(Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof.dr. Hikmət BABAOĞLUnun “İşınğıray quşu, Qaf dağı və oğurlanmış Simurq əfsanəsi…” adlı məqaləsində (https://www.bizimyazi.az/?p=8578) toxunduğu Simurq obrazına ezoterik açıqlama kimi təqdim edirəm)
Simurq quşu mifindən danışarkən Qaf dağı ilə ilğili olan bir ayrı mifi – Prometey haqqında əfsanəni də yada salmalıyıq. Prometeyin də bu dağ ilə bağlılığı təsadüfi deyildir. Əgər Prometey sırf yunan panteonu və əsatiri ilə ilgəli olsaydı, ellinlilər (əski yunanlar) onu öz Olimpləri ilə bağlayardılar, Prometey Qaf dağında yox, Olimpdə zəncirlənərdi. Bu da bizə əsas verir ki, Prometey mifinin qaynağında daha da əski bir əsatir durur və bu mübariz insan obrazı Qaf dağının yerləşdiyi coğrafi ərazi və bu ərazidə daha da əskilərdən məskunlaşmış, böyük bir mifoloji sistemi yaratmış əski bir xalq ilə bağlıdır, çünki yalnız dəyərli miflər özgə xalqlar tərəfindən mənimsənilir və yalnız tarixdə dərin iz qoymuş kültür qəhrəmanları qeyri xalq tərəfindən özününküləşdirilir.


Türk qəhrəmanlıq tarixinin şanlı səhifələrindən olan Çanaqqala zəfərinə həsr edilmiş əsərlərdən biri də Yusif Nəğməkarın “Çanaqqala” (2015) poemasıdır. On dörd yarımbaşlıqdan ibarət olan poemada müəllifin Çanaqqala Tarix Muzeyində keçmişə səyahətlə duyğulandığını görürük. Bir neçə şərti yarımbaşlıqdan ibarət olan poemanın “Ön ün” bölümündə şair qoca tarixlə həmsöhbət olur. Qala sözünün Çanaqqala toponimində əsl mənasında mühafizə olunduğuna işarə edərək yazır: “Qala – hünər mərtəbəsi, Hünər, Çanaqqala oldu”. Bu cür lirik planda verilən girişdən sonra olayların epik məcrası başlayır.
Karabağ’da gerçekleşen Hocalı soykırımının 25’inci yılında anmak üzere Kocaeli Şairler ve Yazarlar Derneği ve Türkiye Azerbaycan Dernekleri Federasyonu tarafından düzenlenen şiir yarışmasının dün düzenlenen törenle ödülleri verildi.
