Emil RASİMOĞLU
/1991-ci il iyun ayının 27-də Salyan rayonunun Yuxarı Xalac kəndində doğulub.
Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin tələbəsi,
DGTYB-nin üzvüdür/
Afaq ŞIXLI
Əkrəm Əylislinin başıbəlalı “Daş yuxular” əsəri haqqında mətbuatda müxtəlif səpgili və saysız-hesabsız yazıya rast gəlmək olar. Bütün bu yazıları oxuyarkən “Artıq hər şey deyilib. Bu deyilənlərə daha nə əlavə edə bilərəm?” – deyə düşünürdüm. Eləcə də fevralın 16-da “Millətlər Evi”ndə təşkil olunan Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin 10 illik yubileyində bu haqda nə danışacağımı fikirləşirdim, – nə deyim ki, təkrar olmasın..?
Sənin cismani varlığına ağrımadım,
Ağrıdım, ruhuna ağrıdım, ruhuna.
Əski davranışına,
yerini boş qoyduğun
əski türk(çü)lüyünə ağrıdım, qardaşım,
türk(çü)lüyünə.
Sarışın buğda zəmiləri kimi telinə
Sapsarı qantəpər çiçəyi kimi solmuş üzünə,
sifətinə ağrıdım sifətinə…
(yaxud ƏKRƏM ƏYLİSLİNİN QƏFLƏT YUXULARI)
Əkrəm Əylislinin «Drujba narodov»da çap olunan «Daş yuxular»ı son günlərin əsas müzakirə obyektinə çevrildi. Əsərin məzmunu artıq ictimaiyyətə məlumdur və təkrarlamağa ehtiyac yoxdur.
Roman-rekviyemi çap edən jurnalın müəllif və əsər haqqında verdiyi qısa annotasiyada deyilir: «Hər iki tərəfdə peşimançılıq hissi oyanmalı, hər iki tərəf tövbə etməlidir, hər iki tərəf özündə güc tapıb nifrət hissini adlamağı bacarmalıdır. Lev Anninskinin resenziyasında deyilir ki, bu, Əkrəm Əylislinin romanında başlıca, qəlb göynədən mövzulardan biridir. («DN» 2012,№12).
İTV-nin rejissoru, şair-publisist Əli ASLANOĞLUnun yeni kitabı işıq üzü görüb. “Yalanla gerçəyin sərhəddində”
adlanan kitabda yazıçının son illərdə qələmə aldığı öykü, novella və esselər toplanıb.
Mövzu rəngarəngliyi və müəllifin orijinal ideya-estetik baxış bucağı ilə fərqlənən bu əsərlərin əsas qayəsini insan-toplum münasibətləri, çağdaş həyat həqiqətləri çərçivəsində kristallaşan mənəvi-əxlaqi dəyərlər və insan psixologiyası təşkil edir.
DGTYB “Gəldik, gördük, yazdıq” adlı yeni kitabın təqdimatını keçirdi
29 yanvar 2013-cü ildə Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə işıq üzü görmüş “Gəldik, gördük, yazdıq” kitabın təqdimatı və eyni adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən DGTYB başqanı Əkbər Qoşalı deyib ki, 5 ay boyunca davam edən layihə çərçivəsində onlarla məqalə, informasiya, fikir, rəy yayınlanıb və onların ən önəmliləri kitab şəklində nəşr edilib.
DGTYB-nin “Bölgələrdən yaşayan yaradıcı gənclərlər görüşlər” layihəsi çərçivəsində “BÖLGƏLƏRDƏN SƏSLƏR” (Bölgələrdə yaşayan gənc yazarların yaradıcılığından örnəklər) kitabı “Bilik” Poliqrafiya Mətbəəsində nəfis tərtibatla işıq üzü görmüşdür. Kitabda 28 rayon və şəhərimzdən 75 gənc qələmin yazıları yer alıb. Onların bir çoxu respublika səviyyəsində ilk dəfə təqdim olunur.
Nəşrin ideya müəllifi və layihə rəhbəri yazıçı-publisist Əkbər QOŞALI, tərtibçisi dos.dr. Rəsmiyyə SABİR; məsləhətçiləri Ramiz QUSARÇAYLI, Barat VÜSAL, Məmməd ALİM, Vaqif ASLAN, Əlirza HƏSRƏT; redaktorları İbrahim İLYASLI və Elşən ƏZİMdir. Kitabın üz qabığının rəssamı Nəvai METİNdir.
