…Telefonuma zəng gəldi. Ustad aşığımız Əli Ürfanın adını görüb sevindim. Ancaq… hanı, Aşıq Əlimi var? – Ustadın səsinin şövqündən əsər-əlamət yox idi. Dedim: – Əmi, deyəsən nəsə olub? “Olub” dedi… “ölüb” deyəmmədi. Bizim Mülkülü Aşıq Firdovsi qəzaya düşüb, yamanca isinişmişdim, əmi, beçərənin (=biçarənin) əllicə yaşı güjnəncik olardı. Onun ölümünə görə sinəmə üç yarpaq yanğılı söz qonub, onu oxuyum, beçərə Gülbənizə təskinlik kimi bir yerlərdə yayınlayarsan, dedi.
AŞIQ SƏNƏTİ
Soylu ATALI
…Belə səs olmayıb, yoxdur. Olacaqmı?! Bilmirəm. Kaş ki, olsun, yetişsin, yetkinləsin Aşıq dünyası! Kamandarda səsin qeyri-adi məziyyətləri, başqa sözlə, ilahi sehri XX yüzilin ikinci yarısında yeni bir Aşıq Məktəbinin yaranmasına səbəb oldu. Hər şəyird öz ustadını davam edir. Ancaq O tay, Bu Tay Azərbaycanın bir çox bölgələrində Kamandarın təkcə şəyirdləri deyil, şəyirdi olmayanlar da, Aşıq nəğmələrini zümzümə edən sadə adamlar da onun səsi ilə, üslubu ilə havalanmağa can atır.
“Xalq dünən aşığa kəramət sahibi, bir möcüzəli adam kimi baxırdı…”
“…Artıq neftdən, kolxozdan, pambıqdan çalıb-oxuyan və bayağı hərəkətlər edən aşıq xalqın gözündə o ucalıq mərtəbəsini saxlaya bilməzdi.”
AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin I katibi, professor-doktor Məhərrəm Qasımlı ilə müsahibəni təqdim edirik
– Məhərrəm müəllim, istərdim söhbətə Azərbaycan aşıq sənətinin çağdaş durumundan başlayaq. Sizcə, onu qənaətbəxş saymaq olarmı?
– Sözsüz ki, Azərbaycan aşıq sənəti özünün şərəfli keçmişini yaşayıb. Üzü Dədə Qorquddan bu yana ozan sənəti, sonrakı dönəmlərdə Qurbani, Abbas Tufarqanlı, Abdal Gülablı Valeh, Hüseyn Şəmkirli, Dədə Ələsgər kimi nəhəng simalarımız olub. Bu gün Azərbaycanın istər musiqi tarixi, istər teatr sənəti və ya bötövlükdə sənət tarixi olsun – poetik tarixi də bura əlavə edə bilərik – bunlardan söz açanda birmənalı şəkildə əsas istinad mənbəyi aşıq sənətidir.
Azərbaycan Aşıqlar Birliyinin orqanı olan “Ozan Dünyası” dərgisinin yeni (-2(9)) sayı işıq üzü görüb. Türkiyəli qocaman sənətçi – YUNESKO-nun “Canlı insan xəzinəsi” fəxri titulunu qazanmış Şərəf TAŞLIOVAnın rəsmini qapaq rəsmi olaraq alan dərginin bu sayında “Aşıq1ıq gələnəyi millətin əxlaqıdır”, “Azərbaycan folkloru antologiyası”, “Azaflı Mikayılın şeirlərində türklük şüuru və iki şeirinin hekayəsi”, “Ozan dünyası, sazbəndlik”, “Bu yol Kamandar yoludur”, “Günəşə gedən yolu sevməyən bizdən deyil”, “Saz mənəviyyat məktəbidir”, “Aşıq Nabatın həyat və yaradıcılığı”, “Tarixləşən sənətkar, dədələşən ozan”, “Aşıq Yanvar-70”, “Seyfəddin Qəniyev-60”, “Aşıq Pəri yaradıcılığına bir baxış”, “Ölüm sevinməsin qoy”, “Yarama duz basın”, “Sazbənd sözsüz ömür sürməz”, “Ozan dünyasından soraqlar”, “Gənc aşıqlarımız Dağıstanda beynəlxalq festivalda…”, “Saz dünyası, söz dünyası”, “Aşıq Şenliyin Borçalı səfəri” adlı müsahibə, məqalə, tanıtım yazıları, habelə şeirlər yer alıb.
Qobustan qəsəbəsində aşıq Rza Qobustanlı adına Mədəniyyət evində ustad aşıq Xanmusanın rəhbərliyi ilə “Aşıqlar” ansanblı fəaliyyət göstərir. Burada aşıq Xanmusa uzun illərdi ki, yeni nəslə ulu sənətin sirlərini öyrədir. Bu sənəti ustadlardan təhvil aldığı kimi gələcək nəslə ötürülməsində əvəzsiz xidmətləri və çalışmaları var. İndi Azərbaycan aşıq mühitində ilk addımını “Aşıqlar” kollektivində atan, bu məktəbdən qanadlanan onlarla aşıq müstəqil şəkildə öz sözünü deməkdədir. Bu məktəbin yetirmələrindən biri də aşıq sənətində öz sözünü müstəqil şəkildə deməyə başlayan gənc aşıq Məharətdir.
(BizimYAZI AzərTAc-a istinadən bildirir:)
Fevralın 11-də Heydər Əliyev Sarayında “Aşıq sənətinin davamçıları” adlı konsert keçiriləcəkdir.
Sarayın mətbuat xidmətindən bildirmişlər ki, konsertdə Əməkdar Mədəniyyət İşçisi Nemət Qasımlı, Əhliman Şirvanlı, “Nemət” Aşıqlar Qrupu, Altay Məmmədli, İlham Aslanbəyli, Təbriz Vəliyev, Vüqar Mahmudoğlu, Mehdi Məsimov, Ədalət Dəlidağlı, Qələndər Zeynalov, Əli Tapdıqoğlu, Heydər Məqsədoğlu, Dilbər Əliyeva, eləcə də respublika aşıq müsabiqəsinin qalibləri – İbrahim Cəfərov, Nicat Qurbanov və Elvin Mehmanlı iştirak edəcəklər.
Araz Yaquboğlu /“Qızıl qələm” mükafatı laureatı
Sazlı-sözlü adamlar el-oba arasında həmişə ucada tutulub, hörmətli başbilən sayılıblar. Belə adlı-sanlı, könülləri fəth eyləyən ustad aşıqlardan biri də Aşıq Hacı Göyçəlidir.
Bayramov Hacı Abbas oğlu 22 iyun 1931-ci ildə Göyçə mahalının Daşkənd kəndinin “Hacı Qurban” yaylağında anadan оlub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacını atası (o, sazın-sözün vurğunu idi) Qərib Abbas 1945-ci ildə həmkəndlisi Aşıq Abbasəli Nəzərova şəyird vermiş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanına şəyirdliyə göndərmişdir. Aşıq Hacıda olan fitri istedadı nəzərə alan qüdrətli sənətkar Qanlılı Aşıq Mehdi 1947-1950-ci illərdə ona ustadlıq etmişdir.
NEMƏT QASIMLI, əməkdar mədəniyyət işçisi
Usta Abdulla yaradıcılığının mühüm bir hissəsini əxlaqi-didaktik şeirlər təşkil edir. Demək olar bütövlüklə həmin düşüncənin daşıyıcısına çevrilir və özlüyündə aparıcılıq təşkil edir. Digər istiqamətdə didaktik-əxlaqi şeirlərin təqdimi anlamında bir spesipiklik də var. Bu Usta Abdullanın bütün şeirlərini əhatə etməsi ilə bağlıdır.
AŞIQ MƏHƏRRƏM HÜSEYNLİ
– 1959-cu il, iyul ayının 26-da Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub. Gözünü açandan dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbərin səsininin sehrinə qapılaraq, Türk Dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusifin, Xatınlı Ələkbərin, Məhəmməd Covdaroğlunun, Huseyn Cavan kimi sənətçilərin şeir-sənət dunyasına könül verib. Onların ifa texnikasına, danışıq və toy-səhnə mədəniyyətinə məhəbbətlə yanaşan Məhərrəm Hüseyinli Aşıq Mikayıl Azaflını özünə bilavasitə ustad seçib.
Orta məktəbi qurtardıqdan sonra Bakı Dövlət Universitetinə (BDU) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsaduf edir. Böyük məclislərə dəvət alan Məhərrəm ustad Mikayıl Azaflı ilə məclis və konsert salonlarında qoşa, qabaq-qarşı calıb-çağırıb, necə deyərlər, elin gözü qarşısında püxtələşib.
