Türksoylu ölkə və topluluqlardan olan bir qrup yazar 2017-ci il, dekabrın 1-dən 5-dək Azərbaycan Respublikasının paytaxtı Bakıda toplandı. Öncə Fəxri Xiyabanı ziyarət edən qonaqlar Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət etdi.
Sonra Şəhidlər Xiyabanına gələn türk dünyası yazarları, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini yad etdi.
Ardınca, Bakı Türk Şəhidliyini – Qafqaz Türk İslam Ordusunun xatirəsinə ucaldılmış abidə də ziyarət edildi, qonaqlara Bakının daşnak-bolşevik işğalçı qüvvələrindən azad edilməsində Nuru Paşanın komandanlığında olan şanlı ordunun böyük xidmətləri haqqında bilgi verildi.
TÜRK DÜNYASI
KİBATEK – 43
Ədəbiyyat həmişə ən böyük siyasət hesab olunub. XXI yüzildə – müharibələrin tüğyan etdiyi, bəşər
iyyətin amansız siyasi intriqalar, çəkişmələr məngənəsində sıxıldığı bir zamanda ədəbiyyat siyasətinə daha böyük ehtiyac duyulur. Uluslararası ədəbi tədbirlər yalnız millətlərin estetik zövq müxtəlifliyini təbliğ etmək üçün deyil, həm də dünyaya sülh, əmin-amanlıq ismarıcı vermək üçündür. 43-cü KİBATEK Uluslararası Ədəbiyyat Şöləni da bu cəhətdən ciddi önəm daşıyır. 1-4 dekabr 2017-ci il tarixində Türkiyənin İzmir, Manisa şəhərlərində gerçəkləşən Uluslararası Ədəbiyyat Şöləni dünya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
FƏYYAZ SAĞLAMIN ƏDƏBİ-ELMİ FƏALİYYƏTİ AZƏRBAYCAN-TÜRKİYƏ ƏDƏBİ ƏLAQƏLƏRİ KONTEKSTİNDƏ
Təranə Turan Rəhimli,
filologiya üzrə fəlsəfə doktoru, dosent, DGTYB Məsləhət Şurasının üzvü
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin tarixi uzaq əsrlərdən başlayıb bu günə qədər şaxələnməkdə, hər iki ədəbiyyatı yeni yaradıcılıq keyfiyyətləri ilə zənginləşdirməkdə davam edir. Dili, dini, milli adət-ənənələri, tarixi qəhrəmanları, şəxsiyyətləri ortaq olan bu iki dövlət bir-birinə qırılmaz ruhi-mənəvi tellərlə bağlıdır.
“JAÑA QAZAQ POEZİASYNYN ANTOLOGİASY” – “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” adlanan (“Elm və Təhsil” Nəşriyyatında çıxan) 280 səhifəlik nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.
“Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist Dr. Sona VƏLİYEVA antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan MƏDƏTBEK isə “Önsöz” yazıb.
Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatından bir il ötür. Bu münasibətlə Bakı Atatürk Liseyində tədbir keçirilib.
Mərhumun xanımı Hatice Devrimin, oğlu Gökbərk Devrimin, Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, KİV təmsilçilərinin və liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Ali Devrimin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
DGTYB Məsləhət Şurasının (DGTYB GƏNƏŞİnin) başqanı Əkbər Qoşalı bugünlərdə Saxa (Yakutiya) Yazıçılar Birliyinin başçısı, Xalq şairi Natalya xanım Xarlampievanın dəvəti ilə Saxa (Yakutiya) Respublikasında səfərdə olub.
Artıq 4-cü dəfədir düzənlənən “Böyük qarın kəraməti (lütfü)” Poeziya festivalında iştirak edən Ə.Qo
şalının verdiyi məlumata görə, təntənəli açılış törəni Yakutsk Quzey-Doğu Federal Universitetinin Mədəniyyət mərkəzində baş tutan festivalda Sloveniyadan şair Andrey Xoçevar, Udmurtiyadan Xalq şairi Vyaçeslav Ar-Sergi, Tatarıstandan şair Rifat Salah, Moskvadan şair Aleksey Polubotu, tərcüməçi Janna Perkovskaya, “Literaturnaya qazeta”nın baş redaktor müavini Anastasiya Yermakova, İngiltərədən naşir Marat Əhmədcanov, həmçinin Saxalı şairlər Sergey Moskvitin, Liza Miqalkina, Rüstəm Kajenkin və Olqa Paşkeviç və b. iştirak və çıxış edib. Festivalda şeirlər oxunub, kitablar təqdim olunub, klassiklər və çağdaşlar, yeni nəsil ədəbiyyatçıların perspektivi və s. mövzular üzərinə müzakirələr aparılıb, yeni tanışlıqlar və yeni ədəbi əməkdaşlıqların əsası qoyulub.
Millət vəkili, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü dr. Cavanşir FEYZİYEVə qardaş ölkənin iki bələdiyyəsi tərəfindən TƏŞƏKKÜR BƏLGƏSİ göndərilib.
Fəthiyyə Bələdiyyəsi və Sarıqamış Bələdiyyəsi başqanlarının imzaladığı bəlgələrdə, Sarıqamışda doğulmuş, Fəthiyyədə yaşayan Şəki kökənli şair-publisist Coşğun Qarabuludun Bakıda kitabının çıxmasına göstərdiyi maddi və mənəvi dəstəyə görə millət vəkilimizə təşəkkür edilir.
Qeyd edək ki, Coşğun Qarabulud bugünlərdə Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycanda səfərdə olmuş, dədələrinin yurdu Şəkidə, habelə, Mingəçevir, Sumqayıt və Bakıda maraqlı görüşlər keçirmişdir.
Közhan YAZQAN: Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan inkişaf edərək Türk dünyasının və bölgənin parlayan ulduzu olub
İyunun 2-də Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin 25 illiyi, həmçinin məzun günü ilə bağlı təntənəli tədbir keçirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub.
Alptekin CEVHERLİ
Hava oldukça kötüdür. Fırtına her an şiddetlenmekte ve futbol takımını taşıyan uçak gökyüzünde bir o yana, bir bu yana savrulmaktadır. Pilot kule ile bağlantıyı kaybetmiştir. Zifiri karanlıkta zor bir karar vermek zorunda kalır ve uçağı, havanın daha sakin göründüğü okyanus üzerinde kendince belirlediği yeni bir rotaya sürer…
Bu rotada epey uçtuktan sonra, bu kez de okyanus üzerinde, patlayan ani bir fırtına ile yine yüz yüze kalırlar. Uçak kontrol edilemez hale gelir ve okyanus üzerinde bilinmeyen bir adaya düşer. Tamamı erkeklerden oluşan ekip sağ kurtulur ama nerede olduklarını dünya üzerinde bilen hiç kimse yoktur… Günler haftaları, haftalar ayları, yılları kovalar…
Artık yalnızdırlar ama neşeleri yerindedir.
Kuruluşundan 25 yıl geçen Türk Dünyası Araştırmaları Vakfı Bakü Atatürk Lisesinde okumak büyük bir ayrıcalıktır
Dünyaya neden geliriz, hiç düşündünüz mü? Neden yaşarız? Bir gün öleceğimizi bile bile nede
n hayata devam ederiz?
İnsanlar hayatta yaptıkları işlerle tanınır derler. Belki de budur yaşamımızın ardındaki gizli sır. Çünkü her bir bireyin dünyaya gelme nedeni vardır. Herkes edindiği tecrübelerle, …hayalleriyle bir gelecek planlar. Okur, bir meslek edinir ve hayattaki misiyonumuzun ne olduğunu buluruz. Ancak bunları gerçekleştirmekte söylendiği kadar kolay değildir.
