla ikinci kitablı görüşə 2003-2011-ci illərdə qələmə aldığı şeirlərlə gəlib.
Tanınmış publisist BƏHRUZƏRin yeni kitabı işıq üzü görüb. “Keçmiş gələcək” adlanan kitabda tarxiləşən Şəmsəddil Sultanlığı, Sultanlıq ərazisindəki yer adları, ilginc olaylar üzərinə incələmələr aparılmış, xalq deyimləri, el məsəlləri, tanınmış saz-söz xridarları ilə bağlı düşüncələr sərgilənmiş – bir sözlə çox genişprofili etnoqrafik əsər yaradılmışdır.
“Keçmiş gələcəy”in redaktorları prof.dr. Məhərrəm Qasımlı və Bəsti Əlibəyli, rəyçiləri isə Aydın Qurbanoğlu, İsa Cavadoğlu və Barat Vüsaldı. Əsər “Yeni Poliqrafist”də kitablaşıb.
Gənc şairlər Fərid Hüseynlə Şəhriyar del Gerani (Hacızadə)nin İranda mülki geyimli şəxslər tərəfindən həbs edilməsi və onların taleyi ilə bağlı dolğun bilgi əldə edilməməsini qınayıram və düşünürəm ki, bu adıyaman işin icraçıları olduqca böyük qəflət və yanlış içindədir.
Sanma ki, karanlığa mahkum suyun, toprağın
Kalbi seni arıyor yurdumdaki her dağın
Hür yaşamak uğruna ömür veren tutsaklar
Şimdi her hayalinde senin yüzünü saklar
Kederlenme; açsa da ruhunda kan lalesi
Yıkılacak şahmeran ordusunun kalesi
Gözlerinin mehtaba düştü izi, Karabağ
Bir gün kaldı yarına; bekle bizi Karabağ.
Tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” ödülü laureatı Afaq Cəfərovanın tərtibçiliyi ilə yenicə çapdan çıxan kitab belə adlanır.
Kitabın əvvəlində Şəmkir rayonu ərazisində hazırda mövcud olan tarixi və mədəniyyət abidələrinin, kənd və qəsəbələrinin siyahıları və jurnalist Müsəllim Həsənovun “Şəmkirin tarixi barədə nə bilirik?” yazısı yer alıb.
Bir ildən artıqdır nəşrini dayandırmış “Bizim söz” qəzeti yenidən nəşrə başladı. Şair Ələmdar Cabbarlının baş redaktorluğu, Nofəl Ədalətin redaktorluğu ilə nəş edilən qəzet BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin nəzdindəki Tələbələrin Yaradıcılıq Klubunun təşkilati dəstəyi ilə nəşrə başlayıb. Öncəki xəttinə sadiq qalmaqla yanaşı qəzet, həmçinin BDU-da təhsil alan gənclərin yaradıcılığına da xususi yer ayracaq.
14 aprel 2012-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzində şair Namiq Hacıheydərlinin yeni çapdan çıxmış “EY TÜRK DOĞULAN” şeirlər kitabının təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə şair Musa Ələkbərli açdı. O, Namiq Hacıheydərli yaradıcılığı haqqında geniş çıxış etdi və sözü pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevə verdi. Namiq Hacıheydərli yaradıcılığına yüksək dəyər verən professor Əjdər Ağayev: “Uzun müddətdi ki, biz Namiq Hacıheydərli ilə əməkdaşlıq edirik. Dəfələrlə onun şeirlərini və məqalələrini Təhsil Şurasının orqanı olan “Təhsil və Zaman” qəzetində çap etmişik. Namiqin şeirləri bizim üçün etalondur” – dedi.
Elxanzal.info saytı fəaliyyətə başlayıb
Tanınmış şair və publisist Elxan Zal Qaraxanlının “Elxanzal.info” adlı şəxsi saytı fəaliyyətə başlayıb. “Adyazar.az” ədəbiyyat portalı tərəfindən hazırlanan saytda Elxan Zalın yaradıcılığndan örnəklər yerləşdirilib. Saytdakı şeirlər Azərbaycan, rus, ingilis və türk dillərində, publisistik yazılar və çeviri örnəkləri Azərbaycan dilindədir. Bundan savayı saytda ədibin öz ifasında olan səsli şeirləri, Azərbaycanda və qıraq ölkələrdə onun yaradıcılığına dair yazılmış yazılarından örnəklər də yer alıb.
– BU GƏNC ŞAİR, İLAHİYYATÇI TURAL İRFANIN YENİ – SAYCA İKİNCİ KİTABININ ADIDIR. DGTYB DƏNƏTİM KURULU ÜZVÜ OLAN ŞAİRİN “QANUN”DA ÇIXAN YENİ KİTABINA, DGTYB DƏNƏTİM KURULU BAŞQANI NAMİQ HACIHEYDƏRLİ “ÖNSÖZ” YAZIB. HƏMİN “ÖNSÖZ”Ü BizimYAZI OXUCULARINA TƏQDİM EDİRİK:
***
İrfan yolçusu
Bütün çağlarda olduğu kimi zamanımızda da ədəbiyyata gələn və ya gəlmək iddiasında olanlar bəlirsiz saydadır. Hər kəs ədəbiyyata öz qoxusu, öz rəngi ilə gəlir. Öz qoxusu və rəngi olmayanlar plagiatlıq etmək zorundadır. Kimi postmodernizm, kimi qərbçi düşüncə adıyla… Bunu da bacarmayanlar hay-küylə, kimlərəsə çirkab atmaqla və digər bu kimi “üsullar”la diqqəti cəlb etmək, gündəmə gəlmək istəyir.

