Ana səhifə BAŞ YAZI TƏQDİMAT

TƏQDİMAT

Müəllif: Bizim Yazı
990 baxış

 14 aprel 2012-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzində şair Namiq Hacıheydərlinin yeni çapdan çıxmış “EY TÜRK DOĞULAN” şeirlər kitabının təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə şair Musa Ələkbərli açdı. O, Namiq Hacıheydərli yaradıcılığı haqqında geniş çıxış etdi və sözü pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevə verdi. Namiq Hacıheydərli yaradıcılığına yüksək dəyər verən  professor Əjdər Ağayev: “Uzun müddətdi ki, biz Namiq Hacıheydərli ilə əməkdaşlıq edirik. Dəfələrlə onun  şeirlərini və məqalələrini Təhsil Şurasının orqanı olan “Təhsil və Zaman” qəzetində çap etmişik. Namiqin şeirləri bizim üçün etalondur” – dedi.  Daha sonra ədəbiyyatşünas alim Tahir Şirvanlı, şairlərdən Oktay Rza, Telman Dəmir, Əlisəmid Kür, Ayaz Arabaçı, Dayandur Sevgin, Maqsud Qobustanlı,  Nazilə Gültac, Fərqanə Mehdi, Həyat Şəmi, Mənsurə Qaçayqızı, Yusif Dirili, Zakir Ağdamlı, Hacı Loğman Qorqud, Coşqun İbrahimli, Vahid Aslan, araşdırmaçı İşıqlı Atalı, “Yeni Avropa” qəzetinin baş redaktoru, şair-jurnalist Yusif Məhəmmədoğlu, “Təhsil və Zaman” qəzetinin baş redaktoru araşdırmaçı jurnalist Böyükağa Mikayıllı, Fatmayı kənd orta məktəbinin direktoru Hacı Nuru, FHN Akademiyasının əməkdaşı Tahirə Ağasıyeva, Aşıq Məharət, aktyor Midhət Aydın və digərləri çıxış edərək Namiq Hacıheydərli yaradıcılığı haqqında ürək sözlərini dedilər və “EY TÜRK DOĞULAN” şeirlər kitabının ədəbi- ictimai əhəmiyyətindən söz açdılar. Sonda söz Namiq Hacıheydərliyə verildi. O, zəhmət çəkib tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi və son günlərdə yazdığı “İçindədir” rədifli şeirini qatılımçıların diqqətinə çatdırdı:

Bizdən kənar dünyalar var,
Cahan cahan içindədir.
İç-içə sandıqlar kimi,
Məkan məkan içindədir.

Xəyal atı yüz il çapmış,
Sınır bulmuş, nə iz tapmış.
Zamanüstü zaman varmış;
Zaman zaman içindədir.

Ev bu hördüyümüz deyil,
Ömür, sürdüyümüz deyil.
İnsan, gördüyümüz deyil;
İnsan insan içindədir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.