Əkbər QOŞALI
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beş cildliyi gün üzü görüb. Bəri başdan deyim: kitabın adına uyğun miqyası, ərəb demiş, “mətn-mündəricə”si – içəriyi, habelə nəfis tərtibat və mükəmməl poliqrafiyası alqışa layiqdir. Etiraf edək, bir çox hallarda türk dünyası adlı, ünvanlı nəşrləri bu miqyas və səliqə-səhmanda görmrük və əlbəttə, belə hallar yaxşı sayıla bilməz. Ona görə də, mən bir oxucu və yazar olaraq, sayğıdəyər millət vəkilimizə bu yüksək işinə görə öz minnətdarlığımı çatdırır, türk dünyası sevdalılarını, türk dünyasına könül vermiş elm adamlarımızı, yazarlarımızı, ictimai fəallarımızı, oxucularımızı qutlayıram!
“Türk dünyası” dünya türklüyünün bütövlük gerçəkliyi, eyni zamanda ayrılma və birləşmə özəlliklərini gerçək olqular əsasında, dolğun bilgi rəngarəngliyi ilə əks etdirir.

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) qardaş Saxa (Yakutiya) Respublikası Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya xanım Xarlampyevanın şeirlər kitabını hazırlayıb, nəşr edib. Şeirlər Azərbaycan və Saxa (Yakutiya) türkcələrində yanaşı verilib.
n 4 qitəsindəki 40 fərqli ölkədən 320 araşdırmaçı qatılmışdı. İsmayıl bəy Kaspıralının “Dildə, işdə,fikirdə birlik” devizi altında keçirilən qurultayda Türkcə danışan ölkələrin çağdaş dövrdəki problemlərinin həlli, Türkcənin yaşı, ortaq ünsiyyət dili, əlifba məsələsi, fərqli ölkələrdə Türkcə təhsil, Türkcənin digər dillərlə əlaqələri, tarixi və müasir Türk yazı dillərinə dair konular başda olmaq üzrə çeşidli mövzular hədəfə alınmışdı.
iyyətin amansız siyasi intriqalar, çəkişmələr məngənəsində sıxıldığı bir zamanda ədəbiyyat siyasətinə daha böyük ehtiyac duyulur. Uluslararası ədəbi tədbirlər yalnız millətlərin estetik zövq müxtəlifliyini təbliğ etmək üçün deyil, həm də dünyaya sülh, əmin-amanlıq ismarıcı vermək üçündür. 43-cü KİBATEK Uluslararası Ədəbiyyat Şöləni da bu cəhətdən ciddi önəm daşıyır. 1-4 dekabr 2017-ci il tarixində Türkiyənin İzmir, Manisa şəhərlərində gerçəkləşən Uluslararası Ədəbiyyat Şöləni dünya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
şalının verdiyi məlumata görə, təntənəli açılış törəni Yakutsk Quzey-Doğu Federal Universitetinin Mədəniyyət mərkəzində baş tutan festivalda Sloveniyadan şair Andrey Xoçevar, Udmurtiyadan Xalq şairi Vyaçeslav Ar-Sergi, Tatarıstandan şair Rifat Salah, Moskvadan şair Aleksey Polubotu, tərcüməçi Janna Perkovskaya, “Literaturnaya qazeta”nın baş redaktor müavini Anastasiya Yermakova, İngiltərədən naşir Marat Əhmədcanov, həmçinin Saxalı şairlər Sergey Moskvitin, Liza Miqalkina, Rüstəm Kajenkin və Olqa Paşkeviç və b. iştirak və çıxış edib. Festivalda şeirlər oxunub, kitablar təqdim olunub, klassiklər və çağdaşlar, yeni nəsil ədəbiyyatçıların perspektivi və s. mövzular üzərinə müzakirələr aparılıb, yeni tanışlıqlar və yeni ədəbi əməkdaşlıqların əsası qoyulub.